MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ

MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ “Azərbaycan keramikası millətin pasportudur!”

Azərbaycan keramikası çeşidli məhsulları ilə milli-mənəvi dəyərlərimizin təqdimi və zövqünüzü oxşamaq baxımından bölgədə birincidir.

Uzun minilliklərdən bəri formalaşma və inkişaf mərhələsi keçən insan, mövcud olduğu tarixi dövr ərzində yaratdığı mədəniyyət və incəsənət əsərlərində onu əhatə edən təbiətə münasibətini bildirməyə çalışıb. Belə ki, arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı aşkarlanan sənətkarlıq nümunələrinin böyük bir qisminə zoomorf formada rast gəlinir. Qədim insan etiqad göstərdiyi heyvanın bütünü hazırlayır və ona müqəddəs varlıq kimi yanaşırdı. Onlar bu cür bütləri əsasən gil və metal məmulatlarından, ağac və sümük materiallarından hazırlayırdılar. Eneolit dövrünə aid belə bütlərə Naxçıvanda Kültəpə deyilən yerdə, sonrakı dövrlərə aid edilən bütlərə isə Mingəçevirdə, Qazaxda, Şəmkirdə, Gədəbəydə, Göygöldə, Mil düzündə, Şamaxıda, Qarabağda və b. ərazilərdə aparılmış tədqiqatlar zamanı rast gəlinir. Qeyd etmək lazımdır ki, ilk dövrlərdə əhalinin məişət və təsərrüfat fəaliyyətində yaratdıqları sənətkarlıq nümunələri böyük əhəmiyyət daşımış, onun həyatının bir hissəsinə çevrilmişdir. Onlar bu sahədəki bacarıqlarını dulusçuluq, rəngkarlıq, xalçaçılıq, oyma, döymə, toxuma və tikmə işlərində məharətlə inkişaf etdiriblər. Məsələn, bədii keramika sahəsində heyvan təsvirləri olan zooomorf qablar Qafqaz Albaniyası incəsənətinin I dövründə (e.ə. IV-I əsrlər) geniş yayılmışdı. Belə qablara maral, keçi, xoruz, tovuz quşu və s. heyvan şəklində fiqurlu qablar, çiyni ilə boğazı qoyun və at fiqurları ilə birləşdirilən qablar, gövdəsi üzərində maral, qoyun və təkbuynuzlu heyvanların yarımfiquru, yaxud başı olan qablar, maral, dovşan və qoyun kimi heyvanların qabartma formalı şəkilləri olan qablar, müxtəlif əyrilər və qabarıq xətlər şəklində təsvir edilən qabları misal göstərmək olar. Şüşə, ağac, metal və gil məmulatların hazırlanması və bunların üzərində həndəsi və zoo-nəbati ornamentli işləmələr başqa ölkələrdən gələn səyyahların və tacirlərin diqqətini cəlb etmiş, beləliklə, Azərbaycan sənətkarlarının əl işləri dünyanı dolaşmışdır. Təsadüfü deyildir ki, xalqımızın qədim və orta əsrlər dövrünü əks etdirən bu cür qiymətli sənət nümüunələri Paris, London, Sank-Peterburq və s. kimi dünyanın iri şəhərlərinin muzeylərini bəzəyir. Əsrlər boyu davam edən bədii sənətkarlıq sahəsində diqqəti daha çox primitiv üsullarla keramika istehsalının yaradılması və inkişaf etdirilməsi çəkir. Dulusçuluq bu cəhətdən səcciyyəvi olmuşdur. Belə ki, ilk orta əsrlərin sonlarından başlayaraq, Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmış, ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kürələrinin kutləvi şəkildə tətbiqi yüksək keyfıyyətli saxsı məmulatlarının istehsalı üçün daha əlverişli şərait yaratmışdır. Bu dövrdə şirli və şirsiz saxsı qablar Azərbaycanın demək olar ki, bütün bölgələrində (xüsusilə, şəhərlərdə) yayılmışdı. Professor R.Əfəndiyev, R.Göyüşov, O.Həbibullayev və başqalarının tədqiqatlarında, eləcə də aparılmış arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlu materiallar vardır. Müstəqil Azərbaycan xanlıqlarının mövcud olduqları XVIII əsrin II yarısı – XIX əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasının adı çəkilir. Ölkəmizin dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlamışlar. Bunların arasında su qabları, yemək qabları, süd məhsulları, eləcə də, evlərin qızdırılması və işıqlandınlması üçün nəzərdə tutulan qablar əsas yerləri tuturdu. Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü ayrıd edilirdi; səhəng, cürdək, bardaq, şəhrəng, kuzə, küp, sürahı, qurqur, dolça, parç, tayqulp, aftafa, lülyəin və s. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar. Yazılı mənbələrə və arxiv sənədlərinə əsasən deyə bilərik ki, xanlıqlar dövrüdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və s. şəhərlərində saxsı məmulatlar istehsal edilirdi. Şəki xanlığının bir çox kəndlərində, o cümlədən Nuxada gil qablar hazırlanırdı. Yalnız Şəki şəhərində saxsı səhəng istehal edənlərin sayı 29İ nəfərə çatırdı. Naxçıvan xanlığının Rusiya tərəfındən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində şəhərin hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxana fəaliyyət göstərirdi. Bakı şəhərinin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qabların istehsalıl üçün şərait yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində V.N.Leviatov tərəfindən aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid edilən çoxlu miqdarda şirli qablar, məsələn, kasa, boşqab, badya və s. tapılıb. Bütün orta əsrlər dövründə saxsı qablar istehsalının əsas mərkəzlərindən biri də Gəncə şəhəri idi. Mənbələrdə Gəncə dulusçularının məhsulları yüksək qiymətləndirilir və onlar "öz işlərini yaxşı bilən" sənətkarlar kimi xarakterizə olunurdular. Ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək, yüksək keyfıyyətili saxsı məhsullarına çevrilirdi. Gəncədə dulusçuluq sənətinin daha çox inkişaf etməsini yerli hakimlərin bu sahəyə qayğı ilə yanaşmalarıyla izah etmək olar. Təbriz və Ərdəbil şəhərləri ətrafındakı zəngin gil yataqları saxsı məmulatların istehsalı üçün əlverişli şərait yaradırdı. Bölgədəki xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Məsələn, Təbrizin yaxınlığındakı Kuzə Kunan kəndi bu ənənəni sonralar da davam etdirirdi. Ərdəbilin Cəcin, Talıb Qışlağı, Dövlətabad kəndlərində satış üçün müxtəlif ölçülü saxsı qablar hazırlanırdı. Quba xanlığnda saxsı qablar istehsalının əsas mərkəzləri Yenikənd, Ispik və Möhüc kəndləri idilər. T. Şopenin verdiyi məlumata görə, Naxçıvan xanlığının ayrı-ayrı kəndlərində 33 nəfər saxsı qab istehsalı ilə məşğul olurdu ki, onların da əksəriyyətini məişətdə işlədilən iri həcmli su qabları, ilk növbədə səhəng və küplər təşkil edirdi. Yuxarıda adları çəkilən kəndlərin əksəriyyətində daha çox səhəng istehsal edilirdi. Buna səbəb, ölkədə mis qablar istehsalının geniş miqyas alması və xarici ölkələrdən çoxlu miqdarda şüşə qabların gətirilməsi idi. Nəticədə kiçik həcmli saxsı qablara tələbat xeyli azalmışdı. Göründüyü kimi, ta qədim və ilk orta əsrlər dövründən başlayaraq, Azərbaycanda keramika məhsulları istehsalına maraq və tələbat olmuş, bu sahənin inkişafı hər zaman diqqətdə saxlanılmışdır. Qeyd etdiyimiz kimi, məişət və bəzək əşyalarının əksəriyyəti həmin illərdə daha çox dulusçuluq məmulatları idi. Sovet hakimiyyəti dövründə planlı sənaye istehsalı bir sıra tələblər ortaya qoydu. Beləliklə, Azərbaycanda keramik materiallar əsasında istehsalat müəssisələri yarandı. Onlardan Bakı Şifer və Keramika zavodu şifer, asbest borular, metlax və kafel istehsal edirdisə, Bakı saxsı qablar zavodu və Gəncə cini-saxsı məmulatları zavodu qab-qacaq və bəzək əşyalarının istehsaslı ilə məşğul olurdu. SSRİ-nin süqutundan sonra sənaye şəbəkəsi dağıldı. Qısa müddətdə həmin müəssisələr də fəaliyyətlərini dayandırmalı oldular. Lakin ölkəmizin müxtəlif bölgələrində klassik ənənəyə söykənən fərdi dulusçuluq emalatxanaları bu qədim sənəti fədakarlıqla yaşatmağa çalışdılar. Ancaq bu, daha çox sistemsiz və məhdud istehsal xarakteri daşıyırdı. Tarixi - milli keramika məmulatlarının istehsalı ya unudulur, ya da bu sahədə milli-mənəvi dəyərlər yaşatmaq arzusunda olan mütəxəssislər diqqətdən kənarda qalırdılar. Keramika və şüşə məmulatları əsasında qab-qacaq və hədiyyəlik məhsulların milli-bədii sənət əsərləlri səviyyəsində yenidən xalqımıza qaytarılması, yaxud bu məhsulların folklorumuzdan gələn ilginc xüsusiyyətlərini Azərbaycanı dünya ölkələrinə tanıtmaq baxımından işlənməsi yox dərəcəsində idi. Fəxrlə demək olar ki, bu məsələ artıq həllini tapmaqdadır. Belə ki, iki ay öncə fəaliyyətə başlayan Nargis Porcelain qədim milli dulusçuluq ənənələrini yeni, daha müasir texnologiyalara əsaslanaraq, Azərbaycanda inkişaf etdirmək üçün ciddi addımlar atır və öz məhsullarını yerli keramikasevərlərə və xarici qonaqlara təqdim edir. Məlum olduğu kimi, cari ilin 8 fevralında respublikamızda ilk dəfə çini və saxsıdan keramik hədiyyəliklər istehsal edən fabrikin rəsmi açılışı oldu. Belə bir müəssisənin fəaliyyətə başlaması dövlət orqanlarının da marağına səbəb olduğundan mərasimdə müəssisənin yerləşdiyi Abşeron rayonunun İcra Hakimiyyətindən və İqtisadi İnkişaf Nazirliyindən nümayəndələr, o cümlədən, mətbuat işçiləri və b. qonaqlar iştirak edirdilər. Təsadüfi deyildir ki, mərasimdə keramika, xüsusilə dulusçuluğun ən qədim sənət növlərindən biri olduğu və hazırda ölkəmizdə bu sənətin fədakar daşıyıcılarının gərgin əməyi sayəsində belə bir müəssisənin ərsəyə gəlməsi qeyd edildi. Son vaxtlar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət başçısı İlham Əliyevin göstəriş və tapşırıqları, müvafiq qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyətli qərarların qəbulu milli-mənəvi dəyərlərimizi əks etdirən sənət sahələrinin inkişafına yol açır. Şübhəsiz, elm və texnikanın inkişafı, keramika sahəsində yeni texnoloji nailiyyətlərin əldə olunması bu sənətin daha ciddi əsaslarla inkişaf etdirilməsinin zəruri edir. Keramika üzrə ixtisaslaşmız Nargis Porcelain müəssisəsinin yaradılması məhz bu zərurətdən doğur.
Müəssisənin təsisçiləri Yasin və Mahirə Xəlilovlar milli-mənəvi dəyərlərimizə sayğı ilə yanaşan və yaşadan, keramika, şüşə və mina örtüklərinin kimyəvi texnologiyası ixtisası üzrə Rusiya Fedarasiyasında ali təhsil almış, elmin bu sahəsində fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş mütəxəssislərdir. Yasin müəllim buna qədər “AZBENTONİT MMC” kimi İnşaat materialları istehsal edən müasir bir zavodun qurucularından biri olmuş, həmin müəssisəyə 13 il rəhbərlik etmiş, bu müəssisənin qurulması, formalaşması və inkişafına həlledici töhfəsini vermişdir.
Yeri gəlmişkən, Y.Xəlilov Azərbaycan İnşaat və Memarlıq Universitetinin dosenti olmuş, 10 ixtiranın, ali məktəblər üçün iki dərsliyin, həm də istedadlı şair kimi 6 kitabın müəllifidir.
“Nargisporcelain” tipli müəssisənin yaradılması ideyası silikatlar sahəsində yüksək səviyyəli mütəxəssis olan Yasin müəllimin çoxdankı arzusudur. O, milli keramika sənətinin bərpası və kütləviləşdirilməsi yönündə illərlə düşünüb daşınmış, götür-qoy etmiş, nəhayət, Mahirə xanımla birgə böyük zəhmət, inadkarlıq, peşəkarlıq tələb edən bu işi həyata keçirmək üçün “Nargisporcelain” müəssisəsini təsis etmişlər. Azərbaycanda keramik məmulatlara, xüsusilə, hədiyyəliklərə (suvenirlərə) müstəqillik dövründə turist marağının artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılması üçün əsas olmuşdur. Uzun illər bu ideyanın gercəkləşdirilməsi ilə əlaqədar gərgin çalışmalar və araşdırmalar aparılmış, respublikamızın xammal bazası öyrənilmiş, texniki-təşkilati işlər görülmüşdür. Türkiyənin tanınmış şirkətləri ilə müvafiq müqavilələr bağlanıb, lazımi avadanlıqlar alınıb, qısa müddətdə istehsal sahəsi yaradılıb və güclü mütəxəssislər komandası formalaşdırılıb. Bacarıqlı və peşəkar keramika rəssamlarının, heykəltəraş və texnoloqların cəlb olunması sayəsində az bir müddətdə ciddi irəliləyişlər əldə edilib.
Qeyd etmək lazımdır ki, bu cür müəssisənin hələlik bölgədə alternativi yoxdur. Azərbaycan milli ornamentlərinin zənginliyi, təkrarolunmazlığı və onların uğurla keramika sənətinə gətirilməsi nəticəsində qısa müddətdə ixrac yönümlü sənət əsərlərinin meydana çıxması, demək olar ki, artıq mümkün olub və bu iş sürətlə inkişaf etdirilir.
Gələcəkdə bu sahənin elmi əsaslarla şüşə və mina örtükləri texnologiyasının tətbiqi ilə daha da genişləndirilməsi nəzərdə tutulur. Onu da demək xoşdur ki, müəssisədə işlədilən xammal əsasən ölkəmizin təbii ehtiyatları hesabına əldə olunur. Saf və təmiz məhsul, ekoloji cəhətdən sağalm xammaldan istehsal olunur. Müəssisədə buna ciddi surətdə əməl edilir. Demək olar ki, burada heç bir istehsalat tullantısı yaranmır və ətraf mühitin ekoloji çirklənməsi baş vermir. Sex və şöbələri gəzdikcə nəinki sağlam iqlimin şahidi olursan, üstəlik rəflərdə düzülmüş hazır məhsulların rəngarəng çeşidindən, peşəkar keramika ustalarının – rəssamların ( baş rəssam Sadıqov Sadıq Salman oğlu, Zəkiyeva Gülnarə Rafiq qızı, Hüseynova Şəbnəm Yavər qızı, Zəkiyeva Səfurə Adil qızı), qəlibçilərin (Əsgərov Tural Sübhan oğlu, Həsənova Sahilə Sahib qızı, Zəkiyev Rasul Adil oğlu), model ustasının (Ağayev Səfər Məmməd oğlu), dizaynerin (Əsgərov Fuad Fikrət oğlunun ) yüksək zövqlə işlədikləri hədiyyəliklərin (suvenirlərin) göz oxşayan, ruh sevindirən gözəlliyindən doymursan. Məmulatların cazibədarlığı milli nəbati naxışlardan bol istifadə, bəzi hədiyyəliklərin zoomorf şəkildə, bəzilərinin isə həndəsi quruluşda hazırlanmasıdır ki, bu da klassik ənənədən gələn və müasirliklə çulğaşan kompozisiya kimi həm düşündürücü və öyrədici, həm də ruhdincəldəndir. Ətraf mühitin qorunması tarixinin öyrənilməsində bunun böyük əhəmiyyəti vardır. Burada elə bir məmulat tapmaq çətindir ki, Azərbaycanın mahiyyətinə, dəyərlərinə uyğun gəlməsin; Novruzun atributları, bölgələr üzrə milli geyimlərimiz, tarixi abidələrimiz, milli folklorumuzun qəhrəmanları, milli musiqi alətləri və rəqs, milli mətbəximiz, ölkəmizin tanınma nişanları, dövlətimizin rəmzləri, tarixi şəxsiyyətlər, klassik yaradıcılar, Azərbaycan təbiətinin əsrarəngiz zənginliyini əks etdirən nümunələr, mətbəx əşyaları... Biz onların təsvirinə ən müxtəlif məişət-mətbəx qablarının – dolça, fincan, boşqab, şərbətqabı, duzqabı, qəndqabı, su qabları, eləcə də külqabı və s.- nın üzərində görürük. Ümumiyyətlə, hələ ki, 70-dən çox çeşidin istesal olunduğu müəssisədə yaxın gələcək üçün onların sayını 200-ə çatdırmağı, keyfiyyəti daha da yüksəltməyi, onların ölkə xaricinə çıxarılmasını təşkil etməklə Azərbaycana diqqət və sevgi yaratmaq cəhdi məqsəd kimi qarşıda durur. O yerdə ki, Azərbaycanla bağlı nəsnələrə saxta iddialar var, “Nargisporcelain” öz sözünü deyir. Götürək, “Sarı gəlin” xalq mahnısını, yaxud Kamança musiqi alətini, Milli mətbəximizdən “Dolma”nı – qarı düşmənimiz olan ermənilərin bu kimi dəyərlərimizə iddialarına cavab olaraq, kütləvi istahsal edilmiş suvenirlər arasında bunlar xüsusi yer tutur. Bu günlərdə İşəruşəhərdə Novruz günləri ilə əlaqədar təşkil edilmiş ənənəvi Beynəlxalaq Festifalda əcnəbi turistlərin diqqətini ən çox cəlb edən məhz bu cür suvenirlər-hədiyyliklər olub. Xarici qonaqlara bu təsvirlər barədə ətraflı məlumat verilib, həqiqət olduğu kimi onlara çatdırılıb. İlk baxışda sadəcə suvenir kimi görünən bu keramika məhsulları, fikrimizcə, diqqəti dərhal cəlb edən mahiyyəti, tarixiliyi və milliliyi ilə möhtəşəm tanıtma və təbliğat vasitələrindən biridir. On görə də bu sahəyə diqqət artırılmalı, hələlik ölkəmizdə yeganə olan bu keramik məhsullar istehaslı müəssisəsinə dövlət səviyyəsində maksimum köməklik göstərilməlidir. Məlumdur ki, dulusçuluq, ümümiyyətlə, bədii sənətkarlıq Şərqdə yaranmış və tədricən digər ölkələrə keçmişdir. İndi də bu sənət növü Şərq ölkələrində, o cümlədən qardaş Türkiyə, İran, Pakistan və s.- də yüksək səviyyədə fəaliyyət göstərir.
Maraqlıdır ki, bu ölkələrin bir çoxunda dövlət həmin sahənin hərtərəfli və sürətli inkişafında maraqlıdır. Ona görə də keramika kimi bədii sənətkarlıq sahələrindəki istehsalı vergidən azad edir və onun inkişafına münbit şərait yaradır.
Düşünürük ki, Şərq ölkəsi kimi, Azərbaycanda da bu problem tezliklə həllini tapacaq.
Nəzərə alsaq ki, dövlətimiz saibkarlığın və milli dəyərlərimizin inkişafında mühüm addımlar atmaqdadır, onda yaxın gələcəkdə bu məsələnin gerçəkləşəcəyinə ümid bəsləmək olar.

MİLLİ ƏNƏNƏLƏR ZƏMİNİNDƏ Beləliklə, Xırdalan şəhərində Zeynalabbdin Tağıyev küçəsi, 13 ünvanında yerləşən Nargis Porcelain Azərbaycanda milli keramika ənənələrindən bəhrələnərək yüksək ixtisaslı yerli kadrların köməyi ilə müxtəlif növ keramik hədiyyəliklərin istehsalına başlamışdır.
Əziz oxucu, inanırıq ki, Nargis Porcelainın timsalında çağdaş Azərbaycan keramikası əsrarəngiz gözəlliyi və təkraredilməzliyi sayəsində ürəyinizdə və evinizdə öz layiqli yerini tutacaqdır.

Yusif DİRİLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

Elm, Digər bölmələr
Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Elm, AzTU
İpəkçilik  Azərbaycanın milli və mədəni sənətidir

İpəkçilik Azərbaycanın milli və mədəni sənətidir

Regionlar, İqtisadiyyat
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU
AMEA Zoologiya İnstitutunda herpetologiya sahəsində tədqiqatlar aparılır

AMEA Zoologiya İnstitutunda herpetologiya sahəsində tədqiqatlar aparılır

Biologiya və tibb elmləri
Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona ça ...

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona ça ...

Borçalı, Tarix
ƏLİKÖMƏKTƏPƏ  ABİDƏSİ

ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİ

Regionlar, Tarix
MİŞARÇAY ABİDƏLƏRİ

MİŞARÇAY ABİDƏLƏRİ

Regionlar, Tarix
AZƏRBAYCANDA KOORDİNAT METROLOGİYASI:  REALLIQLAR VƏ PERSPEKTİVLƏR

AZƏRBAYCANDA KOORDİNAT METROLOGİYASI: REALLIQLAR VƏ PERSPEKTİVLƏR

AzTU
Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt, İqtisadiyyat, Dünya
SDU-da III respublika konfransı keçirildi

SDU-da III respublika konfransı keçirildi

Təhsil, Sumqayıt
QURUDƏRƏ KURQANI

QURUDƏRƏ KURQANI

Regionlar, Tarix
Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

AzTU
AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsəd ...

AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsəd ...

Biologiya və tibb elmləri
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Milli Məclis, İqtisadiyyat
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
AMEA-da YENİ  MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB

AMEA-da YENİ MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB

Biologiya və tibb elmləri
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat

"Strateji Yol Xəritəsi postneft dövrünün inkişaf modelini yaradır" - iqti ...

Digər ali məktəblər, Darvaz, İqtisadiyyat
Rəy yazın: