QIZIL ƏLLƏRİN SAHİBİ

QIZIL ƏLLƏRİN SAHİBİ "Şərqin Səsi Qəzeti"nin "Ziyalılarımızı tanıyaq və tanıdaq!" rubrikasının bu günkü mövzusu "Qızıl əllər"ə malik olan tanınmış cərrah-oftalmoloq, həkim Fərəh xanım Abulaliyevadır.

Fərəh İnqilab qızı Abdulaliyeva - 1971-ci ildə anadan olub. Bakı şəhərinin Səbail rayonunda yerləşən 134 nömrəli tam orta məktəbi bitirib. 1994-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini oftalmologiya ixtisası üzrə bitirib. Sonralar təhsilini davam etdirərək müxtəlif ölkələrdə ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirərək ixtisasını artırıb. 18 noyabr 1997-ci ildən 28 avqust 2019-cu ilədək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışıb. 10 oktyabr 2020-ci ildən indiyədək "Badam" Medical Centerdə şöbə müdiridir. O, eyni zamanda Badamdar qəsəbəsində yerləşən "Caspian" İnternational Hospital və Bayıl qəsəbəsində yerləşən "Dünyagöz" klinikasında da çalışır. Tibb üzrə fəlsəfə doktorudur. Gözün ön seqmentinin refreaktiv cərrahıdır. Ezcimer-lazer, qlaukoma, katarakta, çəpgözlük, yaş kisəsində patalogiya, bütün növ patalogiya, plastik əməliyyatları uğurla icra edir.

Fərəh xanım qazilərimizə və İkinci Qarabağ Müharibəsində Bərdədə, Gəncədə, Tərtərdə erməni terroru zamanı xəsarət almış soydaşlarımıza qayğı və diqqətlə yanaşır, onları yüksək səviyyədə müalicə edir, sağlamlıqlarının bərpa olunmasında öz bilik və bacarığını əsirgəmir. İkinci Qarabağ Müharibəsində Bərdədə erməni terrorunun qurbanı olmuş vətəndaş Kəmalə Həsənova sağ gözü çıxmış və ağır yaralı vəziyyətində Mingəçevirdən Bakıya gətirilərək Badamdar qəsəbəsində yerləşən "Caspian" İnternational Hospitala yerləşdirilmiş və göz əməliyyatını Fərəh xanım icra etmişdir. Məhz Fərəh xanımın "Qızıl əllər"inin əməyi nəticəsində Kəmalə xanımın görmə qabiliyyəti bərpa oıunmuşdu.

Fərəh Abdulaliyeva bir gün öncə "Simurq-2021" Mükafatına layiq görülüb.

Gözəl xanım, qayğıkeş ana, ən əsası isə "Qızıl əllər"ə malik olan peşəkar cərrah-oftalmoloq həkim Fərəh Abdulaliyevaya redaksiyamızın rəhbərliyi, kollektivi və öz adımdan başarlarının davamlı olmasını arzulayırıq!..


Yunis Qaraxanlı.
"Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin redaktoru, "Zirvə İnfo" və "ZİM*Az" saytlarının xüsusi müxbiri, "Borçalı" NPM-nin ədəbi redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist, şair.

02.12.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: