Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilibGürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov
2017-ci il martın 27-də
Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri ilə görüşüb.


ZiM.Az AZƏRTAC-ın Tbilisidəki xüsusi müxbiri Xətayi Əzizova istinadən xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, mədəniyyətimizin təbliği, azərbaycanlı gənclərin gürcü cəmiyyətinə inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Əflatun Amaşov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Gənclərimizin gürcü dilini, qanunvericiliyini mükəmməl bilməsi olduqca vacibdir. Gürcüstan hökumətinin gürcü dilini mükəmməl bilən azərbaycanlı gənclərə ehtiyacı var. Azərbaycan dövləti də Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verir. Bu ölkədə yaşayan soydaşlarımızın da qayğılarına diqqətlə yanaşır.

Sonra Ə.Amaşov “Ceyran” rəqs qrupuna 20 dəst milli geyim forması hədiyyə edib. Bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Gürcüstandakı soydaşlarımıza dəstəyi bununla kifayətlənməyəcək. Bu cür yardımlar davamlı olacaq.

Rəqs qrupunun rəhbəri Ceyran Qurbanova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Bildirib ki, bu gün rəqs qrupunda azərbaycanlılarla yanaşı, gürcülər də çalışırlar, milli rəqslərimizi öyrənirlər. “Biz Azərbaycan və gürcü xalqları arasında dostluq və mədəni əlaqələrin inkişafı, milli mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

Ceyran rəqs qrupunun üzvləri “Sarı gəlin”, “Turacı” və s. rəqslərimizi ifa ediblər”,
- deyə Ceyran Qurbanova söyləyib.

Görüşdə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, muzeyin işçiləri, tələbələr iştirak ediblər.

Əflatun Amaşov muzeyə də çox qiymətli kitablar hədiyyə edib.
Bildirilib ki, bu kitablar Gürcüstanda yaşayan soydaşlarımıza Azərbaycan tarixini öyrənməkdə ən yaxşı əyani vəsait, elm mənbə olacaq.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Əflatun Amaşov Gürcüstanda səfərdə olub

MEDİA, Gürcüstan, Tiflis, Borçalı
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

---
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

MEDİA, Borçalı
Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Tiflis
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Borçalı
Rəy yazın: