AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988) Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) - 1918-ci ildə Ulu Borçalımızın qədim Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayonundakı Hamamlı kəndində dünyaya gəlmişdir.
Hələ gənc yaşlarından Sona Qara qızı böyük qardaşı, Borçalıda adı bəlli zurnaçı Alı Qaraoğlunun sayəsində saza-sözə meyl salmışdı. Sonralar bu sahədə püxtələşərək, məşhur aşıq kimi müstəqil şəkildə ağır el şənlikləri aparmağa başlamışdı. Aşıq Sona ömrünü-gününü saza-sözə bağladığı üçün ailə qura bilməmişdi. Deyilənlərə görə, bu məşhur aşığın dərin məhəbbətlə sevdiyi o igid dağlar oğlu ilə Sonanın arasında sonuncu görüş belə tamamlanmışdı: " Ay Sona, ya məni seç, ya da sazı" . Sona çox götür-qoydan sonra canından artıq sevdiyi sazla vidalaşa bilməmiş və həyatını saza qurban verərək, ağır da olsa sevgilisindən ayrılmalı olmuşdur.

Aşıq Sonanın nəinki Borçalı aşıq məktəbində, eləcə də bütün türk dünyası aşıqlıq sənətində böyük xidmətləri olmuşdur. Borçalı və Azərbaycan aşıq sənətində özünəməxsus xüsusi yeri olan Aşıq Vəkil Hamamlının bütün uğurları Aşıq Sona ilə bağlıdır. Aşıq Sonanın kiçik qardaşının oğlu - Aşıq Vəkil Hamamlı, bacısı nəvələri Aşıq Arif, Aşıq Hacımahmud, Aşıq Hacıəhməd və b. məhz onun yetirmələridir.

Heç təsadüfi deyildir ki, bu gün çox böyük şöhrət qazanmış "Aşıq Pəri" məclisinin yaradılmasında Narınc Xatunla yanaşı, Aşıq Sonanın da böyük zəhməti var.

Aşıq Sona Hamamlı 1988-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin.

Aşıq Sona haqqında Borçalı aşıqlarının dilində əzbər olan məşhur "Vəkil-Sona" dastanı yaradılmış, haqqında bir çox məşhur şairlər, o cümlədən, Səadət Buta, Mədəd Coşğun şeirlər yazmışdır.
Aşağıda həmin şeirləri dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.AZ



GEDİR

(El sənətkarı aşıq Sonanın xatirəsinə).

Şimşəklər çaxanda zirvə başında
Dağların örpəyi, cunası gedir.
Zalım ovçu qana qəltan edəndə
Kəkliyin ayaqdan xınası gedir.

Sona bülbül idi, susdu nəğməsi,
Daha gəlməyəcək ellərdən səsi,
Nə oğlu, qızı var, nə də nəvəsi,
Amma el-obanın anası gedir.

Alı Qara kimi odan yanıbdı,
Sənət meydanında mərd dayanıbdı,
Son nəfəsdə Dilqəmini anıbdı,
Sənətkar ömrnün mənası gedir.

Təbiət ağlayır, hey yağış yağır,
Bülbül boyun büküb olubdur fağır,
Ay ellər bu itki ağırdır-ağır,
Borçalının usta Sonası gedir.
Mədəd COŞQUN,
Başkeçid, 1 iyun 1988.

ZİM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus

"Aşıq Pəri Məclisi"

Folklor, Rustavi, Başkeçid
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Diqqət, diqqət:

Diqqət, diqqət: "AŞIQ PƏRİ MƏCLİSİ" kitabının yeni cildi çapa hazırlanır

Folklor, Poeziya, Elanlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
SAZIN QALXAN BAYRAĞI

SAZIN QALXAN BAYRAĞI

UNUTSAQ, UNUDULARIQ!....
Alim adın mübarək, hörmətli Aşıq Hafiz Kərimov!..

Alim adın mübarək, hörmətli Aşıq Hafiz Kərimov!..

Təbriklər
Aşıq Dəllək Paşa. (1887 - 1976)

Aşıq Dəllək Paşa. (1887 - 1976)

Zalqa
Qaraçöplü Musa (1885 - 1965)

Qaraçöplü Musa (1885 - 1965)

Folklor, Qaraçöp
Rəy yazın: