Əli Alı oğlu Aşiqov BURMALI (1949)

Əli Alı oğlu Aşiqov BURMALI (1949) Əli Bumalı (Əli Alı oğlu Aşiqov) - 1949-cu il martın 5-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı
Sadaxlı elinin ən gözəl guşələrindən olan Burmada - Təzəkənddə dünyaya göz açıb.
O, bu kənddə böyüyüb, bu kənddə məktəbə gedib. Sinifdə fəal olduğu üçün 16 yaşında dövlət tərəfindən Tiflis Universal Hərbi Peşə məktəbinə qəbul olunub.
Oranı müvəffəqiyyətlə bitirdiyinə görə keçmiş SSRİ-nin o vaxtlar Çexoslavakiyadakı hərbi bazasında xidmətə göndərilib.
Yaxşı tankist və başqa sənət bacarığına malik bir peşəkar kimi tanınıb.
Əli Alıoğlu hazırda öz elində yaxşı maşın ustası kimi, eyni zamanda, yaxşı bağban, eləcə də şair kimi tanınır.
Hər kəsin yanında böyük hörməti olan xeyirxah bir insan, yaxşı ata və yaxşı babadır.
Allah uzun ömür versin.

Biz də Əli Alıoğluna yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.


Zemfira AYVAZOVA,
ZiM.Az-ın redaksiya müdiri



Qədər


Qanım türk qanıdı, cismim Azər,
Ulu dağlarım var, gölümdü Xəzər.
Dilim varlığımdır dünyanı bəzər,
Ay yıldız bayrağım ölənə qədər.

Qələm dəryasından düşübdü yolum,
İsdərəm üzməyi açılmır qolum.
Müxənnət qocalıq kəsibdir yolum,
Tutub köləsiyəm gömənə qədər.

Allahım yaradıb insanı kövrək,
Qocalıq zor gəlir dözməyir ürək.
Dünya bağındayıq ömürdü gödək,
Arzular dilərəm görənə qədər.

Əli Burmalıyam yetmişdi yaşım,
Yüküm cəvahirdi ağırdı başım.
Boğmaya qəhərim ola sirdaşım,
Sürərəm karvanı törənə qədər.


Dağlar

Gəzəydim sinən üstə hey tala-tala,
Soraydım ocaq daşdan nənəmi dağlar.
O, yurd yerlərinin hörmə çumbuzu,
Ağladaydı köç olub gedəni dağlar.

Çay qovuşan ayıraydı yolumuzu bizim,
Cığırlar olaydı yurddan o yurda.
Çoban tütək çalar hey asta-asta,
Sevəni səslərdi kərəmi dağlar.

Bakkaldan alaydım hər şeyi, qağa,
Cığırla çıxaydıq çəmən yığmağa.
Çınqıllı dərəylə axan bulağa,
Kaş birdə söykəyəydim sinəmi dağlar.

Lənbəli, Körpülü ellərin dadı,
Axdı sellər ilə dillərdə qaldı.
Culuxlu yaylası, Sadaxlı yurdu,
Açaydı gül-çiçək çəməni dağlar.

Əli Burmalıyam aranda qaldım,
Sökülmüş ox kimi kamanda qaldım.
Dumandan papağı, məxmər libası,
Saxlar sinəsində öləni dağlar.
16 aprel 2020


Getdi

Qovdu ermənilər öz vətənindən,
Azər ellərimiz boşaldı getdi.
Qızılqaya, Baba Kərim, Yel dağı,
Erməni əlində çöl oldu, getdi!

Pəmbəkdə Qursalım, Saralım qaldı,
Maymaqdağ, Çatağım, Bağdanım qaldı.
Çay Qovşan, Çubuxlu yaylağım qaldı,
Babayurd, Ağbabam talandı, getdi!

Şamlığım, Ağtalam, Ayrımım hanı,
Qırdı ermənilər, tökdülər qanı,
Körpülüm, Ləmbəlim – qonşu elləri,
Borçalı qoynundan köç oldu, getdi!

Boş qaldı dağları o Ağbabanın,
Darıxır şeirsiz Göyçə mahalım,
Ələsgər yurdundan Alı babamın,
Nəvə-nəticəsi necoldu, getdi!

Ağrı dağı, Ləlvər dağı, Qaf dağı,
Olub ulu Türk babamın yaylağı.
Zaman-zaman dəyişibdir qonağı,
Ad qoyan dağları necoldu, getdi.

Əliyəm, Burmalı, Sadaxlı elim,
Ağarıbdı başım, bükülüb belim,
Ağrıyır ürəyim, çoxalıb kinim,
Ellər cəsədimə od qoydu, getdi!

Əli Alıoğlu,
Gürcüstan, Borçalı,
Marneuli rayonu,
Burma Təzəkəndi, 1992


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aygün ASLANQIZI (1980)

Aygün ASLANQIZI (1980)

Müsabiqə
Eldar QULUOĞLU (1961)

Eldar QULUOĞLU (1961)

Müsabiqə, Bolus
Siyavuş Uyqun: GETDİ (Böyük kaman ustası Habil Əliyevin ölümü münasibətiylə ...

Siyavuş Uyqun: GETDİ (Böyük kaman ustası Habil Əliyevin ölümü münasibətiylə ...

Poeziya, Borçalı, Nekroloqlar
Laçında itiridiyimiz Dağlar 2019 ➡ İşıqlı Dəlidağ, Mərkiz dağı, Yazı düzü,  ...

Laçında itiridiyimiz Dağlar 2019 ➡ İşıqlı Dəlidağ, Mərkiz dağı, Yazı düzü, ...

Tv
SADAXLININ DEPUTATI RÖVŞƏN İSGƏNDƏROV

SADAXLININ DEPUTATI RÖVŞƏN İSGƏNDƏROV

Borçalı
Rafiq  Göyçə  Cil:

Rafiq Göyçə Cil: "Göyçənin dağı qalıbdı"

Müsabiqə
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

Poeziya, Borçalı
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
O, gələcəkdə jurnalist olmaq arzusundadır

O, gələcəkdə jurnalist olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
Şövkət Dağlar qızı: Ay Səyavuş

Şövkət Dağlar qızı: Ay Səyavuş

Borçalı, Başkeçid, Təbriklər
RƏFAEL QƏHRƏMANOV:

RƏFAEL QƏHRƏMANOV: "Laçın avazıyla elə ağlaram..."

Qarabağ, Müsabiqə

"Vətənə polis kimi xidmət etmək arzusundayam"

"Elm və Təhsil", Gənc istedadlar
Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Müsabiqə, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Məhəmməd Xəyal Əbdürrəhmanov: Tac mahalım BORÇALIDI, YIRĞANÇAYDI elim mənim ...

Məhəmməd Xəyal Əbdürrəhmanov: Tac mahalım BORÇALIDI, YIRĞANÇAYDI elim mənim ...

Poeziya, Başkeçid
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Başkeçid, Müşfiq Borçalı
RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

Təhsil, Nekroloqlar
Sabir SADAXLI:

Sabir SADAXLI: "VƏTƏN EŞQİNƏ!"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Abdulla Babaşov (1963)

Abdulla Babaşov (1963)

Müsabiqə
Yaşar QAFQAZLInın Şeirləri

Yaşar QAFQAZLInın Şeirləri

Poeziya, Darvaz
Rəy yazın: