Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020) İnsan bu dünyaya gələndən bəri,
Olub hər obanın igidi, əri.
Dar gündə ellərə məsləhət yeri,
Arxadır, köməkdir, yaxşı kişilər!..


Həmin yaxşı kişilərdən biri də haqqında söhbət açmaq istədiyimiz - tanınmış el ağsaqqalı Bağman Fərzalı oğlu Piriyev - 1933-cü ildə qədim Zəngəzur mahalının Qafan rayonundakı Gığı kəndində ziyalı ailəsində doğulmuşdur.
Hərbi xidmətini Macarstanda keçmiş və orada gedən müharibədə iştirak etmişdir.
Müharibədən sonra aliəsinin yaşadığı doğma Gığı kəndinə qayıdaraq bir neçə sahələrdə işləmişdir.
Sonra ali təhsil almağı qarşısına məqsəd qoymuşdur.
Bakıya gəlib sənədlərini V.İ.Lenin adına Azərbaycan Dövət Pedoqoji İnstitutuna (indikiAzərbaycan Dövət Pedoqoji Universitetinə) vermiş və həmin ali məktəbin riyaziyyat fakultəsinə daxil olmuşdur.
Ali təhsilini başa vurduqdan sonra vaxtıilə orta təhsil aldığı doğma Gığı kəndindəki məktəbdə pedoqoji fəaliyyətə başlamışdır.
Məktəbdə işlədiyi dövrlərdə məktəb kollektivinin dərin hörmətini qazanmışdır.
1980-1988-ci illərdə dərs hissə müdiri işləmişdir.
Bir neçə dəfə təhsildə fərqləndiyinə ğörə tərifnamə və təltiflərə layiq görülmüşdür .
1988-ci ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı minlərlə soydaşımız kimi onlar da ailəliklə, ata-baba yurdlarından uzaq düşmüş və Bakı şəhərinə Pənah gətirmişlər.
Bağman müəllim elə həmin ildən də pedoqoji fəaliyyətini Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir.
Ömrünün düz 40 ilini orta məktəbdə riyaziyyat müəllimi işləyən Bağman müəllim pedaqoji fəaliyyətilə yanaşı, həm də atasının yolunu genetik olaraq davam etdirərək Allahımızın Müqəddəs buyurduğu Qurani-Kərimin təbliği ilə də məşqul olmuşdur. Hələ Qafanda olarkən belə ərəb əlifbasında yazmağı oxumağı mükəmməl öyrənmiş, sadə, səmimi müəllim heç kimdən yaxşılığını əsirgəməmişdir.
Dəyərli ziyalı, müdrik ağsaqqal həmişə el-oba arasında böyük hörməti-izzəti ilə tanınmışdır.
Sakit, xeyirxah, qayğıkeş insan yaddaşlarda həmişə bax belə yaşayacaq!
Bağman müəllim həm də böyük və gözəl ailə başçısı olmuşdur.

10 övladın - 7 oğulun, 3 qızın sevimli atası idi.
Mehriban ata, müəllimlər müəllimi, qayğıkeş insan övladlarını öz halal zəhməti ilə bõyütmüş və həmişə onların uğurlarına sevinmiş, fərəhlənmişdir. Övladlarının hərəsi bir sahədə çalışsa da, hamısının amalı eyni olmuşdur: Hər zaman atalarının başını uca etməyə çalışmışlar.

Amma təəssüflər olsun ki, Bağman müəllim bir il öncə oğlunun birini itirmiş və itkiyə dözməyən Ata bu il oktyabrın 8-də əbədiyyətə qovuşmuşdur.

Allah rəhmət etsin, məkanı cənnət olsun. Amin.

***

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020) Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından, 1933-cü ildə qədim Zəngəzur mahalının Qafan rayonundakı Gığı kəndində ziyalı ailəsində dünyaya göz açan, uzun müddət doğma Gığı kəndindəki orta məktəbdə və 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımız məcburi şəkildə çıxarıldıqdan sonra Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbdə müəllim işləyən, uzun müddət, daha doğrusu, ömrünün düz 40 ilini gənc nəsilin təlim-tərbiyəsinə həsr edən, tanınmış və təcrübəli pedaqoq, dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEVin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, övladlarına, xüsusilə də oğlu - bizim əziz və hörmətli qardaşımız BƏHRUZ PİRİYEVə, eləcə də bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həkim Nemət İsgəndərov dünyasını dəyişib

Həkim Nemət İsgəndərov dünyasını dəyişib

Qərbi Azərbaycan, Nekroloqlar
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalı, Nekroloqlar
Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

Təhsil, Nekroloqlar
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Yaşar Əhməd oğlu Azadəliyev (01.01.1961-03.07.2023)

Yaşar Əhməd oğlu Azadəliyev (01.01.1961-03.07.2023)

Qərbi Azərbaycan, UNUTSAQ, UNUDULARIQ!....
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏMMƏD MÜƏLLİM!...

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏMMƏD MÜƏLLİM!...

AzTU, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

Başkeçid, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

Nekroloqlar
El ağsaqqalı Marat Orucov (1946-2015)

El ağsaqqalı Marat Orucov (1946-2015)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: