SEVGÜL SƏFƏRLİ: Təbib təbiətimiz, loğman yurdumuz...

SEVGÜL SƏFƏRLİ: Təbib təbiətimiz, loğman yurdumuz...
Sevgül Səfərli - qədim Başkeçid ra­yo­nun­da doğulub. Hələ gənc yaşla­rından bə­dii ya­radıcılıqla məşqul olur.

Bir müddət “Bor­­­çalı” qəzetində ça­lışıb.

Bir neçə kitab müəllifidir.

2008-ci ildə Bakıdakı “Dan Ul­duzu” nəş­riyyatında
“Qəriblik ömür üzən şey­dir” adlı kitabı nəfis şəkildə çap olu­na­­raq oxucuların ixtiya­rı­na verilib.

Aşa­ğıda Sevgul Səfərlinin həmin kitabından bir ne­çə səhifəni dərc edir və ona yeni-yeni uğurlar arzulayırıq!..



Təbib təbiətimiz, loğman yurdumuz...


Belə şeylər çox olurdu. Bəzən bir qrup xəstəliklərin qar­şısında aciz qalanda Tiflis həkimləri təbiətə üz tu­tar­dılar.
O təbiətə ki, Allahın bir "Ol" kəlməsi ilə yaranıb. O təbiətə ki, Allahın şəfası insanlara onun vasitəsilə ötü­rülür.
Bu ötü­rü­cülərin ən əsası təbiətin füsunkar zən­ginliyi, dağ sularının saflığı, dağ havasının təmizliyi, bir də insanların xeyir­xah­lığıdır.
Elmin gücü çatmayan xəstəlikləri sağaltmaq üçün həkimlər təbiətin gücünə gü­vənirdilər. Bir də görürdün kən­dimizə qücağı qundaqlı bir "şəhərli" gəldi.
Ozü gəlməyib da­ha doğrusu hə­kim gön­dərib. "Bu uşağı müntəzəm olaraq sə­hər tezdən dağ ça­yının kənarında gəzdirin"-deyib.
Bir başqa xəstəyə həkim "şehli-şehli may çiçəklərinin üstündə ayağı yalın gəzmək" - buyurub.
Digə­rinə "quşların "Çahar­gah" oxu­­­­­du­ğu vədə şam meşələrində dolaşmağı" - buyurub.
Bir öz­­­gə­sinə "ac qarına bulaq suyu iç, özü də düz mən­bə­yin­dən" - deyib.
Bizim təbibimiz də, loğmanımız da öz təbiətimiz olub, dədə-babadan.
Təbiət bizə təmənnasız loğmanlıq edib. Tə­biətlə baş-başa verib Başkeçidlilərin sağlamlığı keşi­yində du­ran həkimlərimizə hörmət olaraq bir qrupunun adını çək­mək istəyirəm.
Onlardan Asya xanım, Mənzər xanım, Zərifə xanım, Zamirə xanım, doktor Şamil, dok­tor İstan­bul, dok­tor İfrat, doktor Mirsayad, doktor Teymur, doktor Yu­nus, doktor İlham.
Yaşayanlara can sağlığı, dünyasını də­yişən­lərə Al­lahdan cənnət diləyirəm.
SAĞLAM OLMAQ İSTƏYƏN HƏR BİR KƏS
AĞ­RISIZ CAN İSTƏYİRSƏ ÖNCƏ CANI ÜÇÜN SAĞLAM ŞƏRAİT YARATSIN,
HƏZRƏT PEYĞƏMBƏR KİMİ QİDALANSIN…

Milli münasibətlərin kəskinləşən vaxtı "yarım Allah" de­diyimiz həkimlərə açıq və gizli təzyiq göstərdilər. Müx­təlif şəkildə, müxtəlif zərbələrlə onları sənətindən, yurdun­dan ayırdılar. Təkcə doktor Şamilə və doktor İs­tanbula toxunma­dılar. Şamil Başkeçidin ən güclü tera­pevti, İstanbul isə ən güclü cərrahı idi. Düşmən, düşmən də olsa, ağıllı idi. Etnik təmizləmə proqramını həyata ke­çirərkən onlar terapevt Şa­milin canlı diaqnostika mərkəzi olduğunu unutmadılar. Bu­nu rayonda dost da bilirdi, düşmən də. Doktor Şamil xəs­təni sağaltmaqla bərabər, onun son nəfəsini, ayını günü­nü də təyin edə bilir. Deməli düşmən öz sağlamlığını dü­şünərək iki kamil həkimi Şamil və İstanbulu yerindən tər­pətmədi.

Fəlsəfi düşüncələr ustadı Bəхtiyar Vahabzadənin "Tək­lik" şei­ri­nə diqqəi yetirək:

Yarpağı tez solar tək ağacın da,
Daldası yoxdusa necə solmasın.
Meşələr sultanı, meşələr şahı,
Aslanın özü də yalqız olmasın.


Öz elində, öz yurdunda təklənmişdi, xalqımız. Bütün mə­nalarda təklənən, tənhalaşan, yaralanan seyrələn xal­qın əlin­­dən doktor Şamili və doktor İstanbulu al­ma­dığına görə düşmənə öz minnətdarlığımı bildirirəm. Mad­di vəziyyəti ağır olan xalq başı yerə gələnə qədər hə­kimdən uzaq olur.
Dərd ona güc gələncə: - "Gedin Şə­mili gətirin", - deyir.
Doktor Şamilin düzgün təyin etdiyi müalicə prose­du­ra­sını xəstə ev şəraitində qəbul edir. Müalicə olunan­ların qay­ğısını el qızımız, iki kəndin bacarıqlı tibb bacısı Nuray bacımız yerinə yetirir.
Başkeçidlilərin ən ağır xəstəsini hər zaman "yarım Allah" dedikləri doktor Şamilə etibar edirdilər.
Çünki doktor Şa­mi­lin dediklərini Tbilisi, Moskva, Leninqrad professorları təsdiqləyərdi.
Asya xanım, cərrah İstanbul, doktor Şamil peşəkar sə­nətkar kimi Başkeçiddə, bütün kəndlərdə tanınmışlar idilər.
Onların özlərinə məxsus xüsusi müalijə metodları var idi.
İnsan gərək unutmasın ki, taleyini yazan Allah, sağlamlığını qoruyan özü, xəstəliyini sağaldan və daha doğrusu qarşısını alan həkimdir.

* * *

“Borçalı” qəzetinin nəşri böyük Vətənimizin iqtisadi du­rumunun olduqca ağır olduğu bir vaxtda söz xiri­darları, qə­ləm sahibləri üçün göydən gələn mükafat olmuşdur. Za­manın yaratdığı problemlər hamı kimi biz­dən də yan keç­məmiş, maddiyyatımıza öz təsirini göstər­mişdi. Belə bir an­da "Borçalı"nın var olması bütün problemlərin üzərinə sanki NUR pərdəsi örtmüşdü. Bor­çalı adının ƏZƏMƏTİ + TİL­SİM + NURU çatan-çaтmayan gündəlik tələbatın mənə­vi deformasiyalardan müdafiə edirdi. Elə bil "Borçalı"nın hər bir nömrəsi bizim üçün dünyaya bir yeni Borçalı gətirdi.
1998-ci ildən bəri qəzetimizin bütün saylarını toplayıb "Bor­çalı"nın arxivini yaratmaq eşqinə düşdüm.
Topladım. Sonra geri döndüm 1996-cı ildə işıqlanan "Borçalı"nı əldə etdim. Son­ra dərin-dərin düşündüm:

- Heç ola bilməz ki, Azərbaycan müstəqil dövlət olan­dan bəri "Borçalı" nəşr olunmamış olsun, - dedim.

Xeyli axtarışdan sonra xəbərsiz olduğum daha bir «Bor­çalı» yeniliyinin izinə düşdüm.
Əlimə payız yarpağı tək sap­sarı saralmış qəzetlər keçdi.
Sanki ürəyimə dam­mışdı ki, Bor­çalı ziyalısı müstəqilliyimizdən sonra bu qə­dər gecik­məz­di.
1993-cü ilin "Borçalı"sının Baş redak­toru Müşfiq Çoban­lı­nın müjdələrlə dolu müraciətini mən oxu­dum.
İndi də o ya­zı­nı sizin üçün oxuyuram.

«- Sabahınız xeyriliyə açılsın, möhtərəm oxucular!
- Xoş gördük, əzizlərimiz!
- Əziz yurddaşlarımız! Borçalının qeyrəti, vətənpərvər və imkanlı övladları! Hörmətli BORÇALISEVƏRLƏR! Səsi­mizə səs verməyinizi xahiş edirik...!»


Bu haray Azərbaycan mətbuatının çağdaş yazarı, 1990-cı ildə çap olunmuş «Ağır elli Borçalı», 1994-cü ildə çap olun­muş «Çağdaş Borçalı ədəbi məktəbi» kitablarının müəllifi, çağ­daş oxucuların Müşfiq Mədəd oğlu Çobanlı im­zasıyla tanıdıqları bir Borçalı ziyalısının müjdəsiydi.

1993 iyun. Qəzetin ilk sayı. "Borçalı toponimləri" - "Sər­bəst düşüncə" qəzetinin tərkibində işıqüzü görür.
1993 iyul, ikinci say - "Vətənin sağ gözü Borçalı" - "Ziya" qə­zetinin tərkibində.
1993 avqust, üçüncü say - "Borçalının qeyrətli övladı Rza Qurbanov" - "Yeni Dünya" qəzetində.
1993 oktyabr, dördüncü say - "Vətənin yurdsevər övladı Hidayət Borçalı"- «Təhsil» qəzetinin hesabına.
1994 yanvar beşinci say - "Qədim saz- söz yurdu Bor­çalı"(“Borzalı ədəbi mək­təbi”) - «Təhsil» qəzetinin hesabına.
1994 март, altıncı say «Ulu Yurdumuz Borçalı» - «Təh­sil» qəzetinin hesabına.
1994 sentyabr, yeddinci say - “Ozan dünyamız - Borçalı aşıq­ları” - «Təhsil» qəzetinin hesabına.


Deməli, müxtəlif mətbu mənbələrdə molekul daşıyıcısı ki­mi özünü göstərən, yavaş-yavaş səsini çıxardan hü­cey­rələ­şən, pərvazlanan sırf Borçalı ideyasının bünövrəsi yara­dıl­mışdır.
1994-cü ilin martında bu ideya bədii mo­lekul şək­lin­də deyil, özünə layiq olan böyük hərflərlə "BORÇALI" adı ilə dərgi formasında zühur etmişdir.

Bundan sonra Аğır elli Borçalının "Borçalı"sının işıq­lan­dırılması üçün ona maddi dayaq olanlar da tapılmış, ona üç mənbədən yardım olunmuşdur.
1. «Təhsil» qəzetindən;
2. "Hidbor" şirkətinin prezidenti Hidayət Məmmə­dov­dan;
3. "Yelmar dirçəliş mükafatına layiq görülmüş jurnalist İsmayıl Ömərovdan.

Bu "Üçlük"lər ittifaqının "Borçalı"ya yardımı nə qədər çə­kəcəkdi Allah bilirdi. Vətəndaş üçün önəmli olan o idi ki, Vətən Borçalının adını işıqlandıran bir mətbуu orqan ya­ranmışdır. Bu orqan adı bəлli səbəbdən fəaliyyətini da­yan­dırılmış olsa da, bundan sonra qorxmağa lüzum yo­xuydu. Çünki "Su axan yerdən bir də axar" - demiş Də­dələr. Qə­ze­ti­miz fəaliyyətinə fasilə vermiş olarsa bir gün üzünə bahar gə­ləcək... Yenə yarpaqlanacaq... Yenə çiçək­lənəcək...
Bu həmin dövran idi ki, qələm sahiblərinin, jur­nalist­lərin həyatına maddi cəhətdən qaranlıqlar çök­dür­müşdü. Böyük Xalqımızın böyük əksəriyyəti Kapitalizmə, Mül­kiyyətçiliyə, Ağalığa meyl etdiyi bir zamanda onlar qələm­lərinin, tə­fə­kür­­lərinin işığına sığınmışdılar. Belə olmasaydı Borçalının ziyalı oğlu jurnalist İsmayıl Ömərov zehni-əmək mükafatını ailəsinə xərcləyərdi. Vətən sevgisi ona beyin məhsulunun mükafatından yenicə fəaliyyətə başlamış "Borçalı" qəzeti üçün xüsusi hesab açdırmışdı.
Haşiyə: Çox yəqin ki, İsmayıl Ömərovun ailə daxilində bu mükafatla həllini tapa biləcək o qədər dərdi azarı vardı ki. Amma gördüyümüz kimi vətənpərvər jurnalist tərəfindən Vətən eşqi önə çəkilmişdir.

1993-cü ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnsti­tunun dissertantı Müşfiq Çobanlı tərəfindən bünövrəsi ya­radılan, 1996-cı ildə Borçalının Böyük Oğlu, Hüquq­şü­nas-jurnalist Kazım Qaçağanlı tərəfindən çiçək­ləndi­rilən "Bor­­çalı" qəzeti"Borçalı" jurnalı düşünülmüş şə­kildə il­kin yaradıcıları tərəfindən 1998-ci ildə Ə. Əliyev adına Az. DHTİ-nda II terapiya kafedrasında fəaliyyət göstərən "Sə­hər" qəzetinin şöbə müdiri vəzifəsini daşıyan Həkim-Jur­nalist Azadə-Taleh Abbasqızına etibar edilir. On­lar Azər­bay­can Qadınının Ocaq-Çıraq rəmzi olduğunu bilərəkdən "Bor­çalı" qəzetinin taleyini bu yükü daşıya biləcək bir qadına, Azadə xanıma tapşırmışlar.
Qadın - ocağının isti və hərarətli olması üçün fəda­kar­lıq­lar yapan bir VARLIQDIR.

Bəli! O - gün, bu- gün "Borçalı" qəzeti Azadə xanımın və o elin şair Oğlu Knyaz Aslanın canfəşaqlığı bir də bir qrup sa­diq yaradıcı kollektivinin əməyi nəticəsində geniş tiracla nəşr edilir. Nəinki Azərbaycanda, nəinki Borçalıda, dün­ya­nın 30-dan çox ölkələrində yayımlanır.
Eşq olsun! Borçalısevərlərə!..


«Şərqin səsi» qəzeti, N: 04 (216), Yanvar, 2009-cu il.

(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid",
III cild, Bakı, 2015, səh.672-677).



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həkim ŞAMİL ƏLİYEV  (1936)

Həkim ŞAMİL ƏLİYEV (1936)

Səhiyyə, Başkeçid, Darvaz
AKADEMİK İRADƏ HÜSEYNOVAya BAŞSAĞLIĞI

AKADEMİK İRADƏ HÜSEYNOVAya BAŞSAĞLIĞI

"Zirvə", Nekroloqlar
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Nekroloqlar
LEYLA  DOKTOR

LEYLA DOKTOR

Səhiyyə, "Şərqin səsi", Müsabiqə
SEVGÜL SƏFƏRLİ:

SEVGÜL SƏFƏRLİ: "MÜBARİZ - MÜBARİZİMİZ"

Müsabiqə, Başkeçid
TÜRK DÜNYASININ ÖNCÜL OĞLU

TÜRK DÜNYASININ ÖNCÜL OĞLU

Azərbaycan, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Borçalı, Darvaz
Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Arxiv
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

"Borçalı" Cəmiyyəti
Şair Kazım Qaçağanlı vəfat edib

Şair Kazım Qaçağanlı vəfat edib

Borçalı, Nekroloqlar
ƏZiZ DOSTLAR!...

ƏZiZ DOSTLAR!...

Əsas xəbər, Azərbaycan, Müsabiqə, Borçalı, Arxiv, Haqqımızda, Dünya
RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

Zalqa, Müşfiq Borçalı
Ulu Borçalının Ulu Oğlu!..

Ulu Borçalının Ulu Oğlu!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Gəncə, "SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Nekroloqlar
ASLAN MANSUROV  (1919-1991)

ASLAN MANSUROV (1919-1991)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

---
HƏMİD QƏMƏRLİ

HƏMİD QƏMƏRLİ

Başkeçid
İsaxan  İlyazoğlu  (1960)

İsaxan İlyazoğlu (1960)

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
Rəy yazın: