Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib ALLAH RƏHMƏT ELƏSİN!..

Elə indicə acı bir xəbər eşitdim...

Əslən Başkeçiddən olan olan əziz dostum-qardaşım, AzTU-nun «Avtomatika və idarə­etmə» ka­fed­rasının müdiri Vahid Fərhadov bildirdi ki, Taryel kişi rəhmətə gedib...

Ana Vətənimiz Azərbaycanın
ayrılmaz bir parçası olan
Cənnət Qarabağ uğrunda
gedən son döyüşlərdə
Mİ-24 helikopterlə
düşmənə ağır zərbələr
vurduqdan sonra
qəhrəmancasına
şəhid olmuş mayor Təbriz MUSAZADƏ
nin atası Taryel MUSAYEV.

O, əslən Ulu Borçalımızın
Başkeçid (indiki Dmanisi)
rayonunun Yaqublu kəndi
ndən idi...
Bakıda yaşayırdı...



El ağsaqqalı, Şəhid atası Taryel MUSAYEVin
vəfatından kədərləndiyini bildirir,
mərhumun bütün əzizlərinə,
yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin...
Ruhu şad olsun...
Qəbri nurla dolsun!..
Məkanı cənnət olsun!..


Vida mərasimi sabah Bakının
Xətai rayonundakı NZS qəsəbəsində
mərhumun yaşadığı mənzildə olacaq.



Müşfiq BORÇALI,
ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: