Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"

Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ" “Borçalı” nəşriyyatının Baş direktoru, “Təhsil” və “Şərqi səsi” qəzetlərinin Baş redaktoru, tanınmış tədqiqatçı-filoloq, yazıçı-publisist Müşfiq Borçalı daim fəaliyyətdə, elmi-publisistik axtarışlarda olan, yerində aram tapıb oturmayan, sanki qaynar çeşmə kimi qaynayıb-çağlayan jurnalistlərdəndir. Bu qaynarlığın bir nəticəsi də indi özünü göstərir. Belə ki, Müəllifin böyük əməyi, gərgin zəhməti bahasına araya-ərsəyə gələn "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" kitabında oxucular bir daha Aşıq Hüseyn Saraclının həyat və yaradıcılığı barədə məlumatlarla tanış olmaqdan savayı, həm də Müşfiq müəllimin aşığın böyük oğlu İsfəndiyar Həsənovdan əldə etdiyi, yorulmadan-ərinmədən, zəhmətə qatlaşaraq qələmə aldığı "Aşıq Hüseyn Saraclının yaylaq səfəri" adlı dastanı da oxuculara ilk dəfə yazılı şəkildə təqdim olunur.

Aşıq Hüseyn Saraclının 95 illik yubileyi ərəfəsində çap olunan bu elmi yaradıcılıq nümunəsi həm aşığı sevənlər üçün gözəl töhfədir, həm də Müşfiq müəllimin bir filoloq-ədəbiyyatşünas-folklarşünas və eyni zamanda bir naşir kimi fədakarlığının təzahürüdür. Əlbəttə ki, şifahi repertuarda dastan yaradıcılığı ənənəsi dövrü çoxdankı keçmişin mirası olduğundan, bu gün bizə təqdim olunan bu dastan nümunəsinin ənənəvi dastançılıqdan xeyli fərqli olması da təbiidir. Lakin bütün bunlara baxmayaraq, "Aşıq Hüseyn Saraclının yaylaq səfəri" bir folklor incisi kimi təqdirəlayiqdir. Hər şeydən əvvəl, ona görə ki, burada ustad aşığın həyatı ilə bağlı müəyyən əhvalatlar qorunub saxlanılıb. İkincisi, aran-yaylaq köçü edən ellərimizin, köçəri türk həyatının təbii təsvirini verən bu dastan örnəyi folklor-etnoqrafik yönlü tədqiqatlar üçün də mühüm maraq kəsb edir. Üçüncüsü, dastanın dil üslubu, danışıq tərzinin lazımınca qorunub saxlanılması təkcə folklorşünaslıq baxımından deyil, həmçinin dilçilər, dialektoloq tədqiqatçılar üçün müəyyən praktiki baza rolunu oynamaqda dəyərli mənbədir...

Bütün bu sadalanan keyfiyyətlərlə yanaşı, biz "Yaylaq səfəri"ndə riyakar ermənilərin də iç üzünü bir daha olduğu kimi görüb seyr edə bilirik. Belə ki, dastanın məzmunundan öyrənirik ki, Aşıq Hüseynlə ustadı Aşıq Bayram bir çay kənarında öküzlərə qoşulmuş arabası ilə onlara yaxınlaşan ermənidən onları çayın o biri üzünə keçirmələrini xahiş etdikdə, erməni öz erməniliyinə salıb boyunvuranlıq etmək istəyir, onları çayın o biri sahilinə keçirməkdən imtina edir. Belə olan halda "Aşıq Bayram xançalını sıyırıb erməninin üstünə cumur. Erməni qorxusundan arabasını qoyub qaçır". Bu mənzərə adi bir əhvalat deyil, erməni xislətini açıb-göstərən gerçək həyat amilidir.

Ümumiyyətlə, dastanla bağlı çox söz danışmaq olar, amma yuxarıda da qeyd etdiyim kimi, burada canlı xalq danışıq dili hakimdir, eyni zamanda təsvir edilən hadisə və əhvalatlar da "aşıq gördüyünü çağırar" məsəlinə müvafiq tərzdə boyasız - çadrasız, yəni olduğu kimi nağıl olunur ki, bu da dastanla oxucu arasındakı səmimiyyəti artırır - yəni hadisələrin təbiiliklə verilməsi özü də dastanın ruhundakı doğmalığı, saflığı təcəssüm etdirir. Başqa sözlə, aşığın "repertuarından səsləndirilmiş" "Yaylaq səfəri" təbii, axıcı və oxunaqlı olmaqla sanki oxucuların da könlünü yaylaq havasının sərinlikqarışıq saflığına dəvət edir.

Şakir ALBALIYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent.

“İnsan və cəmiyyət” qəzeti,
N: 07 (541), 21 oktyabr, 2011.
"ŞƏRQİN SƏSİ" qəzeti, Dekabr, 2011


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
AZAN SƏSİ QƏDƏR MÜQƏDDƏS CİNGİLTİ...

AZAN SƏSİ QƏDƏR MÜQƏDDƏS CİNGİLTİ...

MEDİA, Borçalı
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
Rəy yazın: