Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)
Etimad Nəbiyev
(1970)

Etimad Həsənəli oğlu Nəbiyev
- 1970-ci il dekabr ayının 20-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı
Darbaz kəndində dünyaya göz açıb.
1977-ci ildə Darbaz kənd orta məktəbinin 1-ci sinfinə gedib,
1984-cü ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Tümen vilayətinə köçdüyü üçün orta təhsilini Tümen şəhərindəki 29 saylı orta məktəbdə davam etdirməli olub.
Etimad Nəbiyev 1987-ci ildə orta məktəbi bitirib və elə həmin il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Tümen Dövlət Tibb İnstitutuna daxil olub, 1993-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib.
Etimad Nəbiyev 1993-cü ildən 1995-ci ilə qədər Tümen şəhərinin 2 saylı xəstəxanasında həkim travmatoloq-ortoped vəzifəsində çalışıb.
O, 1996-cı ildə Bakıya köçmüş və Azərbaycan Respublikası Elmi Tədqiqat Travmotalogiya və Ortopediya İnstitutunun Uşaq Ortopediya Şöbəsinə həkim travmatoloq-ortoped vəzifəsinə təyin olunmuşdur.
E.Nəbiyev keçən vaxt ərzində müvəffəqiyyətli elmi və əməli axtarışlarının nəticəsi kimi, dissertasiya müdafiə edərək, tibb elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür, 2 ixtiranın, 2 səmərələşdirici təklifin və 12 məqalənin müəllifidir.

Biz də tanınmış həkim Etimad Nəbiyevə uzun ömür, möhkəm cansağlığı, elmi-tibbi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.[right][/right]



(Bax: Müşfiq Borçalı. BORÇALI ENSİKLOPEDİYASI. IV cild. Borçalı həkimləri. Bakı, 2002, səh.178-179.)




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: