“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib 2018-ci il İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutununun
Elektron akt zalında
“Ədəbi prosses-2017”
elmi yaradıcılıq
müşavirəsi keçirilib.


Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda
1976-cı ildən 1984-cü ilədək ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söyləyib. Bildirib ki, “Ədəbi proses-1976-1984” elmi sessiyaları və bu tədbirlərin materiallarından ibarət kitablar həmin dövrün ədəbiyyatının janrlar üzrə inkişafını, əsas problemlərini və çatışmazlıqlarını, habelə vəzifələrini tam halda, sistemli əks etdirib.

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib Akademik İ.Həbibbəyli
qeyd edib ki,
“Ədəbi proses - 1976-1984” yaradıcılıq müşavirələri
Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm mərhələ olmuş XX əsrin həmin illərinin əhəmiyyətli ədəbi hadisələridir. "Sovet dövrü ədəbi proses konfranslarında, yaxud nəşrlərində reallıqların təqdim olunması ilə yanaşı, hakim ideologiyanın tələbləri də nəzərə alınıb" - deyə bildirən alim diqqətə çatdırıb ki, dövrün prinsiplərinə uyğun olaraq “Ədəbi proses” icmallarında istər-istəməz partiyanın ədəbiyyatın inkişafına qayğısından, yazıçıların mövcud ideologiyanın inkişaf etdirilməsindəki rolundan da söz açılıb.

Bildirilib ki, XX əsrin yetmiş-səksəninci illərində meydana çıxmış “Ədəbi proses” elmi sessiyaları və nəşrləri müasir Azərbaycan ədəbiyyatını klassik ədəbiyyat tarixlərində və dərsliklərdə olduğu kimi, dövrlər və mərhələlər üzrə deyil, konkret illər üzrə araşdırıb təhlil etməyin və ümumiləşdirməyin əsasını qoyub. Bu, Azərbaycan ədəbiyyatında fərqli elmi hadisə və xüsusi elmi mərhələ hesab olunmağa layiqdir.

Akademik İ.Həbibbəyli 2014-cü ildən etibarən yeni formatda, yaradıcılıq müşavirəsi miqyasında keçirilməyə başlamış “Ədəbi proses” tədbirlərinin forma və məzmunca yeni xarakter daşıdığını söyləyib: "Bu, “Ədəbi proses” hərəkatında keyfiyyətcə yeni mərhələdir. Beləliklə, təxminən 42 il əvvəl məruzələr kimi elmi mühitin gündəminə gəlmiş “Ədəbi proses” materialları tədricən monoqrafik tədqiqatlar səviyyəsinədək inkişaf edib"

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
çıxış edərək “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin keçirilməsi ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsünü yüksək qiymətləndirib.

O, belə tədbirlərin ədəbiyyatımızın inkişafına böyük töhfələr verəcəyini vurğulayıb.

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “İlin ədəbi yekunları” adlı xüsusi buraxılışda Azərbaycan ədəbiyyatının birillik mənzərəsinin canlandığını deyib: "Hər il ilin ədəbi yekunlarına həsr olunmuş ənənəvi müşavirənin materiallarını dərc edirik. Bu dəfə məruzələri həmişəki kimi qəzetin ayrı-ayrı nömrələrində pərakəndə şəkildə deyil, bir xüsusi nömrədə təqdim etmək qərarına gəldik və sözü Ədəbiyyat İnstitutuna verdik. Bu nömrədə 2017-ci ilin ədəbi mənzərəsi Ədəbiyyat İnstitutunun alimləri tərəfindən təsvir və təhlil olunur, ədəbiyyata elmi-nəzəri baxış sərgilənir”.

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib “Ədəbi proses” hərəkatından danışan filologiya elmləri doktoru, professor Şirindil Alışanlı artıq böyük elmi potensialın formalaşdığını və zəngin nəzəri təcrübənin əldə olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “Ədəbi proses” yaradıcılıq müşavirləri Azərbaycan ədəbiyyatşünaslıq elminin daha da inkişaf etməsinə təkan verəcək.

Tədbir elmi məruzələrlə davam edib.

Müşavirədə institut əməkdaşlarının ədəbiyyatın müxtəlif janrlarına dair
19 məruzəsi dinlənilib.



Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

"Zirvə"
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Rəy yazın: