Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)
Musayev Sahib Kazım oğlu
Azərbaycan Tibb Universitetinin
Pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasının professoru, tibb elmləri doktoru, əməkdar elm xadimi.

Elektron poçtu: msahib@azeurotel.com
Tel: 994 (012) 4413348 (187)


Əslən qədim Borçalı mahalının (indiki Gürcüstanın Marneuli rayonundakı) Mameyi kəndindən olan
Sahib Kazım oğlu Musayev 1952-ci ildə Qazaxstan Respublikasının Çimkənd vilayətində sürgündə dünyaya göz açıb.
O, 1954-cü ildə bəraət qazanmış valideynləri ilə bərabər sürgündən doğma Borçalıya qayıtmışdır.
Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirmişdir. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakultəsinə daxil olub və 1975-ci ildə oranı bitirib.
1976-1981-ci illərdə Bakı şəhəri Təcili və təxirəsalınmaz Tibbi Stansiyasında həkim-kardioloq işləyib.
1983-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində işləyir.

1981-1984-ci illərdə moskvada - SSRİ Tibb Elmləri Akademiyasının Revmotologiya İnstitutunda aspirantura oxumuş, 1984-ci ildə həmin institutda “Sistem sklerodermiyasının kliniki-immunoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-1987-ci illərdə Azərbaycan Tibb İnstitutuda “Daxili xəstəliklər” kafedrasında assistent vəzifəsində çalışıb.
1987-1991-ci illərdə yenə Moskvada - SSRİ Tibb Elmləri Akademiyasında doktornaturada fəaliyyət göstərmişdir.
1991-ci ildə “b-talasemiyada revmotoloji sindromlar”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru elmi adına layiq görülmüşdür.

1983-ci ildə X-cu Avropa Revmotoloji konqresində aktiv iştirakina görə Avropa Antirevmatik liqanın qırmızı diplomuna layiq görülmüşdür.

1992-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasında professor vəzifəsinə seçilmişdi.

Elmi işləri əsasən “Birləşdirici toxumanın diffuz xəstəliklərinin” kliniki-immunoloji xüsusiyyətləri, sistem vaskulitləri, irsi hemoglobinopatiyalarda revmatik sindromlar, revmatik xəstəliklərdə stomatoloji təzahürlər, birləşdirici toxumanın diffuz xəstəliklərində həzm sistemi orqanlarının vəziyyətinə həsr olunub.

Prof. S.K.Musayev rəhbərliyi altına 6 namizədlik dissertasiyası yerinə yetirilib.
200 elmi işin, 4 tədris vəsaitin, 6 metodik vəsaitin müəllifidir.

Professor Sahib Musayev Finlyandiyada, İtaliyada, Rumıniyada, Çexoslovakiyada, İzraildə, İstambulda, Antaliyada, Yaponiyada, Fransada, İspaniyada, Londonda keçirilən Beynəlxalq konqreslərdə aktiv iştirak etmişdir.

2005-ci ildə Beynalxalq Elmlər Akademiyası həqiqi üzvü seçilib.

2006-cı ildə Əməkdar Elm xadimi adına layiq görülmüşdür.

Biz də tanınmış alim, tibb elmləri doktoru, Əməkdar Elm xadimi,
çox hörmətli professor Sahib Musayevə şərəfli elmi-tibbi və pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Səhiyyə, Nekroloqlar, Qərbi Azərbaycan
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

Səhiyyə, "Elm və Təhsil"
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Professor ƏLİŞİR MUSAYEV (1949)

Professor ƏLİŞİR MUSAYEV (1949)

Sağlamlıq, Səhiyyə, "XXI əsrin Ziyalıları", Başkeçid
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…

ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…

Yeni nəşrlər, Sağlamlıq, Borçalı, Bolus, Müşfiq Borçalı
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
AMEA-nın müxbir üzvü ƏLİŞİR MUSAYEV “Əmək” ordeni ilə təltif edilib

AMEA-nın müxbir üzvü ƏLİŞİR MUSAYEV “Əmək” ordeni ilə təltif edilib

Rəsmi Xəbərlər, Sağlamlıq, Başkeçid, Təbriklər
Rəy yazın: