ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır

ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır
TƏBRİK EDİRİK!..

Bu günlərdə
Azərbaycanın
tanınmış tarixçi alimi,
Azərbaycan Texniki Universitetinin
"İctimai fənnlər"
kafedrasının müdiri,
tarix elmləri doktoru,
professor Şikar Qasımov
qardaş Türkiyənin
Konya şəhərində keçirilmiş
"VI ULUSLARARASI
TÜRK SANATI, TARİHİ
ve FOLKLORU
KONGRESİ"ndə
uğurla iştirak etmiş,
"BİLME, SENETE KATKI" ödülü ilə mükafatlandırılmişdır.

* * * * * * *

Şikar Məhəmmədəli oğlu Qasımov - 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub.

1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir.

1981-ci ildə Xankəndi (indiki Stepanakert) Pedaqoji İnstitunun tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1981-1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985-1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir.

1987-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov.İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir.
Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir.

1990-cı ildə AEA Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928-1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir.
1995-ci ildən isə AzTU-nun Həmkərlar İttifaqı Komitəsində sədr müavini və 1995-ci ildən 2001-ci ilə kimi "Mühəndis biznesi və Menecment" fakultəsində tərbiyyə işləri üzrə dekan müavini vəzifəsində işləmişdir.

1993-1996-cı illərdə Azərbaycan Milli Universitetində "Tarix və Fəlsəfə" kafedrasının, 1996-1998 ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Humanitar fənlər" kafedrasının müdiri vəzifəsində işləmişdir.

2001-2006 cı illərdə AzTU-da tərbiyyə işləri üzrə prorektor və AzTU-nun mətbuat orqanı olan "Ziya" qəzetində baş redaktor işləmişdir.

2002-ci ildən tarix kafedrasının, 2015-ci ildən isə ictimai fənnlər kafedrasının müdiri vəzifəsində çalışır.

2008-ci ildə AMEA-nın Tarix İnstitutunda "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930 cu illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

260-dan çox elmi, metodik və publistik məqalənin, o cümlədən Texniki ali məktəblər üçün yeddi "Tarix" fənninin tədrisi proqramının, "Tarixin tədrisinə dair" üç metodik vəsaitinin, iki məcmuənin və "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930-cu illər)" (Bakı, 2007), "Azərbaycan yaradıcı ziyalıları Sovet hakimiyyəti illərində (1920-1940-cı illər), Bakı,2009, "Xalq qəhrəmanı Sultan bəy" (Bakı, 2011), "Əsirlikdə qalan Laçın" (Bakı, 2012) adlı 4 monoqrafiyanın, "Azərbaycan tarixi" (Texniki ali məktəblər üçün dərslik) (Bakı, 2014 və yenidən işlənmiş 2015-ci il) dərsliyinin müəllifidir.

Onun Rusiyanın, Türkiyənin, Ukraynanın və Dağıstanı elmi jurnallarında 18-dən çox məqaləsi çap olunmuşdur.

ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır 2011-ci ildə Kiyev Politexnik Universitetində kosmosun fəthinin 50 illiyi münasibəti ilə keçirilmiş Beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş və "Kosmik tədqiqatların Azərbaycanda elm və texnikanın inkişafında rolu" mövzusunda və 2012-ci ilin may ayında Türkiyyənin Amasiya şəhərində keşirilmiş Seyid Mir Həmzə Nigariyə həsr olunmuş "Azərbaycandan Amasyaya könül körpüsü" Beynəlxalq Simpoziumunda iştirak etmiş və "Cicimlidən Amasyaya gedən təsəvvüf yolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

2013-cü ildə Türkiyədə keçirilmiş 19-cu Dədə Qorqud Şölənində (festifalında) iştirak etmiş, Bayburt valisi Həsən İpək tərəindən mükafatlandırılmışdır.

2014-cü il mayın 16-da Türkiyənin Konya şəhərində VIII Uluslararası Türk Kültürü, Sanatı və Kültürel Mirası Koruma Sempozyumunda “Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ədəbiyyat və İncəsənətin inkişafı tarixindən (1920-1930-cu illər)” mövzularında məruzə ilə çıxış etmişdir. Konya Böyük Şeher Beledyesi adından Ruminin 6 cildlik məsnəvisi ilə mükafatlandırılmışdır.

2014-cü ilin dekabr ayında isə Türkiyənin Malatya şəhərində İnönü Universitetində, Tarsus şəhərində Çağ universitetində və Mersin Dövlət Universitetində “Türkiyə və Azərbaycan: Ortaq dəyərlər və tarix” mövzusunda keçirilən silsilə konfranslarda əsas məruzəçi kimi və Türkiyənin Kanal -33 TV-də cıxışlar etmişdir.

2015-ci il mayın 14-də Türkiyədə keçirilmiş VI ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİnin Plenar iclasında prof. Şikar Qasımov Azərbaycan nümayəndə heyəti adından açılış məruzəsi ilə, eləcə də konqresin 7-ci bölümündə "Azərbaycanda təhsilin və elmin inkişafında dövlət qayğısı" mövzusunda elmi məruzə ilə çıxış etmişdir.

20 may 2016-cı ildə İsmayıllı şəhərinin 85 illiyinə həsr olunmuş "İsmayıllı araşdırmaları" elmi konfransında prof. Şikar Qasımov "Azərbaycan mədəniyyətinin və elminin inkişafında İsmayıllı ziyalılarının yeri" mözusunda etdiyi məruzə də böyük maraqla qarşılanmışdır.

ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır "Türk xalqlarının tarixi", "Siyasi tarix" dərs vəsaitlərinin rəyçisi, "İslam qanunlarına aid 400 suala 400 cavab" kitabının redaktoru və rəyçisi olmuşdur.
20-dan çox doktorluq və namizədlik dissertasiyalarının aftoreferatlarına rəy vermiş və rəsmi opponent olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür.

1995-ci ildən indiyə kimi AzTU-da fakultə Elmi Şurasının, 2001-ci ildən isə universitet Elmi Şurasının üzvüdür.

2010-cu ildən AzTU Əmək və Müharibə Veteranları Şurasının və H.Cavid-25 YAP ərazi ilk partiya təşkilatının sədridir.

Şikar Qasımov həm də I Qarabağ müharibəsi veteranıdır.

Yeri gəlmişkən qeyd edək ki, Şikar müəllimin özündən başqa dörd qardaşı da müharibə veteranıdır.
Qardaşlarından biri Həşim Qasımov cəbhədə yaralanıb və sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıdıb. Hazırda Laçın rayon DİŞ-də polis nəfəri vəzifəsində çalışır.
İkinci qardaşı Qəhrəman Qasımov APİ-nin (indiki ADPU-nun) hərbi fakultəsini bitirib. O, ölkə prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə, eləcə də "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin "Fədai" medalı ilə təltif olunub.
Digər qardaşları Ehtibar Qasımov və Sevdim Qasımov da müharibə zamanı ermənilərə qarşı döyüşlərdə xüsusilə fərqlənmiş və ad-san qazanmışlar.


Professor Şikar Qasımov 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Bütün bu uğurlarına, nailiyyələrinə baxmayaraq professor Şikar Qasmovun bu gün tək bir arzusu, bir istəyi də var: Düşmən tərəfindən zəbt olunmuş doğma torpaqlarımızın işğaldan azad olduğu günü görmək və doğulub boya başa çatdığı Laçının Cicimli kəndini ziyarət etmək!..
Arzularınınız çin olsun, Şikar müəllim!..

ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır
Bu günlərdə isə daha bir şad xəbər
bizləri sevindirdi.
Belə ki, professor Şikar Qasımov
2016-cı il mayın 12-də
qardaş Türkiyənin Konya şəhərində keçirilmiş
"VI ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ"ndə
uğurla iştirak etmiş,
konqresin 2-ci bölümündə
"Tarixi abidələr mədəni irsimizin ayrılmaz hissəsidir" mövzusunda elmi məruz etmiş,
21-ci bölümdə isə oturum başkanı olmuşdur.

Prof. Şikar Qasımov "VI ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ"ndə uğurlu iştirakına və dəyərli məruzəsinə görə
konqresin təşkilat komitəsi tərəfindən
"BİLME, SENETE KATKI" ödülü ilə
mükafatlandırılmişdır.

P.S.: Yazımız çapa hazırlanarkən bu şad xəbərimizə
daha bir şad xəbər əlavə olundu. Sevincimizə daha bir sevinc qarışdı.
Müharibə veteranı, tanınmış alim, professor Şikar Qasımov
26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə
"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri
Mehdi Mehdiyevin Sərəncamı ilə "FƏDAİ" Medali ilə təltif olunub.

Biz də, dəyərli ziyalımız, tanınmış alim, qayğıkeş müəllim, xeyirxah insan,
səmimi dost, mehriban həmkar, çox hörmətli professor Şikar Qasımovu
bu yeni uğuru - qardaş Türkiyədə dəyərli bir Ödüllə mükafatlandırılması və
eləcə də 26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq
"FƏDAİ" Medali ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru.



REDAKSİYAMIZIN ARXİVİNDƏN:

ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərbaycanda "FƏDAİ" Medalı ilə mükafatlandırılmişdır


AzTU-nun 60 illik Yubileyində. 23 noyabr 2011-ci il. Azərbaycan Akademik Milli Dram Teatrı.

Soldan:
AzTU-nun Mətbuat şöbəsinin müdiri Müşfiq Borçalı,
AzTU-nun kafedra müdirləri - professor Sübhan Namazov və
AzTU-nun tarix kafedrasının müdiri, professor Şikar Qasımov.

Soldan:
AzTU THK-nin sədri Samirə Quliyeva,
AzTU-nun dosenti, "Elmi Əsərlər"in məsul katibi Nizami İsmayılzadə,
AzTU-nun tarix kafedrasının müdiri, professor Şikar Qasımov və
AzTU-nun Mətbuat şöbəsinin müdiri, "Ziya" qəzetinin Baş redaktoru - Müşfiq Borçalı.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl tə ...

AzTU, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ŞİKAR QASIMOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ŞİKAR QASIMOV!..

Qarabağ, AzTU, Təbriklər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
AzTU-nun 60 illik Yubileyində

AzTU-nun 60 illik Yubileyində

Elm, Darvaz, Arxiv
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
Rəy yazın: