Gənclik ehtirası onun qəlbinə hakim kəsilib - Fərman Bağırov 80

Gənclik ehtirası onun qəlbinə hakim kəsilib - Fərman Bağırov 80
TƏBRİK EDİRİK!..

(JURNALİST HƏMKARIM, QONŞUM VƏ DOSTUM FƏRMAN BAĞIROVUN
80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ)

Hər gün səhər saat 8.20 radələrində yaşadığımız mərtəbənin dəhlizində ayaq səsləri eşidirəm.Bu səslər hər səhər eyni vaxtda eşidilir.Bir az ötmüş lift açılır və bir neçə dəqiqədən sonra hündürmərtəbəli yaşayış binasının qarşısında sanki sahibləri ilə bərabər dünənki günün yorğunluğunu alan, sübh vaxtı isə onları iş yerlərinə çatdırmağa hazır olan müxtəlif markalı maşınların arasında öz təmizliyi,ceyran duruşu ilə seçilən qara rəngli mersedes markalı bir maşının da qapısı açılır. Yeyin addımlarla maşına tərəf gedən,onun hər tərəfini nəzərdən keçirən qonşum onunla eyni ünvana - “Azərbaycan” nəşriyyatının binasına tələsən həmkarlarını da mindirib həyətdən çıxır.

Bu mənzərəni mən demək olar ki, hər gün müşahidə edirəm. İşdən qayıdandasa o, evdə bir az istirahət etdikdən sonra yenə binanın həyətinə düşür və ərinmədən maşının içini- çölüni silib təmizləyir.Bir dəfə elə həyətdəcə onunla həmsöhbət oldum və öyrəndim ki, “Azərbaycan” qəzetində illüstrasiya şöbəsinin müdiri işləyir. Söhbət zamanı idmanı çox sevdiyini də söylədi. Dedi ki, cavanlıqda uzun illər velosiped idmanı ilə məşqu olub,diplomlar, fəxri fərmanlıar qazanıb, hətta respublika ikincisi də olub. Qapı qonşum olduğu üçün biz onunla tez-tez təmasda olmağa başladıq. Olduqca mədəni, xeyirxah, tükü-tükdən seçməyi bacaran alicənab bir ziyalıdır. Qəlbində gənclik həvəsi hələ sönməyən qonşum xarici görkəmcə də cavanlardan seçilmir. Həmişə onunla görüşəndə əlimi möhkəm-möhkəm sıxır. Hər dəfə də nədənsə ondan yaşını soruşmaq istəmişəm, ancaq cəsarət etməmişəm. Düşünmüşəm ki, bir cavabı olacaq: neçə yaşlı görünürəmsə, o qədər də yaşım var. Nəhayət bu günlərdə, onun çalışdığı “Azərbaycan” qəzetinin 7 fevral 2016 –cı il tarixli nömrəsində dərc olunmuş bir məqalə diqqətimi cəlb elədi. "Səksən yaşlı cavan" sərlövhəli bu məqalə ilə bərabər mətnin içində onun çörək ağacı olan fotoaparatı ilə birlikdə qəşəng bir şəkli təqdim olunurdu.Gözlərimə inanmadığım üçün həmin məqaləni iki dəfə oxudum və nəhayət anladım ki, sənəti ilə öz həmkarlarını çox qabaqlayan, əməyii dövlət tərəfindən kifayət qədər qiymətləndirilən - Əməkdar Mədəniyyət İşçisi fəxri ada,“Tərəqqi” medalına layiq görülən qonşum sən demə doğrudan da elə səksən yaşında imiş.

Həmin məqaləni qələmə alan jurnalist həmkarm qəzet jurnalistikasının ən məsuliyyətli sahəsi olan illüstrasiya, fotojurnalistika prinsiplərinə dərindən yiyələnən, onlarla gəncin bu sənəti mükəmməl mənimsəməsində gərgin əməyi olan qonşum haqqında o qədər geniş, əhatəli məlumat vermişdi ki, onu oxuyandan sonra əziz qonşuma hörmətim bir az da artdı və onu daha dərindən öyrənmiş oldum. Amma bu səksən yaş məsələsi hələ də məni çaşdırmaqda davam edirdi.Az qala mənim yaşıdım kimi görünən bu lətafətli insanın yaşının bu ixtiyar çağında da cavan görünməsinin səbəbini nəhayət ki elə özüm də tapdım;Qəlbində xainlikdən əsər-əlamət olmayan,kindən-küdurətdən uzaq olan, hamiya doğma münasbət bəsləyən,nümunəvi ailəsi,ağıllı övladları olan Fərman Bağırov niyə görə də cavan görünməsin?! Gənclik ehtirası qəlbinə hakim kəsilən qonşum səksən yaşında da bir gün belə işə gecikmir. Hər gün səhər saat 8.20-də dəhlizdə eşitdiyim ayaq səsləri sanki mərtəbədəki bütün qonşuları yuxudan oyanmağa, işə tələsməyə səsləyir. Səksən yaşlı bu “GƏNCİ” - jurnalist həmkarımı və nəhayət od qonşumu mən də ürəkdən təbrik edirəm, cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Valeh MİRZƏ,
Şair-Publisist.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SAN Kİ, GÖYƏRÇİNLƏR DƏ VİDAYA UÇUB GƏLMİŞDİLƏR

SAN Kİ, GÖYƏRÇİNLƏR DƏ VİDAYA UÇUB GƏLMİŞDİLƏR

Nekroloqlar
RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

MEDİA, Təbriklər
Ondan öyrənir və ona bənzəməyə çalışıram

Ondan öyrənir və ona bənzəməyə çalışıram

"Elm və Təhsil", Başkeçid
Zeynal Vəfa ömrü

Zeynal Vəfa ömrü

MEDİA, Təbriklər
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

Borçalı
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
Yakob Qoqebaşvili:

Yakob Qoqebaşvili: "Çar İrakli və inqilo qadın"

Ədəbi əlaqələr, Bədii Tərcümə
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
Doğum gününüz mübarək, hörmətli Fərman bəy!

Doğum gününüz mübarək, hörmətli Fərman bəy!

Təbriklər
YENİ KİTAB:

YENİ KİTAB: "Dostlara dost töhfəsi"

"Şərqin səsi", Arxiv
SƏNAN ƏLİYEV: “İDMANÇIDAN FƏRQLİ OLARAQ, DÖYÜŞÇÜ QƏLƏBƏNİ QANI HESABINA QAZ ...

SƏNAN ƏLİYEV: “İDMANÇIDAN FƏRQLİ OLARAQ, DÖYÜŞÇÜ QƏLƏBƏNİ QANI HESABINA QAZ ...

İdman
YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUM-QARDAŞIM İLQAR İLKİN!...

YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUM-QARDAŞIM İLQAR İLKİN!...

Qaraçöp, Təbriklər
Yüz yaşlı Yaqut ana

Yüz yaşlı Yaqut ana

Azərbaycan, Arxiv, Təbriklər
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Rəy yazın: