Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsinə nail olacağıq”

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsinə nail olacağıq” “Gürcüstanda azərbaycandilli jurnalistikanı inkişaf etdirmək vacibdir. Vaxt var idi ki, azərbaycandilli jurnalistikanın məhsulları Tiflisdən dünyaya yayımlanırdı. Gürcüstanda XIX və XX əsrlərdə müxtəlif mətbuat orqanları fəaliyyət göstərib. Görkəmli yazıçılarımız, jurnalistlərimiz bu mətbuat səhifələrində cəsarətlə çıxış ediblər”.

- Bu sözləri APA-ya Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Gürcüstanda yaşayan yarım milyona qədər azərbaycanlı üçün informasiya qıtlığı mövcuddur:

“Əvvəllər Tiflisdə nəşr olunan müxtəlif qəzetlər ölkədə baş verən hadisələr və müxtəlif beynəlxalq tədbirlər haqqında azərbaycanlılara operativ şəkildə xəbərlər çatdırırdı. İndi soydaşlarımız bu xəbərləri Azərbaycanda nəşr olunan qəzetlərdən və müxtəlif televiziyalardan, müxtəlif saytlardan alırlar. Amma təəssüf ki, bu informasiyalar onlara gec çatır və informasiya qıtlığına səbəb olur”.

Ə. Amaşov qeyd edib ki, Gürcüstanda fəaliyyət göstərən TV, sayt və mətbuat orqanları soydaşlarımızın sosial həyatı və mədəniyyəti haqqında nadir hallarda yazılar və reportajlar yaydığını söyləyib:

“Gürcü televiziyaları və saytları, həmçinin qəzetlər yalnız soydaşlarımızın kompakt yaşadığı bölgələrdə kriminal hadisələr baş verən zaman və yaxud gender bərabərliyi pozulanda, qız qaçırılanda, erkən evlilik baş verəndə sanki “canlanırlar”. Əlbəttə, bu hadisələr barədə yazmaq vacibdir, çünki Gürcüstanda erkən evliliyə qarşı qanun qəbul edilib və bu qanunu pozanlar haqqında yazmaq lazımdır. Amma son illər soydaşlarımız yaşayan bölgələr inkişaf edir və bu inkişafda soydaşlarımızın da əməyi danılmazdır. Son illər Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan gənclərimizin sayı getdikcə artmaqdadır. Düşünürəm ki, bu inkişaf gürcü mətbuatının diqqətindən yayınmayacaq”.

Ə. Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri və eyni zamanda Mətbuat Şurasının rəhbəri olaraq gələcəkdə Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə müxtəlif layihələr həyata keçiriləcəyini vurğulayıb:

“Biz Gürcüstan dövləti ilə birgə hər iki ölkənin mətbuat əlaqələrinin inkişaf etdirilməsinə çalışacağıq. Sözsüz ki, bu layihələrdən Gürcüstanda fəaliyyət göstərən qəzet və jurnallar da kənarda qalmayacaq, bununla biz Gürcüstanda azərbaycandilli mətbuatın da inkişaf etdirilməsinə nail olacaq və informasiya qıtlığını aradan qaldırmağa cəhd edəcəyik”.

MŞ sədri son illərdə Azərbaycanda mətbuat sahəsində görülən işlərdən də danışıb:

“Azərbaycanda mətbuatın inkişafı göz qabağındadır. Bu gün Azərbaycanda müasir tələblərə cavab verən peşəkar jurnalistika mövcuddur. Diqqət yetirilən əsas məsələlərdən biri də jurnalistlərin sosial həyat tərzinin yaxşılaşdırılması olub. Bu da dövlətin qayğısı sayəsində həyata keçirilib. Jurnalistlərə yaşayış evlərinin tikilməsi və onların ev probleminin həlli jurnalistlərin fəaliyyətinə müsbət təsir edib”.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Əflatun Amaşov Gürcüstanda səfərdə olub

MEDİA, Gürcüstan, Tiflis, Borçalı
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

---
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı
Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb

Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb

Borçalı
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Mədəniyyət, MEDİA, Borçalı
MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

"Gürcüstan", MEDİA, Təbriklər
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Rəy yazın: