MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edibMŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Gürcüstanın paytaxtı Tiflisdə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısında iştirak edib.

ZiM.Az xəbər verir ki,
Avropa Şurasının və Avropa Birliyinin təşkilatlığı ilə keçirilmiş tədbirdə MŞ sədri çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, söz və ifadə azadlığı ilə bağlı xarakterik tendensiyalardan söz açıb. Ə.Amaşov bildirib ki, Şuranın başlıca missiyası media orqanları ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. Bu xüsusda o, şikayətlərin strukturuna, hansı tələblərin yer almasına, MŞ-nin qərar və rəylərinin şikayətlərdəki tələblərə nə dərəcə adekvat olmasına diqqət çəkib.
Ə.Amaşov həmçinin internet media orqanlarının fəaliyyətindən narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi medianı üstələməsini xarakterik hal kimi vurğulayıb.
MŞ sədri eyni zamanda praktika qarşılaşılan bir sıra məqamlar barədə fikirlərini bölüşərək jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların olduğunu bildirib. Mövcud istiqamətdəki yeniliklərin təbliğinə daim ehtiyacın duyulduğunu söz və ifadə azadlıqlarının təminatında vacib məqamlardan biri olaraq önə çəkib.

Qeyd edək ki, toplantıda Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında müzakirələr aparılıb, bununla bağlı konkret situasiyalar təhlil olunub. Müzakirələr gedişində təşkilatın informasiya portalının yaradılması və peşə davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib.

Onu da deyək ki,
toplantıda Ə.Amaşovla yanaşı MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və «Baku Network»un Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli də iştirak edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MEDİA
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MEDİA
Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

MEDİA, Təbriklər
Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantı ...

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantı ...

MEDİA, Gürcüstan
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

MEDİA
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

MEDİA
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclis, Regionlar, MEDİA
İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

MEDİA
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Qara Dəniz İƏT-nın Baş Assambleyasının 47-ci plenar iclası

Qara Dəniz İƏT-nın Baş Assambleyasının 47-ci plenar iclası

MEDİA, Turan, Rusiya

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Rəy yazın: