Məhəbbətin və şəfqətin fövqündə

Məhəbbətin və şəfqətin fövqündə Tanrıya ən yaxın insanlardır həkimlər. Tanrı özü seçir onları, təbib edir, insanların sağlamlığını, şəfasını, şəfqətini özü etibar edir onlara. Bundan böyük inam, etibar, məhəbbət varmı, dünyada. Yaxşı həkimlər ömrü boyu bu etibara layiq olmağa çalışırlar. Tanrı qarşısında borclarını andına sadiq həkim kimi yerinə yetirirlər. Belələri hər yerdə, hər zaman ilk baxışdan seçilirlər. Onlarla ilk görüşdüyümüz andaca, istər-istəməz qəlbimizdən isti duyğular keçir, ən təmiz hisslərlə öz-özümüzə pıçıldayırıq, Əsl həkimdir bu!-deyirik. Cöhrəsindəki nur, mərhəmət, hər xətt, hər cizgi gözlərindən, baxışlarından, yağan məhəbbət, sözü-söhbəti, qayğıkeşliyi, müqəddəs peşəsinə sevgisinin ümumiləşmiş "Həkim" tablosu kimi ürəyimizə yol tapır, bizlərə sevdirir onları. Onların bu ali, insani keyfiyyətləri, nəcib dəyərləri onlarla təmasda olan hər bir insanı sevindirir, həyatda sağlam yaşamağa, gözəllikdən zövq almağa, qurmağa-yaratmağa bir daha həvəsləndirir.
Biz deyərdik ki, onlar daim məhəbbətin və şəfqətin fövqündədirlər! Tanrıya ikiqat yaxındırlar!
Bu şəfqətin fövqündədir Rasim həkim də. Tanrıya yaxın olan həkimlərimizin bir nümunəsini də o yaşayır.

Rasim Məcid oğlu Kərimov 1966-cı il mayın 6-da qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Yuxarı Saral kəndində zəhmətkeş ailədə dünyaya gəlib.
Atası Məcid Məsim oğlu Kərimov uzun illər Tbilisi Dəmiryol İdarəsində çalışıb və həmin idarədən də təqaüdə çıxıb. Artıq 8 ildir ki, dünyasını dəyişib. Allahdan ona rəhmət diləyirik.
Anası Lətifə İsa qızı Kərimova isə öz halal ocağında evdar qadın kimi, ömür-gün yoldaşına arxa-dayaq kimi ailəsinin hər əziyyətinə qatlaşıb, övladlarına yaxşı ana olub. Uşaqlarının beşinin də təlim-tərbiyəsi ilə özü məşğul olub, dərslərinə müntəzəm nəzarət edib. Özünün ali analıq borcunu - tələbkarlığı ilə birləşdirib, gur yanan alova döndərib, övladlarının həyat yollarını aydınladıb. Uşaqlarını ali təhsilli görmək ən böyük arzusu olub Lətifə ananın. Həm də təkcə, öz uşaqlarının deyil, bütün gənc nəslin oxumasını istəyibdir. Tanımadığı adamların da uşaqlarının ali məktəbə qəbul olunmasına, öz balasının uğuru kimi sevinibdir.
Beş övladından - Gülzadə və Nəzakət orta təhsil alıblar. Qurban Azərbaycan Dövlət Xalq Təssərrüfatı İnstitutunu, Kərim - Azərbaycan Dövlət Politexnik İnstitutunu, Rasim isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Tanrıya şükürlər olsun ki, indi onların hamısı ailə, oğul-qız sahibidirlər. Bu gün Lətifə ana övladları ilə, övladları isə anaları ilə qürur duyur və fəxr edirlər.

Yenidən əvvələ qayıdaq, həmsöhbətimizlə yaxından tanış olaq.

Rasim Kərimov 1973-1981-ci illərdə Yuxarı Saral kənd məktəbində 8-ci sinfə qədər oxumuş, sonra təhsilini Bakı şəhərindəki Kimya-Biologiya Təmaüllü İxtisaslaşdırılmış orta məktəbdə davam etdirmiş və 1983-cü ildə orta təhsilini başa vurmuşdur. Valideynlərinin məsləhəti ilə elə həmin ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Bir il burada təhsil aldıqdan sonra, əgəri xidmətə yollanıb, 1985-ci ilə qədər Almaniya Demokratik Respublikasında Vətənə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. Lakin, sonradan həkim olmaq, insanlara sağlamlıq bəxş etmək arzusu onun Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunda ali təhsilini davam etdirməsinə mane olub. Beləliklə, o, sənədlərini Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutundan geri götürərək Azərbaycan Dövlət Tibb İnstitutuna verib. Burada da qəbul imtahanlarında yüksək nəticələr əldə edib, tibb institutuna qəbul olunub. 1988-1994-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil alıb. Sonra 1 il Bakı şəhəri M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında anestezioloq - reanimatoloq üzrə interna keçib. Həkim-anestezioloq kimi yetişib. 1995-ci ildən bu günə kimi Bakı Şəhəri Kliniki Tibbi Mərkəzin anesteziologiya şöbəsində həkim-anestezioloq işləyir. Artıq, neçə ildir ki, ictimai vəzifə kimi hm də Kliniki Tibbi Mərkəzin Həmkarlar Komitəsi sədrinin müavinidir.
...Təkcə öz həyatını yaşamır Rasim həkim. Artıq, 20 ilə yaxındır ki, çalışdığı uşaq cərrahiyyəsi şöbəsində qırılmağa qoymadığı yüzlərlə uşaqların ömrünün davamında yaşayır o.

Məhəbbətin və şəfqətin fövqündə - Həkim, ilk xəstənizi, həkim olduğunuz o ilk günləri heç xatırlayırsınızmı?
-Əlbəttə ki, tez-tez xatırlayıram. O ilk gün, o başlanğıc mənim üçün çox məsuliyyətli idi. Yaxşı yadımdadır. Hələ internaturanı bitirməmişdim. Fevral ayı idi. İki aylıq uşaq xəstəxanaya qida borusunun daralması ilə daxil olmuşdur. Xəstəni əməliyyata götürdük. Əməliyyatın anesteziya hissəsi mənə tapşırıldı. Əməliyyatın uğurlu keçməsinə sevindim və həmin gün ilk məsuliyyətimi dərk etdim.
-İstərdik ki, həkim-anestezioloq kimi qısaca, işiniz haqqında danışasınız...
-Söhbətimizin əvvəlində qeyd etdim ki, mən uşaq cərrahiyyəsi şöbəsində çalışıram. Anestezioloqun vəzifəsi cərrahiyyə əməliyyatı zamanı yenidoğulmuş uşaqların həyatı vacib orqanlarının saxlanılması, anesteziyası (narkoz) üçün şərait yaratmaqdır. Daha sonra əməliyyat zamanı ürək-qan-damar, tənəffüs sistemi sona qədər izlənilir. Hətta, biz xəstənin ayılıb reonimasiyaya və yaxud da, şöbəyə daxil olandan sonra da, məsuliyyətini daşıyırıq. Tam sağalana kimi xəstənin müalicəsi ilə məşğul oluruq. Bizim şöbəmizdə Respublika miqyasında uşaqlara aid olan xəstəliklərin hamısı üzrə cərrahiyyə əməliyyatları həyata keçirilir.
- Həkim, bir qədər əvvəl söylədiniz İlk gün, ilk xəstə... Ötən illər yaşanan bir ömürdür... Bəs bu gün neçə, işinizdən, özünüzdən, razısınızmı?
-Doğrudur... İlk gün, ilk məsuliyyət, ilk müayinə, təyin edilən diaqnoz heç vaxt unudulmur. Bu illər ərzində ağır əməliyyatlardan sonra sağlam həyata qaytarılan hər körpənin, hər uşağın sevincindən mənə də pay düşüb. Xarici ölkələrdə keçdiyim tibbi anestezioloji kurslar, böyük alimlərdən, dahilərdən, şəxsiyyətlərdən illərlə topladığım təcrübə, oxuduqlarım, öyrəndiklərim məni yalnız kiçik bir zərrə qədər razı sala bilər. Onu da qeyd edim ki, Azərbaycan Dövlət Tibb Universitetinin Uşaq cərrahiyyəsi kafedrasının bir baza kimi bizim şöbəmizdə yerləşməsi mənim üçün böyük fəxrdir. Böyük hörmət və səmimiyyətlə söyləyim ki, işlədiyim bütün bu illər ərzində mənim Uşaq cərrahiyyəsi kafedrasının müdüri professor Çingiz Quliyev, Respublikanın baş uşaq cərrahı Asim Uluxanov, dosent Ramiz Poloxov eyni zamanda Kliniki Tibbi Mərkəzdə çalışan Respublikaının baş cərrahı Hacıqulu Bağırov kimi nəcib insanlarla, böyük alimlərlə, müdrik şəxsiyyətlərlə birlikdə işləməyim, onların çoxillik təcrübələrindən bəhrələnməyim mənə böyük uğur gətirib.
Eyni səmimiyyətlə, onu da qeyd edim ki, mən Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış kombustioloq (yanıq mütəxəssisi) uşaq cərrahı Elmira xanım Pənahovanı hələ İnstitutda təhsil aldığım (1988-1994) illərdən tanıyıram. Tələbələrə əsl analıq edən, hamımıza qayğı göstərən, problemlərimizlə, hətta, maddi vəziyyətimizlə yaxından maraqlanan və heç vaxt köməyini əsirgəməyən bu nəcib insan həmin illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinin dekanı vəzifəsində çalışırdı. Biz onu heç vaxt əsəbi, qəzəbli görməzdik. O, həmişə gülərüzlü və xeyirxah idi. İşinə məsuliyyəti, tələbələrə, oxumağa öyrənməyə qarşı tələbkarlığı isə daim öz yerində olardı...
Elmira xanım elə insandır ki, onunla bir dəfə ünsiyyətdə olanlar, onu ömrü boyu unuda bilmirlər. Və bu böyük şəxsiyyət elə ilk tanışlıqdan həmsöhbətinin yaddaşında yüksək vətəndaşlıq, humanizim və ürək saflığının mücəssəməsi kimi qalır. Elə buna görə də o, Azərbaycan müəlliminə, ziyalısına, aliminə məxsus zəngin mənəviyyatı ilə daim seçilib.
Elmira xanım öz sahəsinin məşhur bilicisidir, bir nömrəli yanıq mütəxəssisidir. Məhsuldar alimdir. Onun nə qədər fəxri adları, elmi titulları, uğurları olsa da, o bütün bunları özünün - qeyri-adiliyində, aliliyində və sadəliyində əritməyi bacarır. Bunun özü onun sadəliyindəki böyüklüyüdür. Heç şübhəsiz ki, bu insani dəyərlər onun böyuduyu, tərbiyə aldığı ailə ocağından, valideynlərindən keçdiyi həyat məktəbindən və ən əsası isə təmsil etdiyi nəsildən-kökdən qaynaqlanır. Mən çox şadam ki, bu gün sevimli müəllimimlə birlikdə işləyirəm.

Məhəbbətin və şəfqətin fövqündə - Həkim, işlədiyiniz bu illər ərzində uşaqların sağlam həyatında Sizin də zəhmətiniz az olmayıb. Yeri gəlmişkən, dünyamızın ən kiçik sakinləri, ən zərif çiçəkləri kimi sevdiyimiz uşaqlara bir həkim kimi nələr arzu edərdiniz?
-Mən uşaqları, körpələri çox sevirəm. Onlar Tanrının toxunulmaz mələkləridir. Arzum budur ki, başlarına, saçlarına çəkilən mehriban bir əl sığalını anındaca, qiymətləndirib üzümüzə gülümsəyən bu mələklər nəvazişdən, qayğıdan, şəfqətdən heç vaxt məhrum edilməsinlər. Düşüncəsi, dərk etməsi, hətta, kainatın hüdudlarını keçsə belə, "böyüklər" bu zərif çiçəkləri daha heç vaxt ayaqlar altında əzib, odun-alovun içərisinə atmasınlar, bəşəriyyəti yanğın məkanına döndərməsinlər. İstəyirəm ki, uşaqları dərd içinə buraxanlar susdurulsun. Torpaq savaşlarına, acgözlüklərinə bir dəfəlik son qoyulsun. Məmləkətlərdə, dövlətlərdə bir parça çörəyə möhtaclıq yox edilsin. Həyatlarının sevinc və xoşbəxtliyini yaşamaq haqqları yenidən onlara qaytarılsın. Düşündükcə deyirsən ki, çadırlardan göz yaşı içində boylanan, gülüşü gözlərində donub qalan, baxışlarında kimə pənah aparmağı, sabah harada olacaqlarını belə, bilməyən körpələr, analarını ağlar, əlacsız görüb, ürəkləri parça-parça olan çoçuklar üçün bu dünyanın daha heç bir yaxşılığı qalmayıb. Bu gün məmləkətdə bir körpənin göz yaşı yüz min uşağın sevincini heç edir. Hamımız bilirik ki, milliyyətindən asılı olmayaraq, dünyanın bütün həkimləri sülhsevərdirlər. Arzumuz budur ki, bundan sonra yer üzündə yaşayan uşaqların hamısı sülh, əmin-amanlıq, firavanlıq içərisində yaşasınlar...

Məhəbbətin və şəfqətin fövqündə Bəli, Rasim həkim həm də, gözəl ailə başçısıdır.
İki övladı var. Qızı Pərvin orta məktəbdə 9-cu sinifdə, oğlu Məcid isə 7-ci sinifdə təhsil alır. Onlar həkimlər ailəsində böyüyürlər. Pərvin gələcəkdə valideynlərinin yolunu davam etdirmək arzusu ilə həkim olmaq istəyir.

Beləcə... Rasim həkim bir ata kimi övladlarının ömrünə öz sənətinin gücü ilə nəcib duyğular toxumu səpir. Vətənə əsl övlad olmağın, əsl vətəndaş olmağın müqəddəsliyini aşılayır. Və hər kəsə qəlbində körpələrə, uşaqlara və bütünlükdə insanlara qarşı məhəbbət və şəfqət hissi yaşatmağı arzulayır...

Biz də, öz növbəmizdə Rasim həkimə bu müqəddəs işində və xeyirxah əməllərində böyük uğurlar arzulayırıq.
“Ulu Tanrı daim köməyiniz olsun!” - deyirik!..

Müşfiq BORÇALI,
Xanım BİLALQIZI.
"ŞƏRQİN SƏSİ" qəzeti,
N: 56 (286) Sentyabr,
2013-cü il.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Xeyirxah işin və şəfalı əllərin sahibi

Xeyirxah işin və şəfalı əllərin sahibi

Səhiyyə, "Şərqin səsi", Qarayazı
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Səhiyyə, Zalqa, UNUTSAQ, UNUDULARIQ!....
GÖZLƏRƏ NUR VERƏN HƏKİM

GÖZLƏRƏ NUR VERƏN HƏKİM

Regionlar, Səhiyyə
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Həkim KAZIM KAZIMOV (1956)

Həkim KAZIM KAZIMOV (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları"
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

Naxçıvan, Sağlamlıq, Səhiyyə, Avropa, Diaspora
Rauf Nəbizadə

Rauf Nəbizadə

Səhiyyə, Darvaz
“Həyatımı körpələrin sağlamlığına  həsr etmək, ən böyük arzum idi...”

“Həyatımı körpələrin sağlamlığına həsr etmək, ən böyük arzum idi...”

Səhiyyə, "Elm və Təhsil"
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Naxçıvan, Səhiyyə, Dünya, Asiya, Diaspora
Həkim Nemət İsgəndərov dünyasını dəyişib

Həkim Nemət İsgəndərov dünyasını dəyişib

Qərbi Azərbaycan, Nekroloqlar
Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Şirinova Nurlana: “Həkim olmaq anamın arzusu idi...”

Səhiyyə
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Rəy yazın: