Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə fəxri diplomla təltif edib, ona təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda bildirilir ki, 100 yaşına doğru inamla addımlamaqda olan “Gürcüstan” qəzeti Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələri əhatə edən əlaqələrin dərinləşməsində, yeni çalarlarla zənginləşməsində müstəsna rola və ənənələrə malik mətbuat orqanıdır. Müxtəlif dövrlərdə qəzetin dəst-xəttinin qorunmasına ehtiyac duyulub və Uca Tanrının qismətidir ki, belə bir çətin missiyanı üzərinə götürən soydaşlarımız olub. “Bəli, bizlər 70 illik yubileyini qeyd edən İslam Əliyevin timsalında “Gürcüstan” qəzetinin ənənələrə sadiqlik ruhuna kökləndiyini qətiyyətlə vurğulaya bilərik. İslam Əliyev şərəfli ömür yolu keçmiş gözəl ziyalı, istedadlı qələm sahibi, bütün varlığını jurnalistikaya bağlamış dəyərli həmkarımızdır. O, 1970-ci ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra “Gürcüstanı” qəzetinə (o zamankı “Sovet Gürcüstanı”) korrektor kimi işə qəbul edilib. Nəşrdə şöbə müdiri və məsul katib vəzifələrində çalışıb. 1990-2015-ci illərdə həmin qəzetin redaktor müavini olub. Paralel olaraq 2004-2014-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) Gürcüstan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib”, deyə vurğulanıb.

Təbrik məktubunda həmçinin bildirilib ki, zəngin yaradıcılıq yolu keçmiş yubilyar həmkarımız 2015-ci ildən “Gürcüstan” qəzetinin redaktorudur. O, jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Gürcüstanın "Şərəf” medalı ilə mükafatlandırılıb. Eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna layiq görülüb. İ.Əliyevin hekayə və publisistik yazıları Gürcüstan və Azərbaycan mətbuatında dərc edilib: “Azərbaycan Mətbuat Şurası İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə özünün fəxri diplomu ilə təltif edir, ona səmimi təbriklərini, arzu və istəklərini çatdırmaqdan məmnunluq duyur. Qurum əmindir ki, yubilyar jurnalistin qarşıdakı fəaliyyəti də peşəyə sədaqət ruhuna köklənəcəkdir. Bu faydalı yolda İslam Əliyevə möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları diləyirik”.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

"Gürcüstan", MEDİA, Təbriklər

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

MEDİA
Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səs ...

Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səs ...

MEDİA, Qarayazı, Təbriklər, Müşfiq Borçalı
Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətil ...

Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətil ...

MEDİA
Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

MEDİA, Tiflis, Borçalı
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

"Gürcüstan"
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti”  ...

Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” ...

"Gürcüstan", Tiflis
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı
TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

TƏBRİK EDİRİK!.. Valeh Mirzə - 60

MEDİA, Təbriklər
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Rəy yazın: