İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olubİranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub İran İslam Respublikasının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağı rəhbərlik etdiyi qurumun iş istiqamətləri barədə məlumlandırıb. O bildirib ki, MŞ gündəlik fəaliyyət missiyası ilə yanaşı jurnalistlərin dünyanın müxtəlif ölkələrinin media quruluşları ilə əlaqələrinin formalaşmasını həyata keçirməkdədir. Bu baxımdan qonşu ölkə olan İranın kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə qarşılıqlı təmaslar da olduqca vacibdir. «İran və Azərbaycanı bir-birinə ortaq tarix bağlayır. Bu tarix hər iki ölkə xalqlarının keçmişdəki yaşantılarına əsaslanır. Bu yaşantılarda isə ortaq mədəniyyət, adət və ənənələr var. Hesab edirəm ki, hazırda hər iki ölkənin jurnalistləri özlərinin yaradıcılıq məhsulları ilə ənənələri yaşatmalı, eyni zamanda təcrübə mübadiləsi aparmalıdırlar», - deyən MŞ sədri əlavə edib ki, ötən müddətdə İrandan Azərbaycana, Azərbaycandan İrana çoxsaylı jurnalist səfərləri reallaşıb. Bu işin həyata keçirilməsində İranın Azərbaycandakı keçmiş səfiri Mohsin Pakayinin xidmətləri böyük olub. Ə.Amaşov C.Cahangirzadənin əsası qoyulmuş xoş ənənəni daha məhsuldar şəkildə davam etdirəcəyinə əminliyini vurğulayıb.

İranın Azərbaycandakı səfiri C.Cahangirzadə İran və Azərbaycan arasındakı münasibətlərin yüksək inkişaf tempinə malik olduğunu bildirib. O deyib ki, bu münasibətlərin media müstəvisində də müntəzəm şəkil alması olduqca faydalıdır və rəhbərlik etdiyi diplomatik missiya prosesə hər cür dəstək verməyə hazırdır.
Görüşdə yaxın gələcəkdə İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalistlərin qarşılıqlı səfər proqramının gerçəkləşdirilməsi, habelə media təmsilçilərinin iştirakı ilə birgə konfransların təşkili məsələləri müzakirə edilib.

MŞ sədri həmçinin bilbirib ki, noyabrın 5-də İran İslam Respublikası Mətbuat və Xəbər Agentliklərinin 22-ci sərgisində iştirak etmək üçün İranın paytaxtı Tehrana səfər edəcək. Deputat səfərin qarşılıqlı media əməkdaşlığını gücləndirmək baxımından faydalı görüşlərlə yadda qalacağına əminliyini vurğulayıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

MEDİA, Turan
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Pakistanın Azərbaycandakı səfiri AzTU-da olub

Pakistanın Azərbaycandakı səfiri AzTU-da olub

AzTU
Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

MEDİA, Turan
Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

MEDİA
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP, Dünya
AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Əflatun Amaşov Gürcüstanda səfərdə olub

MEDİA, Gürcüstan, Tiflis, Borçalı
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MEDİA
MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MEDİA
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Rəy yazın: