MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV "UNUTSAQ, UNUDULARIQ!..

Samir Zirəddin oğlu Xasıyev - 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Əslən Tovuz rayonu Düz Qırıqlı kəndindəndir. 1980-ci ildə 82 saylı orta məktəbə getmiş, 1988-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçdükləri üçün Samir təhsilini Gəncədəki Mikayıl Müşfiq adına 14 saylı Beynəlmiləl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib Bakı şəhərinə qayıdaraq 1991-ci ildə “Bakı Soyuducular” zavodunda əmək fəaliyyətinə başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Elə həmin il də, Nərimanov rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət etmişdir. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə getmiş, Pirəkəşküldə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanmışdır.
Samirin erməni qəsbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Füzulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. O, özünü əsl vətənpərvər, igid, hərbi sənətini sevən və torpaqları uğrunda canından keçməyə hər an hazır olduğunu göstərmişdir.
Samir Tərtər uğrunda gedən savaşda erməni işğalçılarının mühasirəsinə düşən döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. O, düşmənin zəif nöqtələrinin müəyyən olunması məqsədilə dəfələrlə kəşfiyyat əməliyyatlarında da iştirak etmişdir. Bu zaman o, döyüş yoldaşları ilə birlikdə düşmənin sirlərini üzə çıxarmaqla yanaşı, onların canlı qüvvəsi və texnikasını da məhv etmişdir.
Samir Xasıyev döyüşlərdə bir neçə dəfə yaralanmış, lakin sağaldıqdan dərhal sonra yenidən döyüş bölgəsinə qayıtmışdır.
Samir Xasıyev göstərdiyi hərbi xidmətlərə görə dəfələrlə mükafatlar, medallar, fəxri fərmanlarla təltif olunmuşdur. İki aylıq zabit kursunu əla qiymətlərlə bitirdikdən sonra artıq leytenant qismində döyüş bölgəsinə qayıdan Samir yenidən vətənin düşmənin işğalından xilas olunmasında fəal iştirak etmişdir. İgidliyinə, şücaətinə görə ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilmişdir.
1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu “Hərbi Xidmətlərinə görə” medalına təqdim etmişdir.
1995-ci il martın 17-si… Dövlət çevrilişinə növbəti cəhd. Qarşıdurma dinc yolla həllini tapa bilmədi. Samirin bölüyü qərargaha daxil olarkən snayper gülləsi yaxın məsafədən komandiri qarın nahiyəsindən yaraladı. Dostlarının səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı. O, dövlətçiliyimiz yolunda qəhrəmancasına həlak oldu.
Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Nərimanov rayonundakı mədəniyyət və istirahət parkına da Samirin adı verilmiş və həmin parkda büstü qoyulmuşdur. 2009-cu ildə Milli Qəhrəmanın həyat və döyüş yoluna həsr olunmuş “Samirin vəsiyyəti” adlı film çəkilmişdir (ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur).
Milli Məclisin Mədəniyyət Komitəsinin sabiq sədri mərhum Qənirə Paşayeva Milli Qəhrəman anası Gözəl Xasıyeva ilə görüşündə demişdir: "Samir Xasıyevin, bütün Milli Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda şəhid olan qardaşlarımızın ruhu şaddır. Samir kimi insanların böyük amalı Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır. Samirin cəbhəyə yollanan zaman 18 yaşı vardı. Samir 21 yaşında Milli Qəhrəman adına layiq görülüb. Vaxtilə Samirin qəhrəmancasına vuruşduğu, yüzlərlə gəncin şəhid olduğu torpaqlar bu gün azaddır. O torpaqlarda bu gün Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Bu igidlik bizim gənclər üçün örnək olmalıdır. O da bütün Azərbaycanın fəxridir”.
Həmçinin Maya Vəliqızının müəllifliyi ilə Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən “Azadlığın cənnət yolçusu” adlı kitab da işıq üzü görmüşdür.

Biz də ölməz şəhidimiz Samir Xasiyevə Allahdan rəhmət diləyir və aşağıda Şair QURBAN GÖYÇƏLİnin ona həsr etdiyi “MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV” adlı şeirini dəyərli oxucularımıza təqdim edirik.

Gözümün önündən, getməyir heç vaxt
Milli Qəhrəmanım, Samir Xasiyev.
Hər zaman qəlblərdə yaşayacaqdır
Milli Qəhrəmanım, Samir Xasiyev.

Sevirdi bu xalqı, doğma Vətəni,
Yolunda can qoyub, candan keçəni,
Mamır olub, qayasında bitəni,
Milli Qəhrəmanim, Samir Xasiyev.

Sevib əskərini, yaxın bilərdi,
Onunla danışıb, deyib gülərdi,
Söz verdi sözünə, əməl edərdi,
Milli Qəhrəmanım, Samir Xasiyev.

Döyüş bölgəsinə könüllü getdi,
Ağdamın Mərzili kəndinə yetdi,
Düşməni dərdədər, pərsərəng etdi,
Milli Qəhrəmanım, Samir Xasiyev.

Çağırdı döyüşə Ağdam, Ağdərə,
Od tutub yanırdı, hər dağ, hər dərə,
Deyirdi çatıram, indi Tərtərə,
Milli Qəhrəmanım, Samir Xasiyev.

Düşmənin tankını məhv eyləyibdi,
Heç kəsə bir kəlmə söz deməyibdi,
Namərdlər önündə baş əyməyibdi,
Milli Qəhrəmanım Samir Xasiyev.

Füzuli köməyə, Samir çağırdı,
Gördü ki, vəziyyət, yaman ağırdı,
Düşmənin başına, alov yağırdı,
Milli Qəhrəmanım Samir Xasiyev.

Keçdi gənc yaşında, odda həyatı,
Hədiyyə almışdi, bir qol saatı,
Sevirdi həm şeri, həm şeriyyatı,
Milli Qəhrəmanım Samir Xasiyev.

Leytenant rütbəsi verildi ona,
Çox gözəl yaraşdi boya-buxuna,
Nümunə olmuşdur orda çoxuna,
Milli Qəhrəmanım Samir Xasiyev.

Yenə də ölkədə çeviriş oldu,
Dinc yolla qarşısı alınmaz oldu,
Namərd gülləsinə dəyib tuş oldu,
Milli Qəhrəmanım Samir Xasiyev.

Qurbanam qaçqınam, ulu Göyçədən,
Yolumu bağlayıb, tufan, boran, çən,
Yadıma düsəndə, kövrəlirəm mən,
Milli Qəhrəmanım Samir Xasiyev,
Şöhrətim həm şanım Sanir Xasiyev!..

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİDLƏRİMİZ, Darvaz, Unutsaq, unudularıq!..
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, Unutsaq, unudularıq!..
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

Unutsaq, unudularıq!..
SAMİR NİHAN (1987)

SAMİR NİHAN (1987)

Poeziya, Müsabiqə
YAŞA QƏHRƏMANIM - POLKOVNİK TAHİR MƏMMƏDOV!

YAŞA QƏHRƏMANIM - POLKOVNİK TAHİR MƏMMƏDOV!

Sumqayıt, Müsabiqə
İgid döyüşçü İmran Həsənov

İgid döyüşçü İmran Həsənov

Qarabağ
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

Unutsaq, unudularıq!..
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, Unutsaq, unudularıq!..
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, Unutsaq, unudularıq!..
Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Başkeçid, Unutsaq, unudularıq!..
AzTU-nun magistrantı Beynəlxalq konfransda iştirak edib

AzTU-nun magistrantı Beynəlxalq konfransda iştirak edib

AzTU
Təhsil şöbəsi Nizami Layihəsinin Məlumat Günündə

Təhsil şöbəsi Nizami Layihəsinin Məlumat Günündə

Humanitar elmlər
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİDLƏRİMİZ, Borçalı, Unutsaq, unudularıq!..
Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Humanitar elmlər
Milli Qəhrəmanımız ELDAR AĞAYEV

Milli Qəhrəmanımız ELDAR AĞAYEV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Tiflis, Borçalı, Unutsaq, unudularıq!..
AzTU-da “Bakı Marafonu 2017”-nin təqdimatı keçirilib

AzTU-da “Bakı Marafonu 2017”-nin təqdimatı keçirilib

AzTU, İdman
AHİK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olunub

AHİK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olunub

AzTU, QHT
Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Unutsaq, unudularıq!..
Rəy yazın: