Alik Dənizsevər: "CƏNNƏTİ ANAM BİLMİŞƏM"

Alik Dənizsevər: "CƏNNƏTİ ANAM BİLMİŞƏM"Alik Dənizsevər (Alik Mürşüd oğlu Mikayılov) - 1990-cı il oktyabrın 5-də İsmayıllı rayonunun Qalacıq kəndində dünyaya göz açıb.
Tarıyel Xanadanov adına orta məktəbi bitirib.
2011-ci ildən dövrü mətbuatda çap olunur.
Türkiyənin CnnTürkTv və Halk HaberTv-nin xüsusi müxbiridir.
“Solmayan söz dünyası” antologiyasının tərtibçisi və redaktorudur.
Biz də Alikə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az


ÇOX YAXŞI BİLDİ

Allah da, qəlbimi çox yaxşı bildi,
Anamdı, bacımdı, tanıdıqlarım.
Nə şöhrət, nə dövlət dalınca qaçdım,
Öpdüyüm Qurandı, kəsdiyim çörək.

O, çörək mayası yoğrulub haqqdan,
Peyğəmbər eşqinə, mən yola düşdüm.
Yalandır çəkinib qorxduğum mənim,
Bir olar olmaza, bir ola düşdüm.

Biçildi beş arşın ağdan bu dünya,
Mən deyən, öləndə onu da tapmaz.
Haqqına tapınsan, bir haqqa dönsən
Müsəlman hayqırar Quranı danmaz.
08 aprel, 2020


BƏLİ, HEYDƏR NƏVƏSİDİR

“Bəli Heydər nəvəsinin səhv etməyə haqqı yoxdur...”
Leyla Əliyeva

Bəli Heydər nəvəsinin,
Səhv etməyə haqqı yoxdur.
Düz dediniz, düz yazdınız,
Oxuyanlar yaxışı bilər.
Düşündürür elə çoxdur,
Bu sözlərin mənasını
Sətir-sətir, açan bilər.
Gülü kəsmə, özün gül ol,
Məsəldi bu, ancaq bunu
Oxuyubda duyan bilər.
Bəli Heydər nəvəsidir,
Bir nur gəldi, bir nur bizə
Minnətdarıq yenə sizə.


LAÇINSIZLIQ ÖZÜ DƏRDDİ

(Qədir Rüstəmova ithaf)


Zildən,
Bəmdən.
Boğazdandır
Qədir bu səs,
De, hardandır.
Səndə belə,
Ovsunlayır, məni elə,
Həmin səsdi, həmin avaz.
Kimsə bilməz, yox anlamaz
Şuşasızlıq, elə ağır
Laçınsızlıq özü dərddi.
- Kimi dovşan qılığında,
Kimi nankor, kimi mərddir.
Döz deməyə, dilim gəlmir,
Dərmyə ki, əlim gəlmir.
Sonasız o, çiçək-gülü,
Ayrı düşmüş o, bülbülü.
Qaytarmağa, yoxdur gücüm,
Zildən dedi, yenə zildən.
Mən sevdiyim, görən gündən.
Nə qədirsiz, sona gördüm
Nə sonasız, qədir gördüm.


DİLİ LAYLAM

Tapdığım o, yuxuların
Dili laylam.
Uşaqlığı, bir gecəlik,
Səndən alam.
Yox, dediyin qızılgüllər qəribsədi,
Çəkdiklərim, çəkəcəyim indi nədir?
Ömrü artıq,
- Söz üstə mən əritmişəm.
Ana laylam, Ata laylam,
Böyümüşəm.


CƏNNƏTİ ANAM BİLMİŞƏM

Cənnətmi, Anamın ayağı altda,
Gündə min yol öpür əyilirəm mən.
- Saçında ağ gəzib, üzüldüyümdə.
Qayğında bir ölüb, dirilirəm mən.

Nurundan pay aldım, a mehribanım,
Duan da varlığım əzbərə döndü.
Zakirin durnası, uçub gedəndən.
Eşqimin alovu, o gündə söndü.

Başımı sığalla, bir yol sığalla,
Ölüm cənnətində, ölüm qoy Ana.
Nə yazdım, nə bildim hansı sualla,
Dil açım danışım qayıdım Ana.

Bir ağız çağır ki, yüyürüm gəlim,
Mən haqdan yoğrulub, haqdan gəlmişəm.
- Açıldı Allaha, gecələr əlim,
Cənnəti, ay Anam, səni bilmişəm.


GƏLİB SƏNƏ ÇIXAR...

Sənsiz dinlədiyim musiqilər də,
Mənə xatırladır, ayrılıqları.
Onda gözüm dolur, bu acı keçmir
Mənim həyatımda, gedişlər oldu.
Amma gedişin tək məni çox üzən.
Ağladan, susduran heç olmamışdı,
Adına dəlilik, nə deyirsən de,
Qoydunmu başımda ağıl da olsun,
Deyirlər, Leyli də, Məcnun da oldu.
İndi ki, sevgilər nağılda olsun.
Gedənlər bir kərə qayıtmamışdı,
İndi sən ağılda, olanlar bu gün.
Oyuncaq bildilər ayrılıqları,
Qırılsın, üzülsün vecinə olmaz.
Səbəbsiz, filansız gedərsən heç nə,
Axı yox, yıxılan özü ağlamaz.
Gün-gün o, saydığın payızda bir gün
Bürünər eləcə, ayrılıqlara,
Sən keçən küçəyə gəlsə nə vaxtsa,
Elə əsəbləşmə o, ayaqlara
Yüz yol ölçüb biçər harada getsə,
Gəlib sənə çıxar sənə ayaqlar.

Alik Dənizsevər

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: