Abayət QURBANOVA (1963)

Abayət QURBANOVA (1963) Abayət Qurbanova - 1963-cü ildə qədim Borçalı mahalının Sarvan elində, indiki Gürcüstanın Marneuli şəhərində
anadan olub.
1980-cı ildə buradaki 1 saylı orta məktəbi, 1985-ci ildə A.S.Puşkin adına Tibilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin filologiya fakültəsini Azərbaycan dili
və ədəbiyyatı ixtisası üzrə bitirib.
1988-ci ildən bu günə qədər Tibilisi şəhərindəki
64 saylı orta məktəb
ində işləyir.
1994-cü ildən 2006-cı ildək eyni zamanda paralel olaraq,
Gürcüstan Dövlət Radio-Televiziya Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında
diktor
da işləyib.
Abayət Qurbanovanın gözəl ailəsi, bir qızı, bir oglu,
dörd nəvəsi var.

Müəllim həmkarı Batıxan Xiyalovun "Gürcüstan" qəzetinin
18 may 2018-ci il tarixli sayında Abayat Qurbanova haqqında dərc etdirdiyi "Peşəsini sevən və sevdirən insan" sərlövhəli məqaləsində oxuyuruq:
"Hər bir insanın alın yazısı var. Bu alın yazısı insanın heyatını, fəalliyyətini müyyən edir, ondan kənara çıxmaq olmur. Bəzən bunu bəxtlə, tale ilə əlaqələndirirlər. Alın yazısında qürurun, fərəhin, ilhamın, məhəbbətin, sevginin də yeri var.
Haqqında söz acacagımız insan Abayat Qurbanovdur. O, müəllimdir, həm də qabaqcıl məüllim.
Peşəsini sevən və sevdirən müəllimdir. Didaktikanın üsullarini bacarıqla təbliğ edir,
həmişə axtarışda olur, biliyini artırır, zənginləşdirir..."


Bütün bunlarla yanaşı, qeyd etmək istəyirik ki, Abayat Qurbanova özünün müəllimlərini də heç zaman unutmur, ustadlarının əməyini yüksək qiymətləndirir. Həmişə söhbət zamanı, öz bilik və bacarıgını institutda oxudugu vaxt tanınmış dilci alim, flologiya elmləri doktoru, professor Mədəd Çobanovdan və ədəbiyyat müəllimi - flologiya elmləri doktoru, professor Adil Mişiyevdən aldığını, onların tövsiyyələrini heç vaxt unutmadığını, bu günün özündə də yaddaşında qoruyub saxladığını və lazım gəldikcə öz təcrübəsində istifadə etdiyini vurğulayan A.Qurbanova Azərbaycan dilinin qramatikasının qayda qanunlarını, Azərbaycan ədəbiyyatının sirlərini bacardıgı qədər şagirdlərin yaddaşına hopdurmağa çalışır. Səmimi, mehriban və incə təbiətlidir. İndi onun yetirmələrinin çoxu özu ilə bərabər işləyir. Həmkarları ilə həmişə pedoqoqikaya, tədrisə-tərbiyə, dil və ədəbiyyata aid mühakimələr aparır. O, Gürcüstan Təhsil və Elm Nazirliyinin milli tədris planlatının yerinə yetirilməsində
fəal çalışır.

Abayət xanım Qurbanova həm də həssas qəlbli insandır, saz-söz vurğunudur, bədii yaradıcılıqla da məşgul olur, gözəl şeirlər müəllifidir. O, qabaqcıl müəllim olmaqla yanaşı, həm də istedadlı şairə kimi tanınır.
Şeirləri "Gürcüstan", "Sözün işıgı", "Ozan", "Ziya", "Şərqin səs", "Elm və təhsil" qəzətlərində, "Sazlı-sözlü Borçalı" Ədəbi Məcmuəsində, "Zirvə" poeziya antologiyasında, "ZiM.Az", "Zirve.info", "Borcali.org" və s. saytlarda dərc olunmuşdur. Şeirlərinin qayəsində sevgi-məhəbbət, körpə balalar, dil, qələm, insanların ürəyi, qəlbi, rəftarı, münasubətləri və s. durur.

A.Qurbanova istəkli nəvəsinə həsr etdiyi "Ciyərparam" seirində yazır:

Ay mənim şirin balam,
Sevimli ciyərparam.
Gəl öpüm gözlərindən,
Qoy, doyum sözlərindən...


Burada nənənin nəvəsinə olan ülvi hissləri, saf, təmiz məhəbbəti əks olunur. Şeirdə nənə nəvəsinə xoş arzularını bildirir. Nəvəsinə ay kecsin, il dolansın, - deyə
Onun böyüməsini, gələcəkdə pəhləvan olmasını, oxumasını, toyunu görməsini arzulayır.
O, balaca nəvənin gələcəkdə böyük ümid yeri olacagına əminliyini bildirir.

"Qələm" adlı şeirində qələm sahibinin hec vaxt işinin çətinliyə düşmədiyini, onun hər şeyə qalib gələcəyini ifadə edir. Onun şeirində dərin fikir, dərin məna vardır. Müəllif "Dilim" şeirində xalqın varlıgında dilin rolunun əhəmiyyətini göstərir. Dillə millətin vahid anlayış olmasını vurgulayır:

Dil varsa xalq da vardır,
Dilim mənim qan yaddaşım,
Dilim mənim can yoldaşım,
Dilim ölsə məndə ölləm,
Millətimi yaşat dilim!


Onun fikirincə müasir dövr qloballaşma dövrüdür. Qloballaşmanın həm müsbət, həm də mənfi cəhətləri vardır. Xalq, yaxud hər bir millət özünün mənəvi dəyərlərini, əxlaq, adət-ənənələrini hətta dili də itirə bilər.
Ona görə də dilimizi qorumaq və yaşatmaq bizim birinci dərəcəli vəzifəmizdir.
Bir sözlə, Abayat Qurbanovanın şeirləri oxunaqlıdır, ürəyə yatandır, insanda gözəl əhval-rühiyyə yaradır.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından,
hörmətli müəllim-şair Abayət xanım Qurbanovaya
bədii yaradıcılığında, eləcə də pedaqoji fəaliyyətində,
yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə
şeirini ZiM.Az-ın dəyərli oxuculara təqdim edirik.


Gilə ƏLİQIZI,
ZiM.Az-ın şöbə müdiri,
"Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatı



Abayət QURBANOVA (1963) Sənin məhəbbətinlə

Dùzlərdəkì ceyranam,
Daģlardakı maralam,
Havadakı qartalam,
Aģlayan bir anayam,
Sənin məhəbbətinlə.

Ərşə çəkilər yuxum,
Hər an səni anaram.
Qəlbimdə sirr saxlaram,
Alışaram ,yanaram,
Sənin məhəbbətinlə.

Gùl dodaqlar titrəyər,
Ala ģòzlər gəl deyər,
Bir səs gələr ìçimdən,
Cùt sonam olmaz deyər
Sənin məhəbbətinle.

Ùrəyimsə sev deyər,
Sevgili ,canan deyər
Keçsə də aylar,illər
Yenə də canan deyər
Sənin məhəbbətinlə.

Abayət QURBANOVA (1963)
Qələm

Sarılaram qələmə,
Dərdimi qələm anlar.
O kònùl sirdaşimdı,
Yalnız o məni anlar.

Saçima siģal çəkər,
Goz yaşımı hey sìlər.
Şùkùrlər olsun,Xuda,
O mənə yol gòstərər.

Onunla yol gedənin
Yolu dùşməz çətinə.
Aģ kaģız ùzərində
İnci dùzər telinə.

Qələm mənim çòrəyim,
O, dòyùnən ùrəyim.
Əllərimdən dùşməyən
Yol yoldaşım,kòməyim.


Abayət QURBANOVA (1963)Ùrək

Ùrək bir dùnyadìr, òyrənmək gərək
Ùrək bir şùşədir, saxlamaq gərək,
Her insan ùrəyin bilməz qədrini,
Hər ùrək insana verməz bəhrini.

Ùrək yanģısını dadmamış kəsə,
Nə desəm əbəsdir,nanəcib, nəsə
Arif deyər sòzù anlayanlara,
Ùrəkdə aslanı saxlayanlara.


Sevda

Məhəbbətin həyat verdi,
Sevdan mənə qanad verdi,
Eşq atəşi parcalandı,
Pərvanə tək alovlandı.

Görən dedi: -Nə sevdadı,
Bitməyənmi bir sevdası,
Bu sevdanın sonu yoxmu?
Bu cəfadan şəfa yoxmu?

Durub xeyli düşündüm mən,
Nə dindim,nə danışdım mən,
Gah alışdım,gah da söndüm,
Nərildəyən şirə döndüm...

Qaş-qabagın tökəndə sən,
Dedim ki, bir sən olaydın,
Bir də ki, qumlu sahillər,
Əhdinə sadiq olaydın.

Həzin-həzin nəgmələrlə
Sahilboyu ləpələrlə,
Dönərək ürkək baxışla-
Ömrü bəzəyək naxışla.


Ciyərparam
(Əzizləmə)


Ay mənim şirin balam,
Sevimli ciyərparam,
Gəl öpüm gözlərindən,
Qoy doyum sözlərindən.

Ay mənim pöhrən balam,
Günbəgün köklən balam,
Ay kecsin, il dolansın,
Sən ol pəhləvan balam.

Ay mənim ton-ton balam
Qoy görüm toyun balam,
Vagzalını calsınlar,
Meydanı boşaltsınlar.

Nənən qolun qaldırsın,
Anan dursun sındırsın,
Görən desin can balam,
Bu toy mübarək balam!

Abayət QURBANOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: