Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO

Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO
“4 aydır hər gün eyni yuxunu görürəm. Öz maşınıyla gəlir. Deyir ki “Pərişan, hələ hazır deyilsən? Maşında gözləyirəm, tez gəl”.
Mənsə gecikirəm, hazırlaşa bilmirəm”.


Bu sözlər aprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadəyə məxsusdur.

Onunla görüş həyat yoldaşı, şəhid pilotumuz Təbriz Musazadə nin adını daşıyan təhsil mərkəzində olub.

“Qafqazinfo”nun əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20-də yerləşən həmin təhsil mərkəzinə baş çəkiblər.


Sözügedən təhsil mərkəzini Pərişan xanım şəhid yoldaşının adını yaşatmaq üçün açdığını deyir:

“Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik.

Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var”.


Şəhid xanımı mərkəzin genişləndirilməsi və əlavə avadanlıqların alınması üçün vətəndaşlarımızın da ona dəstək olmasını arzulayır:

“Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm”.

Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək.

Mərkəzdə olduğumuz gün şəhidimizin kiçik oğlu Onur Musazadənin doğum gününə təsadüf etdi.
Onur atasının dəfn mərasiminin keçirildiyi gün tabutuna əsgər salamı verməsi ilə yaddaşlarımıza hopub. İlk doğum günüdür ki atasız keçirir. Anasından isə bir istəyi var, tort kəsəndə atasının şəklini stolun üstünə qoyulsun.

Atasız övladlar tez böyüyür deyirlər. Evin böyük oğlu Tayfun da sanki böyüyüb də kiçilib. O artıq böyüdüyünü atasının ölümündən 12 gün sonra hiss etdirməyə başlayır. Aprelin 14-də Tayfunun 10 yaşı tamam olacaqdı. Ailəlikcə ona yubiley ad günü keçirməyə hazırlıq gedirmiş. Ad gününə çoxlu qonaqlar, atasının hərbçi dostları, onların uşaqları dəvət olunacaqdı. Amma onun ad günü atasının böyük cüməsinə təsadüf edir. Tayfunu böyüdən ilk cümlə isə bu olur:


“Ana üzülmə, bax, görürsən ki, bütün Azərbaycan mənim ad günümə gəlib”.

İndi isə Tayfun Musazadə atasının adını daşıyan bu mərkəzi həmişə yaşadacağının sözünü verir.






Təbriz Musazadə haqqında ətraflı məlumat üçün:

My Webpage



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Azərbaycan, Qarabağ, Başkeçid
MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun MƏZUNLARI, AzTU
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Təbriz Musazadə - Yaqublu kəndinin sayca 3-cü, Borçalının ...

MEDİA, Borçalı, Başkeçid
Millət vəkili Əflatun AMAŞOV

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırı ...

Milli Məclis, MEDİA
Həsənqala kəndində Şəhidlər bulağınin açılışı olub

Həsənqala kəndində Şəhidlər bulağınin açılışı olub

UNUTSAQ, UNUDULARIQ!....
Şirin Mirzəyev adına bulaq və Subartezian quyu istifadəyə veriləcək

Şirin Mirzəyev adına bulaq və Subartezian quyu istifadəyə veriləcək

Qarabağ, Sosial
Ağlama, şəhid anası...

Ağlama, şəhid anası...

Başkeçid
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

Gəncə
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid anası oğlunun məzunu olduğu Texniki Universitetdə olub

Şəhid anası oğlunun məzunu olduğu Texniki Universitetdə olub

AzTU
AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU
ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Pərviz ƏMİRASLAN:

Pərviz ƏMİRASLAN: "20 Yanvar gecəsində şəhid olma şansım lap çox idi..."

Avropa, Diaspora
UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU

UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU

Mədəniyyət, "Elm və Təhsil"
ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA  ...

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Son nəfəsində atasına  “MƏN ÖLÜMSÜZƏM” deyən  Şəhid Ruhid İslamlının  HƏYAT ...

Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” deyən Şəhid Ruhid İslamlının HƏYAT ...

UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: