YÜZ YAŞLI "GƏNCLƏR YURDU"

YÜZ YAŞLI "GƏNCLƏR YURDU" Bu gün Cümhuriyyət dövrünün ilk ədəbi-bədii və ictimai-siyasi jurnalı olan “Gənclər yurdu” məcmuəsinin 100 illik yubileyidir. Dərginin ilk sayı Mirzə Bala Məhəmmədzadənin baş redaktorluğu ilə1918-ci il iyulun 23-də Tiflis şəhərində işıq üzü görmüşdür. Bu nəşri o vaxt Mirzə Balanın 20 yaşının tamam olmasına qeyri-adi töhfə də adlandırmaq olar. Bir həftədən sonra, iyul ayının 30-da böyük ictimai-siyasi xadim, görkəmli publisist, ədib Mirzə Bala Məhəmmədzadənin 120 illik yubileyi tamam olur. Bu iki unudulmaz yubileyin isti havalarda sərin qarşılanması təəccüb doğurmaya bilməz.

“Gənclər yurdu” məcmuəsinin ilk sayının hazırlandığı, oxunduğu və yayıldığı məkan Tiflisin Müsəlman Qiraətxanası olmuşdur. Gənclərin böyük maraqla qarşıladığı jurnalın məramını əks etdirən baş yazısı Mirzə Balanın “Məqsədimiz nədir?” məqaləsi ilə açılırdı. Redaktor jurnalın məramını qısaca olaraq belə bəyan edirdi: “Gürcüstanın paytaxtında nəşrə başlayan “Gənclər yurdu” türk məcmuəsinin əsas məqsədi və iqtisadi amalı Osmanlı, Azərbaycan, Tatarstan, Türkistan və Monqolstan kimi parçalara bölünmüş türk millətini bir yerdə görmək, Turan yurdunda yenidən diriltməkdir.
Fəqət başqaları ilə fərq budur ki, bundan ötəri qılınca, qurşuna, oda, yalova degil, ədəbiyyata, elmə, mədəniyyətə müraciət ediləcəkdir.
“Gənclər yurdu”nun fikrincə həyati-bəşəriyyə ancaq millətlərin tərəqqi və təlimləri ilə məmnundur.
Tərəqqi etmək mədəni bir millət olaraq elmi bəşəriyyətə xidmət yetürmək üçün hər millətə möhkəm bir lisan, mükəmməl bir ədəbiyyat, müstəqil bir mədəniyyət sahibi olmaq icab (lüzum, ehtiyac – A.R.) edər. Fəqət ədəbiyyat, ənənati-tarix, dil və mədəniyyətlə səfi mərbut olan bu türklük hissələri ümumi, sadə bir ədəbi xalq dilindən məhrum olduqlarından tarixdə dəfələrlə birləşib böyük türk imperatorluqları yapdıqlarına baxmayaraq bir yerdə yaşayamamışlar.
“Gənclər yurdu” zənn edir ki, birləşmiş bir türk milləti görmək üçün ümumi bir dil düzəltmək lazımdır. Türk qövmlərini mədəni cəhətcə birləşdirmək gərəgdir.
“Gənclər yurdu” bu məqsədlə öz səhifələrində türk dili, türk ədəbiyyatı, türk tarixi, türk sənayeyi-nəfisəsinə dair məlumatlar verəcək.
Anadolu, Azərbaycan, Türküstan, Krım, Tatarstan və Monqolstan türklərinin həyati-ictimaiyyə, siyasiyyə və mədəniyyətlərilə öz oxucularını tanış edəcək.
“Gənclər yurdu” tam mənasilə yeni fikir tərəfdarı olduğunu göstərmək üçün var qüvvəsilə milləti xalqdan ibarət biləcək, onun hüququnu, onun hakimiyyətini müdafiə edəcək, təki ədəbiyyat, mədəniyyət də xəlqiləşsin, daha qədim kimi mədəniyyət yalnız bəylərə, xanlara aid olmasun.
“Gənclər yurdu” bütün türk gənclərinə bir yurd olacaq səhifələrini cümlə gənclərə açacaq.”
Onu da vurğulamağa ehtiyac duyulur ki, “Gənclər yurdu” Azərbaycan Cümhuriyyəti dövründə nəşr edilən ilk milli jurnaldır. Ayrı-ayrı istisnalar nəzərə alınmaq şərtilə bütün materialları demək olar ki, Mirzə Bala yazmışdır. Dərginin səhifələrində yer alan “Azərbaycan Cümhuriyyəti” məqaləsində M.B.Məhəmmədzadə çox ciddi problemlərə toxunmuş, öz düşüncələrini, qənaətlərini bildirməkdən çəkinməmişdir. O dövr üçün Mirzə Balanın toxunduğu ən qlobal problemlərdən biri yenicə istiqlalı elan edilmiş Cümhuriyyətimizin ərazisi, sərhəd məsələsidir. Azərbaycan hökumətinin 1918-ci ilin iyulunda daşnak-bolşevik qüvvələri ilə Bakının qurtuluşu uğrunda ölüm-dirim mübarizəsi apardığı bir zamanda M.B.Məhəmmədzadə yazırdı: “Azərbaycanın xəritəsi və sərhəddi: Şimaldan Qafqaz dağları, cənubda Urmiya gölü və Farsistan, Şərqdə Xəzər dənizi, Qərbdə Ermənistan və Gürcüstandır. Söylədiyim hal ilə yüz sənə irəli Azərbaycan var idi. Onun tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiya və etnoqrafiya halı bunu təsdiq edir və Azərbaycan haqqında dəyərli məlumat verə bilir. Fəqət yüz on dörd sənə bundan irəli Azərbaycan iki hissəyə ayrıldı. Arasdan cənubu İranda, şimalı Rusiyaya getdi. İmdi Rusiya Azərbaycanı xilas etmiş, müstəqil bir hökumət halına gəlmişdir.
Cənub hissəsi barəsində bir söz söyləyə bilmərik. Fəqət arzumuz bu iki parçanın birləşməsidir.”

YÜZ YAŞLI "GƏNCLƏR YURDU" Azərbaycanın xəritəsi zaman-zaman müxtəlif səviyyələrdə və məkanlarda, fərqli biçimdə cızılmışdır. Lakin Xalq Cümhuriyyəti dövründə Mirzə Bala ilk dəfə mətbuat vasitəsilə Azərbaycanın bütöv ərazisini, sərhədlərinin konturunu oxucularına təqdim edirdi. Əslində bu xatırlatma parçalanmış vətənin bütövlüyü, birliyi, monolitliyi uğrunda gələcək mübarizələrə incə bir işarə idi.

Asif Rüstəmli,
professor

Bakı. 23.07.2018


Şəkildə: “Gənclər yurdu” məcmuəsinin ilk sayının 1-ci səhifəsi.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əməkdaşlıq memorandumu imzalanacaq

Əməkdaşlıq memorandumu imzalanacaq

Borçalı, Elanlar
Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Digər ali məktəblər
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclik, QHT
“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

Tv, Sosial, QHT
VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

Müsabiqə
“Türkologiya” jurnalı beynəlxalq indeksdə

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Yeni nəşrlər, Humanitar elmlər, Digər bölmələr

"Borçalı" Gənclər Birliynin rəhbəri Ulu öndərin və Şəhidlərimizin qəbrini ...

Borçalı, QHT
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

Borçalı, Avropa, Diaspora
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
“İctimai Mədəniyyət” layihəsinin qalibi

“İctimai Mədəniyyət” layihəsinin qalibi

AzTU, QHT, GVİİM
İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

Digər ali məktəblər
Borçalı Gənclər Birliyinin BƏYANATI

Borçalı Gənclər Birliyinin BƏYANATI

Borçalı
Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

"Şərqin səsi", Milli Məclis
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

"Zirvə"
Bayram Durbilməz:

Bayram Durbilməz: "AZƏRBAYCANIN ŞAH DASTANI!"

Qarabağ, Turan
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
Rəy yazın: