RAHİLƏ QARALOVA (1967)

RAHİLƏ QARALOVA (1967) Rahilə Seyfəddin qızı Qaralova - 1967-ci il noyabrın 28-də Ulu Borçalımızın Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub.
İlk təhsilinini Şahmarlı 8 illik məktəbində alıb.
1985-ci ildə Başkeçid (Dmanisi) 2 saylı Azərbaycan
orta məktəbini, sonra Tbilisi şəhərində Maliyyə
Texnikumunu bitirib.
Bir müddət Başkeçiddəki 147 nömrəli texniki peşə məktəbində kadrlar şöbəsində çalışıb.
Orta məktəb illərində "Azərbaycan Pioneri" qəzetində
və yerli qəzetlərdə kiçik şeirləri dərc olunub.
Son dövrdə mətbuatda müntəzəm olaraq dərc olunur.
O cümlədən, ZiM.Az, Zirve.info saytlarında,
"Ziya", "Şərqin səsi", "Bütöv Azərbaycan", "Qala",
"Elm və Təhsil" qəzetlərində, "Xəzan jurnalı"nda,
"Zəlimxan özü var xatirələrdə" kitabında,
"Xarı bülbül" almanaxında və "Zirvə" poeziya antologiyasında dərc olunan şeirləri oxucuların
böyük marağına səbəb olub.
"SAZLI-SÖZLÜ BORÇALI" Ədəbi Məclisinin yaradıcılarından olan Rahilə xanım həm də
"Dirili Qurbanı" Ədəbi Məclisinin üzvüdür.
O, Azərbaycan Respublikası "Təhsil" Mərkəzi tərəfindən "Abdulla Şaiq" Fəxri mükafatına,
Qafqaz Media İçtimai Birliyinin təsis etdiyi "Cəsarətli Qələm" Diplomuna və
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Xüsusi mükafatına layiq görülüb.
"Qərib Həsrəti", "Məndən Nağıl Umma, Dünya" adlı kitabların müəllifidir.
Ailəlidir, iki övladı və iki nəvəsi var.


SAZIM

Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.

Yandırıbdi “Kərəmiylə”
Qəm veiribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım.

Məhəbbəti eldən aldın ,
Çox dövranlar yola saldın.
Şahlar ilə qonaq qaldın,
Namərdləri qıran sazım.

Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım!

İlham verdin yenə mənə,
Alqışladım dönə-dönə.
Rahilə də olub sənə,
Lap əzəldən heyran, sazım.


BORÇALI

Onun gözəlliyi Allahdan gəlib,
Bütün gözəlliyin gözü Borçalı.
Sehr etdim çəmənin çiçəklirini,
Bütün çiçəklərin özü Borçalı.

Təbiblər, lağmanlar sehrinə çıxdı,
Gələn mehmanlar əlini sıxdı,
Hər kəsin könlünə nur kimi axdı,
Ürəkdə məhəbbət közü Borçalı.

Nə qədər söz desəm yenə də azdı,
Sevənlər köksündə çaldığı sazdı,
Qışda da, yayda da havası yazdı,
Ozanlar, aşıqlar sözü Börçalı.

Gözəllik donuna bürünüb hər yan,
Hər baxan hüsnünə olubdu heyran,
Rahilə gözündə sanki bir ceyran,
Gürcüstan elinin gözü Borçalı.


ELƏ BAĞLIYAM

Şəhərdə olsam da nə vaxtdan bəri,
Çəmənə bağlıyam, çölə bağlıyam,
Sevdim çiçəkləri, sevdim gülləri,
Çiçəyə bağlıyam, gülə bağlıyam.

Havasız şəhərdə gəzə bilmirəm,
Əlimi dağlardan üzə bilmirəm,
O təmiz havasız, dözə bilmirəm,
Sonalar üzüşən gölə bağlıyam.

Vətəndən uzaqda həsrət dəmliyəm,
Toydada, yasdada kədər qəmliyəm,
Toxunmayın mənə zilli, bəmliyəm,
Şırmayı saz üstə telə bağlıyam.

Rahilə, uzaqdan vətənə baxar,
Coşqun çaylar kimi düzlərə axar,
Sevgi çələngini telinə taxar,
Harda yaşasamda elə bağlıyam.


KƏLAĞAYI

Ulu nənələrdən yadıgar qalan,
Kəlağayı gözəlin qeyrət örtüyü.
Yaşmanıb gələrdi ağbirçək anam,
Xanım anaların ısmət örtüyü.

İndi muzeylərdə tarixə dönüb,
Günəşə tamarzı, kölgəyə enib,
Elə bil nənəmin çırağı sönüb,
Bir vaxtlar xalqımın şöhrət örtüyü.

O namus rəmzidir, həm də ki, qeyrət,
Başı papaqlılar edibdir hörmət,
Ortada olanda bitibdir söhbət,
Heç zaman olmayıb qiybət ortüyü.

Rahilə, bu deyil adi bir geyim ,
Bu gözəl örtüyü nə qədər öyüm?
İsmətdi, abırdı, qeyrətdi deyim
Mərifət, ləyaqət, hörmət örtüyü.


ATA DEYİB KÖVRƏLTMƏYİN SİZ MƏNİ

Ata dedin, alt-üst etdin binəmi,
Fikrin dərdi çatdırmaqdı minəmi?
Ah-nalənlə sən dağladın sinəmi,
Ata deyib, kövrəltməyin siz məni.

Ata dedin, bağrım başı köz oldu,
Dərdim artdı, bir idisə yüz oldu,
Yoxluğuna inanmırdım, düz oldu,
Ata deyib, kövrəltməyin siz məni.

Dərdim, qəmim karvan kimi düzülür,
Göz yaşlarım, ürəyimə süzülür,
Ata dedin, canım candan üzülür,
Ata deyib, kövrəltməyin siz məni.

Ata mənim candan əziz canımdı,
Ata mənim zülmət sökən danımdı.
Ata mənim şöhrətimdi, şanımdı,
Ata deyib, kövrəltməyin siz məni.

Canım ata, kaş olaydın yanımda,
Dolanırsan, damarımda, qanımda,
Unutmaram səni heç bir anımda .
Ata deyib, kövrəltməyin siz məni.


AY ANA

Qurban olum sənin qəmli gözünə,
Bəstəm olan şirin-şirin sözünə,
Darıxmışam, bir baş qoyum dizinə.
Anaların anasısan, ay ana,
Sonaların, sonasısan, ay ana !

Sığal çəkim qoy dağılan telinə,
Qulluq edim çiçəyinə, gülünə,
Qurban olum o titrəyən əlinə…
Anaların anasısan, ay ana,
Sonaların sonasısan, ay ana!

Oğlun-qızın qoy həmişə şad olsun,
Nəvələrin ömrə-günə dad olusn.
Kədər sənə qoy həmişə yad oslun!
Anaların anasısan, ay ana,
Gözəlliyin sonasısan, ay ana!


ÜRƏK

Bir ürəkdə yerləşibsən.
Sən onunla sirləşibsən,
Görən necə birləşibsən?
Məni məndən alan ürək.

Xəyalından nələr keçdi?
Ömrüm sənsiz inan heçdi,
Bu gözlərim səni seçdi,
Məni eşqə salan ürək.

Təbəssümü canı yaxan,
Gözlərimdən qəlbə axan,
Sakit-sakit durub baxan,
Ömrü günü talan ürək.

Rahilə də səni anar,
Gözəllərin gözü sanar,
Ürəyinin başı yanar,
Əhd-ilqarı yalan ürək.


VƏTƏN

Bütün kainatın bəzəyi sənsən,
Sən mənim uğurlu anımsan, Vətən!
Ömrümün təməli, özəyi sənsən,
Parlayan üfüqüm, danımsan, Vətən!

Suyundu, havandı, dərdlərə dərman,
Ruhumda gəzirsən, hər zaman, hər an,
Gözəllik məskəni, olmuşam heyran
Ürəkdə dolanan qanımsan , Vətən!

Sənsiz həyat donar, gül-çiçək solar,
Qəm-qüssə, kədərin qəlbimə dolar,
Vətənsiz, gözümdə dünya heç olar,
Sən məni yaşadan canımsan, Vətən!

Verərəm canımı yolunda qurban,
Səni çox sevirəm inan canımdan,
Çox uğurlu adın var, Azərbaycan,
Sən mənim şöhrətim şanımsan, Vətən!


DAĞLARIN

Qəlbimə hakimdi ruhuma qənim,
Məni məndən alır, gülü dağlarin,
Ürəyi coşdurur qəlbi coşdurur,
Sinəsindən axan seli dağların.

Çoban tütəyidi ana laylası,
Zirvəsində qarı olub aynası,
Gözəlliyi bir bir deyib sayılası,
Çeşməsi, bulağı ləli dağların.

Baharda al yaşıl dona bürünər,
Ətəyində lalə nərgiz görünər,
Zirvəsində sazaq, çiskin sürünər,
Dumandan çəkilmiş tülü dağların.

Ayrılıq həsrəti nədir bilirəm,
Vətən, həsrətindən hər an ölürəm,
Qəm çəkir, ağlayıb hərdən gülürəm,
Eyləyib məni də dəli dağların.


ELOĞLUMUZ CAVANŞIR

Polis general-mayoru Cavanşir Məmmədova
həsr edirəm


Vətən üçün çalışıbdı hər zaman,
Çox hünərli eloğlumuz Cavanşir.
Çətinliyə sinə gərib çox zaman,
Çox dəyərli eloğlumuz Cavanşir.

Zamananın ələyində, ələnib,
Sevincinə, həm qəminə bələnib,
Zirvələrdə dayanaraq, əylənib,
Çox dəyərli eloğlumuz Cavanşir.

Arxasını el-obaya dayayıb,
İki əsr, iki ömür yaşayıb,
Ər doğulub, ər adını daşıyıb,
Çox dəyərli eloğlumuz Cavanşir.

Örnək olub ögeylərə, yadlara,
Dar günlərdə çox çatıbdır dadlara,
Layiq olub, uca- yüksək adlara,
Çox dəyərli eloğlumuz Cavanşir.

Pillə-pilə əməyilə ucalıb,
Ucaldıqca zamanadan bac alıb,
Deməyin ki, yaşa dolub, qocalıb…
Çox dəyərli eloğlumuz Cavanşir.

Öz adını, hörmətini saxlayıb,
Çeşmələr tək çağladıqca, çağlayıb,
El-obayla gözəl ülfət bağlayıb,
Çox dəyərli eloğlumuz Cavanşir.

Rahilənin sözü güllər ətridi,
Eloğluna hörmətidi, xətridi
Borçalının, Şahmarlının fəxridi,
Çox dəyərli eloğlumuz Cavanşir.


HÖRƏK

Vaxtın varsa gəl dayanma, kömək elə,
Götürək biz məhəbbətdən qala hörək.
Yarı sənnən, yarı mənnən, bilə-bilə,
Əlac edək, dərdimizə çara hörək.

Sənin kimi bir gözələ mən sadağa,
Siyah zülfün tökülübdür düz topuğa,
Külək vurur dalğalanır sola, sağa,
Ver ucundan mən yapışım dara, hörək.

Bu sevginin bünövrəsin biz qoymuşuq,
Qoymuşuqsa fikirləşib düz qoymuşuq,
Rahiləyəm sevgi dolu söz qoymuşuq,
Seçək bir-bir qəlbimdəki yerə hörək.


UÇAQLARIN DÜNYASI

HALAL ÇÖRƏK


Soyuq payız səhəri,
Baba buğda əkirdi.
Dəni şumun üstünə,
Çətinliklə səpirdi.
Puçur-puçur tərini,
O torpağa tökürdü.
Ramal baxıb babaya,
Elə bil ki, kövrəldi...
Ay baba gəl oturaq,
Sonra işlərsən dedi.
Baba dedi, - ay bala,
Eşitməmisən məyər!?
İşləməyən dişləməz.
Qoysan işə sən ürək,
Yeyərsən halal çörək.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: