Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)
RƏNA ƏLİYEVA
(1953)

Rəna Vəkil qızı Əliyeva (Ovçuyeva)
- 1953-cü ildə qədim Borçalı mahalında — indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
1960-cı ildə Darbaz kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1970-ci ildə həmin məktəbi gümüş medalla başa vurub.
1972-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub, 1977-ci ildə isə ali təhsilini müvəffəqiyyətlə başa vurub.
1977-ci ildən 1978-ci ilədək Əfəndiyev adına 2 saylı xəstəxanada internatura keçib.
1978-ci ildən 11 saylı Bakı şəhər xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır.
1992-ci ildə o, Həkimləri Təkmilləşmə İnstitutunda 4 aylıq “Ümumi Terapiya” kurs keçmiş və həmin il birinci dərəcəli həkim adına layiq görülmüşdür.
R.Əliyeva Ailəlidir, 2 övladı var.

Biz də Rəna həkimə uzun ömür, möhkəm can sağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq!..


Bax: Müşfiq Borçalı. BORÇALI ENSİKLOPEDİYASI. IV cild. Borçalı həkimləri. Bakı, 2002, səh.123.)
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: