YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!..
Binnət ƏLİOĞLU - 65

TƏBRİK EDİRİK!..

Martın 16-ı Gürcüstanda yaşayıb-yaradan dəyərli ziyalımız,
istedadlı qələm sahibi, tanınmış jurnalist,
"Gürcüstan" qəzetinin Baş redaktor müavini
Binnət Əlioğlunun doğum günüdür.
Daha doğrusu, yubileyidir.
Anadan olmasının 65 illik yubileyi!..


Binnət Əli oğlu Məmmədov - 1956-cı il martın 16-da
qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı
Böyük Muğanlı kəndində anadan olub.
Onun atası, məşhur el şairi Əli Faxralı (Məmmədov Əli Qurban oğlu)
əslən Bolnisi rayonunun Faxralı kəndindəndir.

Doğulduğu kənddə orta məktəbi müvəffəqiyyətlə bitirən Binnət Məmmədov
təhsilini Bakıda davam etdirib. Azərbaycan Dövlət Universite­tinin (indiki BDU-nun)
şərqşünaslıq fakültəsində oxuyub.
1982-ci ildə universitetdə ali təhsilini uğurla başa vurub.

1984-cü ildə o vaxtkı “Sovet Gürcüstanı” – indiki “Gür­cüs­tan” qəze­tində tərcüməçi kimi əmək fəaliyyətinə başlayıb və 1991-ci ilədək bu vəzifədə çalışıb. Bu müddətdə əsas işi olan tər­cü­məçiliklə yanaşı, aktual möv­­zularda yazıları ilə də tez-tez qəzet­də çıxış edib, özünəmxsus yazı üs­lubu, dəst-xətti ilə seçilib.
1991-ci ildə həmin qəzetin böyük müx­biri təyin olunub.
Binnət Əlioğlu 1991-ci ildən Gürcüstan Jurnalistlər Fede­ra­si­yasının üzvüdür.
1997-ci ildə Gürcüstan prezidentinin “Təşək­kürnamə”sinə layiq görülüb.

2008-ci ilin martında Marneulidə fəaliyyət göstərən Azərbay­can­lıların Mədəniyyət Mərkəzinin təsis etdiyi “Region press” qə­zetinə kimin redaktor olması məsələsi gündəmə gələndə rəhbərlik tərəddüd etmədən mətbuatdakı uzunillik iş təcrübəsini nəzərə alaraq məhz Binnət müəl­li­min üzərində dayanıb. Hesab edirik ki, yanılmayıblar da. Elə Binnət mü­­­əl­lim də ona göstərilən yük­sək etimadı əməli işiylə qısa müddətdə doğruldub. Qəzet tezliklə Gürcüstandakı soydaşlarımızın inam və etiba­rını qazanıb, öz dil­lə­rində informasiya aldıqları etibarlı bir mətbu orqana çevrilib. Oxucular həm də bu qəzetə inam yeri, güvənc yeri kimi baxıb­lar. Regionda baş verən ictimai-siyasi hadisələrə ayna tutan qəzet öz səhifələrində sosial problemlərə də yer ayırıb, eləcə də, Gürcüstan Res­publikasının rəsmi dövlət xəbərlərini də vaxtında əldə edə bilmələ­rin­də soy­daş­larımızın yardımçısına çevrilib. Öz ətrafında Borça­lıda yazıb-yara­dan ədəbi qüvvələri birləşdirib, tez-tez onların yaradıcılıq nümunə­lərini dərc edib.

Binnət müəllim bu gün həm də Gürcüstanda yaşayan gənc azərbay­canlı jurnalistlərin yetişməsində böyük əmək sərf edən bir qələm adamı, peşəkar jurnalistdir. Onun peşəkar qələmindən çı­xan və müxtəlif mətbuat orqanlarında da dərc olunan publisistik məqalələri oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki o, həyatda olduğu kimi, yazılarında da səmimidir. Boğazdan yu­xarı danışmağı sevmir, aktual mövzulara müra­ciət edir, düşün­dü­yü­nü, onu düşündürən mövzunu qələmə alır. Elə buna görə də oxucusunu da düşündürə bilir.

O, eyni zamanda bədii yaradıcılıqla da məşğul olur.
Şeirləri və pub­lisistik məqalələrindən ibarət “Salam, dünyanın dərdi” adlı kitabı işıq üzü görüb.
Eyni zamanda, onlarla ədəbi-bədii, elmi-tədqiqat toplularının tərtibçisi, ön söz müəllifi və redaktorudur.

Jurnalistlik fəaliyyəti ilə yanaşı B.Məmmədov eyni zamanda Gür­cüs­tanın müxtəlif ali məktəblərində pedaqoji fəaliyyətlə də məşğul olub.
Ali məktəb tələbələrinə Azərbaycan dilini tədris edib.
1993-1998-ci illərdə Kvemo Kartli Müstəqil Univer­si­te­tində,
1998-2007-ci illərdə isə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin
Kvemo Kartli fili­alında dekan müavini və­zifəsində çalışıb.

Binnət Əli oğlu hazırda "Gürcüstan" qəzetinin Baş redaktor müavini vəzifəsində şərəflə şalışır.
O, bu günlərdə Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "Elm və təhsil" qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən "Abdulla Şaiq" mükafatına, "XXI Əsrin Ziyalıları" Cəmiyyətinin "Şərqin səsi" qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən isə "XXI Əsrin Ziyalısı" Fəxri adına layiq görülüb.

Biz də çox hörmətli Binnət Əlioğlunu həm doğum günü,
həm anadan olmasının 65 illik yubileyi,
həm də yeni təltifləri münasibətilə ürəkdən təbrik edir,
ona şəxsi həyatında, şərəfli jurnalistlik fəaliyyətində,
eləcə də, ədəbi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
"ZiM.Az" saytının və "Ziya" qəzetinin Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru,
"Abulla Şaiq", "Nəriman Nərimanov",
"Nizami Gəncəvi", "İmaməddin Nəsimi",
"Zirvə" və "Qızıl qələm" mükafatları laureatı

P.S.:
Aşağıda “Abdulla Şaiq”, “Qızıl qələm”, “Vətən”, “Araz” mükafatları laureatı,
dəyərli ziyalımız, tanınmış müəllim-pedaqoq, “Qabaqcıl təhsil işçisi”,
istedadlı qələm sahibi, zəhmətkeş folklor tədqiqatçısı, yazıçı-publisist,
çox hörmətli Səməndər Məmmədovun 2017-ci ildə Bakıda
“Elm və təhsil” nəşriyyatında çap olunmuş “Faxralılar” kitabında (I kitab)
Binnət Əlioğlu haqqında yazdığı ürək sözlərini müəyyən ixtisarlarla
dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az




DÜNYANIN DƏRDİNƏ SALAM VERƏN QƏLƏM DOSTUM

2015-ci ildə milli mətbuatı­mı­zın ya­ran­­ma­sının 140 illiyi tamam oldu. Azər­baycan Respub­likasının Przeidenti cənab İlham Əli­yev bu yubileyin ölkəmizdə ge­niş şəkildə qeyd olunması üçün ayrıca sə­rən­cam imzaladı və bu münasibətlə silsilə təd­birlər həyata ke­çirildi. Təbii ki, bu bay­ram ərəfəsində mən də yaxından tanıdı­ğım, dost­luq münasibətində olduğum jur­na­list­ləri təbrik elə­dim. Ancaq etiraf edim ki, ümumiyyətlə milli mət­bu­atı­mızdan, mət­bu­at tariximizdən söz düşən­də, hər şeydən öncə ya­dıma Gürcüs­tan­dakı azərbaycandilli mətbuat düşür. “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) və “Qələbə bayrağı” qəzet­ləri gəlir gözlə­rimin önünə. Bu qəzetlərin yazarlarını xatır­layıram. O qəzetləri ki, kiçik bir yazımızın, yaxud bircə şeirimizin bu qəzet­lərdə çıxması bizim üçün toy-bayrama çevrilərdi. O yazarları ki, hər yazılarını böyük səbirsizliklə gözləyərdik. Mənim üçün bu qə­zetlər bu gün də ay­rıca bir jurnalistika məktəbi olaraq qalır. Bu kollektivləri mənim üçün əziz edən bir də odur ki, ilk qələm təc­rü­bələrim məhz bu qəzet­lərdə işıq üzü görüb. Əslində, bu gün harda yaşayıb fəaliy­yət göstərməsindən asılı ol­ma­yaraq, əslən Bor­çalıdan olan qələm adamlarının böyük əksə­ryiyytəi üçün, xüsusilə də, indiki “Gürcüstan” – o vaxtkı “Sovet Gürcüstanı” qəzeti ilk təcrübə meydanı, jurnalistika məktəbi olub.

Milli mətbuat günü ərəfəsində mənə həmişə əziz olan qəzet­ləri, bu qəzetlərin yaradıcı kollektivini xatırlamağım heç də təsa­düfi deyil. Ötən əsrin 90-cı illərində “Sovet Gürcüstanı” qəzeti adını dəyişib sadəcə “Gür­cüstan” olsa da, əqidəsini, məramını və məqsədini dəyişmədi, Gür­cüs­tanda yaşayan soydaşlarımızın mət­bu tribunası rolunu oynamaqda davam etdi. Qəzetin əməkdaşları min bir əzab-əziyyət bahasına olsa da, nəşri dayanadırmadılar. Gürcüstan müstəqillik əldə etdikdən sonra bir sıra yeni qəzetlər nəşr olunmağa başlasa da, “Gürcüstan” bu respublikadakı Azər­baycan dilli mətbuatın flaqmanı olaraq qaldı. Elə yeni yaranan qəzetlərdə çalışanların əksəriyyəti də vaxtilə ilk qələm təcrübələri “Gürcüstan”da işıq üzü görənlər, bu qəzetdə çalışanlar idi.

Bu gün Gürcüstanda Azərbaycan dilində işıq üzü görən bir sıra mətbuat orqanları və böyük potensiala malik jurnalistlərimiz vardır. Bu qəzetlərdən biri də təkcə Borçalıda, Gürcüstanda yox, Azərbaycanda və Türkiyədə də sevilə-sevilə oxunan “Region press” qəzetidir. Bu qəzet yüksək peşəkarlıq səviyyəsi baxı­mın­dan bu gün Azərbaycanda çıxan qəzetlərlə rəqabət aparmaq gü­cün­dədir. Çünki qəzetin başında duran, onu yönətən təsadüfi adam deyil, peşəkar jurnalistdir. Və nə yaxşı ki, qəzetin təsisçiləri vaxtında uzaqgörənlik edərək çörəyi çörəkçiyə veriblər. Çörəyi çörəkçiyə verəndə isə arxayın olursan ki, işlər rəvan gedəcək.

Bu yazıda da mən elə “Region press” qəzetindən, daha doğ­rusu onun redaktoru Binnət Əlioğludan söhbət açmaq istəyirəm. Ancaq yazının əvvəlində daha çox “Gürcüstan” qəzetindən danış­mağım da təsadüfi de­yil. Əvvəla, yuxarıda da qeyd etdiyim kimi, milli mətbuatımızın inki­şaf yolundan danışanda keçmiş “Sovet Gürcüstanı” – bu günkü “Gürcüstan” qəzetini xatırlamamaq ən azın­dan insafsızlıq olardı. İkincisi də, bu yazı­mın qəhrəmanı Bin­nət Əlioğlunun keçdiyi yaradıcılıq yolu da bu qəzetlə sıx bağlıdır.

Bu gün hamının Binnət Əlioğlu imzasıyla tanıdığı və yazı­larını sevə-sevə oxuduğumuz Binnət Əli oğlu Məmmədov 1956-cı il martın 16-da Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olub. Onun atası, məşhur el şairi Əli Faxralı (Məmmədov Əli Qurban oğlu) əslən Bolnisi rayonunun Faxralı kəndindəndir...

Binnətin atası Əli Faxralı (Əli əmi) atam Eyvaz Məmmədovla dost idi. Xeyirdə-şərdə bir birlərini axtarardılar. Onların arasında olan yaxın­lığı, doğmalığı və qohumluğu bu gün də biz (qohum­larımız) davam etdi­ririk. Tez-tez Binnətlə danışıb hal-əhval tu­tu­ruq. Bir-birimizə əmi­oğlu deyə müraciət edirik. Şad günlərimizdə bir-birimizi axtarırıq. Açı­ğını de­yim ki, bunun üçün də şərəf duyuruq...

Binnət Əlioğlu bu gün ömrünün və yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Ona daha böyük uğurlar arzu edir və deyirəm: canın sağlam, ömrün uzun, qələmin isə kəsərli olsun, əziz eloğlu!

Səməndər Məmmədov

ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər

"YENİ YOL" qəzetinə uğurlar arzulayırıq!..

"Yeni yol", Tv, Qarayazı
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
Bolnisidə Azərbaycan dilində

Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub

"SAZLI-SÖZLÜ BORÇALI", "Ümid", Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

Borçalı, Başkeçid
Səyavuş Uyğunun yeni kitabının təqdimatı keçirilib

Səyavuş Uyğunun yeni kitabının təqdimatı keçirilib

Borçalı
Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

"Yeni yol", MEDİA, Gürcüstan, Qarayazı, Təbriklər
MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

"Gürcüstan", MEDİA, Təbriklər
Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

"Gürcüstan", MEDİA
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
10 yaşlı

10 yaşlı "UĞUR"a uğurlar arzulayırıq!..

Tv, Qarayazı

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
HÜSEYNPAŞA  HACIYEV  (1935-1998)

HÜSEYNPAŞA HACIYEV (1935-1998)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Rəy yazın: