100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olunduAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülən bir qrup alim və mütəxəssis arasında Azərbaycanın ən qocaman və ilk informatik alimi İsmayıl İbrahimov da vardır. Prezidentin sərəncamı ilə Əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif olunub.

“Şərəf” ordenini alimə öz evində AMEA prezidenti, akademik Akif Əlizadə təqdim edərək bu il 100 yaşını qeyd edəcək görkəmli elm xadimini təbrik edib, ona can sağlığı arzulayıb. İsmayil İbrahimov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Həyatın hər çətinliyi ilə üzləşən qocaman alim bir əsrlik həyatının son gününə qədər elmlə məşğul olacağını deyib. “Çünki, elm cəmiyyətin inkişafına, rifahına xidmət edir”. Tanınmış alim yaşının bu müdrik çağında da Azərbaycan elminə dəyərli töhfələr verməkdə davam edir. Kompüterləşdirmə və informasiyalaşdırma problemləri onun elmi fəaliyyətində bu gün də əsas yer tutur.

Azərbaycanın ilk informatik alimi istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilmişdir.

İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim  ...

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim ...

Azərbaycan, Dünya, Amerika
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
AMEA əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezid ...

AMEA əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezid ...

Rəsmi Xəbərlər, Azərbaycan, Elm, "Zirvə"
Tanınmış memar Elbay Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib

Tanınmış memar Elbay Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib

Rəsmi Xəbərlər, Təbriklər
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
Rəy yazın: