AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!.. AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!.. AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!.. AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!.. AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!.. TƏBRİK EDİRİK!..

Bu gün tanınmış alim, görkəmli şərqşünas,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Baş elmi işçisi, filologiya elmləri doktoru,
dəyərli ziyalı, gözəl insan, əziz və hörmətli
Mahirə xanım Quliyevanın Ad günüdür!


Mahirə Həmid qızı Quliyeva 13 may 1950-ci ildə Bakıda dünyaya göz açıb.

O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) "Şərqşünaslıq" fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitutu) elmi fəaliyyətə başlayıb.

Azərbaycanda ilk dəfə olaraq ilkin qaynaqlar əsasında Şərq poetik sistemini (İlmul-bəlağət) tədqiq etmiş, klassik irsdə Qurandan istifadə poetikasını öyrənib.
1984-cü ildə indiki AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Əs-Səkkakinin “Miftəhul-ulum” əsəri (əlyazması) əsasında ərəb ədəbiyyatının nəzəri məsələləri" mövzusunda (Dünya ədəbiyyatı) Namizədlik (PhD), 2000-ci ildə "Klassik Şərq poetikası və Orta Əsrlər Azərbaycan ədəbiyyatı" (Azərbaycan ədəbiyyatı; Ədəbiyyat nəzəriyyəsi; Ədəbi tənqid) mövzusunda Doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

"Klassik Şərq poetikası" (Bakı:Yazıçı,1991.123 s.), "Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan Ədəbiyyatı (Füzuli yaradıcılığı əsasında)" (Bakı: Ozan, 1996. -160 s.), "Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı" (Bakı: Ozan, 1999. – 320 s.), "Quran bəlağəti və Azərbaycan ədəbiyyatı" (Bakı: Nafta-Press, 2008. -268 s.), "Şərq poetikasının əsas kateqoriyaları" (Bakı, 2010. - 400 s.) və s. adlı kitabların, 100-dən çox elmi məqalənin müəllifidir.

Mahirə xanım bir neçə dəfə respublika və beynəlxalq elmi konfranslarda iştirak edib. 1986-cı ildə SSRİ Elmlər Akademiyasının gənc alimlərinin XVII konfransında “Əs-Səkkaki və onun “Miftəhul-ulum” əsəri” adlı məruzəsi fəxri fərmanla təltif olunmuşdur. 2006-cı ildə Misir Ərəb Respublikası tərəfindən Qəhirə Universiteti Ərəb mədəniyyəti bölməsinin Şəhadətinə layiq görülüb.
Eləcə də 1984-cü ildə Fransada, 2014-cü ildə Polşada və b. beynəlxalq konfranslarda məruzələri yüksək qiymətləndirilib.

Mahirə xanım pedaqoji fəaliyyətlə də məşqul olur. On ildən çox Bakı Dövlət Universitetində öz ixtisasından ("Ərəb ədəbiyyatı" (rus bölümündə); "Xüsusi kurs – Şərq nəzəri sistemi") bakalavr və magistrlara dərs demiş, magistr işlərinə rəhbərlik etmişdir. Onun pedaqoji fəaliyyətinin əsas qismi Azərbaycan Beynəlxalq Universitetinin payına düşür. Belə ki, o, 2002-ci ildən şərqşünaslıq kafedrasının dossenti, 2003-cü ildən isə regionşünaslıq fakültəsi şərqşünaslıq kafedrasının müdiri, 2007-ci ildən isə regionşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışmışdırır. Onu da qeyd edək ki, Mahirə xanım eyni zamanda Azərbaycan İctimai-Siyasi Universitetində (AİSU) "Regionşünaslıq" Kafedrasının müdiri vəzifəsini də icra etmişdir.

Mahirə xanım respublikamızın elmi və ictimai həyatında da fəal iştirak edir.

O, hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsr Azərbaycan ədəbiyyatı şöbəsinin (Füzulişünaslıq seksiyası)
Baş elmi işçisi olmaqla yanaşı,AMEA Nizami adına Ədəbiyyat və Füzuli adına Əlyazmalar İnstitutlarının müdafiə şurasının, eləcə də Nəsimi rayon Qadınlar Şurasının üzvüdür.

Bu yaxınlarda "İLİN ALİMİ" seçilib.

Nəhayət, biz də Zim.Az-ın bütün Yaradıcı heyəti adından elmi-pedaqoji fəaliyyəti ilə öz həyatını səmərəlilik baxımından daha da zənginləşdirən, olduqca maraqlı və mənalı bir ömür yaşayan çox hörmətli Mahirə xanım Quliyevanı Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, şəxsi həyatında, elmi yaradıcılığında, eləcə də ictimai-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Tv, Qarayazı
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Təbriklər, QHT
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Rəy yazın: