"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib Azərbaycanda söz, fikir
və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır


Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Heydər Əliyev siyasəti: hüququ dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib.

ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı
Əflatun Amaşov
açıb. O, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə edilən nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində görülən işlərdən, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə həyata keçirilən islahatlardan danışıb, ümummilli lider Heydər Əliyevi müasir Azərbaycanın memarı adlandırıb və vurğulayıb ki, Azərbaycanın ictimai-siyasi həyatındakı bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır: "Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdandan sonra ölkədə vətəndaş müharibəsi, xaosun qarşısını aldı, bizi müstəqilliyimizi itirməkdən qurtardı, sabitlik yaratdı. Daha sonra Heydər Əliyev ölkənin iqtisadi inkişafına başladı. Heydər Əliyev, həmçinin Azərbaycan mediasının inkişafına çalışdı. Bu gün Azərbaycanda söz azadlığı var və medianın qanunvericilik bazası kifayət qədər təkmilləşib".

Ə.Amaşov daha sonra bildirib ki, Azərbaycan mediasının inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır: "Bu gün bu inkişaf Prezident İlham Əliyevin səyi nəticəsində davam etdirilir".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində görülən mühüm işlərdən bəhs edib.

Vüqar Əliyev qeyd edib ki, Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə söz və məlumat azadlığının, medianın inkişafına xüsusi diqqət göstərib. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istər ədəbi sahədə, istərsə də mətbuat sahəsində yeni canlanma yaradıb, Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin ana dilimizdə yayımı genişləndirilib. Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması üçün əhəmiyyətli addımlar atıb.

Bundan başqa, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib. Beləliklə, məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda medianın üzərindən dövlət nəzarəti götürülüb, onun müstəqil fəaliyyəti təmin edildi və inkişafına hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsinə başlanıb.

“Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilb. Bununla, hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvəsini itirib. Fərmanda nəzərdə tutulan tədbirlər müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq, söz, məlumat və fikir azadlığını təmin edib.

1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunlar qəbul edilib.
2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyası aradan qaldırılıb.
2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsait ayrılıb.
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında postsovet məkanında ilk dəfə ölkəmizdə mətbuatın özünütənzimləmə orqanı funksiyasını yerinə yetirən Mətbuat Şurası yaradılıb.

Heydər Əliyev həm də Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyini ənənəyə çevirib.
Ümummilli Lider KİV redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı sənədlər imzalayıb, mətbuata güzəştli şərtlərlə kreditlər verilib.
2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə dondurulub, 2006-cı ilin martında isə onların 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi qərara alınıb.

Bildirilib ki, hazırda kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Ölkədə 30-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılıb, son illər kabel televiziyasının miqyası genişlənib. Hazırda Azərbaycanda 10-u ümumrespublika olmaqla, həmçinin regional, kabel, İP və digər vasitələrlə yayımlanan 70-dən artıq teleradio yayımçısı fəaliyyət göstərir: “Əlbəttə, bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin nəticəsidir”.

Vurğulanıb ki, bu gün Azərbaycanda Ulu Öndərin siyasi kursu və ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan KİV-lərin formalaşması və inkişafı cənab İlham Əliyevin həyata keçirdiyi media siyasətinin fəlsəfəsini təşkil edir: “Prezident İlham Əliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət problemlərinin həlli ilə bağlı real addımlar atır.”
Belə ki, mətbuata dəstək məqsədilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Fondun xətti ilə media layihələrinə 40 milyon manata yaxın vəsait ayrılıb.
2013-cü ildə 156 jurnalistin, 2017-ci ildə isə 255 jurnalistin, ümumilikdə 411 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması dövlətin mediaya verdiyi qiymətin bariz nümunəsidir.
Hazırda 255 mənzilli 3-cü binanın tikintisinə başlanıb və daha 255 jurnalist ailəsi yeni mənzillə təmin ediləcək
“Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycanda müstəqil demokratik mətbuatı məhz ümummilli lider Heydər Əliyev formalaşdırıb”, – deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Aqil Abbas, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və başqaları Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar, onunla bağlı xatirələrini danışıblar.
Vurğulanıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin bütün sahələrdə olduğu kimi, bu sahədə də siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

MEDİA
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"
Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Regionlar, MEDİA
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Şirxan Adıgözəlovun

Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nü ...

Yeni nəşrlər, Hüquq
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis

"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" ...

Bakı, Məktəblər
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
Aydəm İsmayılov: Humanizim ölkəmizdə hüquqi dövlətin əsas demokratik prinsi ...

Aydəm İsmayılov: Humanizim ölkəmizdə hüquqi dövlətin əsas demokratik prinsi ...

Siyasət
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

QHT
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
Rəy yazın: