RƏŞİD İSMAYILOV (1938)

RƏŞİD İSMAYILOV  (1938)ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

RƏŞİD İSMAYILOV - 80

Rəşid Əsgər oğlu İsmayılov - 1938-ci il martın 25-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Lök-Can­dar kəndində dünyaya göz açıb.
1945-ci ildə Tiflis şəhərindəki 73 saylı orta məktəbin
I sinfinə daxil ol­ub, 1956-cı ildə həmin məktəbi əla qiy­mətlərlə bitirib.
1959-cu ildə ADU-nun (indiki BDU) biolo­giya fakültəsinə daxil olub, 1964-cü ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub.
1964-1966-cı il­lər­də təyi­natla Ağcabə­di rayo­nunun Üzeyir­kənd kənd orta məktəbində müəllimlik edib.

1967-ci ildə aspiranturaya daxil olub.
1969-cu ildə “Kür sənayesinin biologiyası və çoxaldılması” mövzusunda na­mi­zədlik dissertasiyası müdafiə edib. Həmin ildən ADU-nun (indiki BDU-nun) biologiya fakültəsində müəllim işləməyə başlayıb.

1982-ci ildə Ali Attestasiya Komissiyasının qərarına əsas­ən onurğalılar zoologiyası kafedrasına dosent seçilib.

İşlədiyi müddət ərzində 60-a yaxın elmi məqalənin və bir neçə kitabın müəllifidir.

Onun 1985-ci ildə “Suda-quruda ya­şayanların və sürünənlərin biologiyası” dərs vəsaiti, 1991-ci ildə “Bu balıq sizə xoşbəxtlik gətirə bilər” kitabı, 1999-cu ildə “Onurğalılar zoologiyası” dərsliyi çap edilmişdir.


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 182).


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: