Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdur

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdurREDAKSİYAMIZIN ARXİVİNDƏN:

03.03.2011.
Bakı, 3 mart (AZƏRTAC).

Martın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB)
“Natəvan” klubunda tarixçi-yazar Təranə Cəbiyevanın
“İçərişəhərin əbədi sakini” kitabının təqdimatı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki,
müəllifin yaradıcılığından danışan
AYB-in mətbuat xidmətinin rəhbəri,
şair Ədalət Əsgəroğlu

tarixçi-jurnalist Təranə Cəbiyevanın
“İşərişəhərin əbədi sakini” kitabının
kəramət sahibi, övliya Mir Mövsüm Ağaya
həsr olunduğunu bildirmişdir.

Kitabda müasirlərinin Mir Mövsüm Ağa haqqında fikirləri, onun kəramətini görən insanların xatirələri və bu müqəddəs şəxs barədə yazılmış şeirlər toplanmışdır.

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdur Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdurYazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdur Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdur Tədbirdə çıxış edən filologiya elmləri doktoru Vaqif Yusifli, şairlər Abbas Abdulla, Teyyub Qurban, Zərəngiz Dəmirçi Qayalı, Azadə Abbasqızı, Dayandur Sevgin, Narıngül və başqaları yeni kitabın mənəvi dəyərlərimizin qorunmasında böyük əhəmiyyətini vurğulamışlar.

Kitabın naşiri və redaktoru Müşfiq Borçalı müəllifi sayca beşinci kitabının çapdan çıxması münasibətilə təbrik etmiş, onun “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Abdulla Şaiq” və başqa mükafatlara layiq görüldüyünü xatırlatmışdır.

Sonda Təranə Cəbiyeva
tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.



“İşərişəhərin əbədi sakini” kitabı kəramət sahibi Mir Mövsüm Ağaya həsr olunmuşdur


Bu günlərdə
Azərbaycan Yazıçılar
Birliyinin (AYB)
"Natəvan" klubunda
tarixçi- publisist
Təranə Cəbiyevanın
xalqımızın dərin
etiqad göstərdiyi
Mir Möhsün ağanın
əziz xatirəsinə
həsr etdiyi
"İçərişəhərin əbədi sakini"
kitabının təqdimat
mərasimi keçirilib.

Tanınmış şair və yazıçıların, ziyalıların iştirakı ilə keçən tədbiri AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu açaraq belə kitabların xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunaraq saxlanılmasında böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Tədbirdə Abbas Abdulla, Teyyub Qurban, Solmaz Elqızı, "Qafqaz-media" şirkətinin rəhbəri Azadə Taleh, Zərəngiz Dəmirçioğlu, Müşfiq Borçalı, Nəzakət Aşurbəyova, Qulam Sadıq, Şüvəlan qəsəbə sakini Mərziyyə İslamova və başqa ziyalılar çıxış edərək Mir Möhsün ağanın pak, xeyirxah əməllərindən, Allahın lütfü ilə insanlara bəxş etdiyi qeyri-adi kəramətlərindən bəhs edən bu kitabın ictimaiyyət arasında geniş təbliğ edilməsinin vacib olduğunu bildiriblər.

Qeyd olunub ki, Mir Möhsün ağa ocağı II Dünya müharibəsinin qanlı-qadalı illərində, eləcə də müharibədən sonrakı ağır dövrdə təkcə soydaşlarımızın deyil, ölkəmizdə yaşayan başqa millətlərdən olan insanların da ümid, iman yeri olub. Natiqlər həmçinin kitabın sadə, anlaşıqlı dildə yazılmasını, informasiya tutumlu olmasını qeyd ediblər.

Qeyd edək ki, "İçərişəhərin əbədi sakini" kitabı layiq olduğu kimi yüksək poliqrafik zövq ilə tərtib olunaraq nəşr edilmişdir.

Kitabın naşiri və redaktoru Müşfiq Borçalı müəllifi sayca beşinci kitabının çapdan çıxması münasibətilə təbrik etmiş, onun “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Abdulla Şaiq” və başqa mükafatlara layiq görüldüyünü xatırlatmışdır.

Tədbirin sonunda kitabın müəllifi, tarixçi-publisist Təranə Cəbiyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, nəşriyyatın rəhbərliyinə, Mir Möhsün ağanın doğmalarına, ziyarətgahın bütün əməkdaşlarına, dərin minnətdarlıq edərək xalqımızın tarixində dərin iz qoymuş görkəmli din xadimləri ilə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini bildirdi.

Məsaim ABDULLAYEV,
"Xalq" və "Şərqin səsi" qəzetləri.

19.03.2011.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yeni kitab:

Yeni kitab: "İçərişəhərin əbədi sakini"

Bakı, "Şərqin səsi"
Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Qarabağ, Mədəniyyət, Tv
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou
Tiflisdə

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Borçalı, Tiflis
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Xəzangül xanımın “Özümü axtarıram

Xəzangül xanımın “Özümü axtarıram" şeirlər kitabının təqdimat mərasimi keç ...

"Şərqin səsi", Poeziya, Borçalı
Səadət Butanın AYB-nin Natavan klubunda

Səadət Butanın AYB-nin Natavan klubunda "Ürəyim bal pətəyidir" adlı kitab ...

Tv, Başkeçid

"Payız məktubları"-nın təqdimatı keçirilib

Yeni nəşrlər, Poeziya, Təbriklər
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Azərbaycan, Publisistika
Qasımlı ictimai məktəbində kitab təqdimatı

Qasımlı ictimai məktəbində kitab təqdimatı

Borçalı
“Azərbaycanlıların soyqırımı” kitabının Batumidə təqdimatı olub

“Azərbaycanlıların soyqırımı” kitabının Batumidə təqdimatı olub

Gürcüstan, Batum
AYB-də “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub

AYB-də “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub

Yeni nəşrlər
Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

QHT
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: