QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.06.2001-05.11.2020)

QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.06.2001-05.11.2020) Nuriyyə ana gözlərini divar boyu düzülmüş rəsmlərə dikərək söhbətə belə başladı:
- Qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Dağ-Arıxlı kəndində dünyaya göz açmışdım, qayğısız uşaqlığım, gəncliyim doğma kəndimizdə keçmişdi. Rusya Fedarasiyasının Orenburq şəhərində təhsil aldıqdan sonra ailə qurub Azərbaycana köçdüm. Övladlarım dünyaya gələndə sevincimin həddi-hududu yox idi. Oğlum Cəsarət uşaqlıqdan vətənpərvər, xeyirsevər, hər kəsin köməyinə çatan biri idi. Bu gün belə bir igid oğulun anası olmaqdan qürur duyuram. Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün vətən, torpaq, din, şərəf kimi anlayışlar müqəddəsdir. Və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.

Şəhidlik dinimizə görə də ən yüksək mərtəbələrdən biridir. Bu sıraya çatanlar cənnətlə mükafatlandırılırlar. Şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqda hərəkət edib xoşbəxd yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. Onlar vətən deyincə gözləri heç bir şeyi görməyən, geridə buraxdıqlarını düşünmədən öncə vətən deyən möhtəşəm insanlardır. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxdiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:

Qatil gülləsinə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər.


Azərbaycanın müsdəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirdi. "Biz gəldi-gedərik, təki vətən yaşasın." Bu amalla yaşayan şəhidlər misili görünməmiş iradə, yenilməzlik nümayiş etdirdilər.
Vətən, xalq sevgisi idi onlara cəsarət verən, sıraları möhkəm edən.
27 sentyabr 2020-ci il. O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücayəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli bayrağımızı azad olunmuş yaşayış məntəqələrinə asmaq üçün başlayan bu yürüş hamının ürəyindən xəbər verdi. "Dəmir Yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücayəti ilə qəhrəmanlıq yazdı.Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olan igidlərimizdən biri şəhid Səfərov Cəsarət Xaliq oğlu 27.06.2001-ci il tarixində Bakı şəhəri Suraxanı rayonunda dünyaya göz aşmışdır. Orta məktəbi bitirdikdən sonra Lənkaran Dövlət Universitetinə qəbul olmuşdur. Qiyabi təhsil alan Cəsarət vətəninə bağlı, bayrağına sevdalı biri idi. Vətən müharibəsi başlayan zaman silaha sarıldı Cəsarət Səfərov. Uzun döyüş yolu keçən qəhraman oğul Füzulidə, Cəbrayılda, Qubadlıda gedən döyüşlərdə şücaət göstərən Cəsarət Səfərov 05 noyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.

QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.06.2001-05.11.2020) Ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına əsasən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

İgid qəhraman Cəsarət Səfərovun uşaq vaxtlarından qardaş kimi böyüdüyü Şahmar Səfərov da 44 günlük Vətən müharibəsində qəhramanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Vətənin igid oğulları adlarını tarixə qızıl qanları ilə yazdılar.
Vətən Sizi Siz Vətəni unutmadınız.
Qarabağ Azərbaycandır!



ŞƏHİDİM

Anasının oğlu, igid, cəsarətli,
Koroğlu nərəli, Babək qeyrətli,
Qartal baxışlıydı, aslan ürəkli,
Döyüşə girdin ilk anda, Cəsarət.

Vuruşdun Füzulidə, həm Zəngilanda,
Qarabağın hər yamacı - dağında,
Boğdun qarı düşməni öz qanında,
Şəhid oldun, sən, Laçında, Cəsarət.

Qırx beş gündən sonra gəldi nəşin,
Anan, atan bu dərdi necə çəksin,
Kamilqızı necə yazsın, nə desin,
Saraldı, soldu bacın da, Cəsarət.

Raziyə KAMİLQIZI,
AYB və AJB-nin üzvü

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
MUROV QARTALI - Əkbər Pənahov

MUROV QARTALI - Əkbər Pənahov

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

UNUTSAQ, UNUDULARIQ!....
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
İgid əsgər keşik cəkir

İgid əsgər keşik cəkir

Müsabiqə
Rəy yazın: