Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı keçirilib

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı keçirilib Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı keçirilib Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı keçirilib Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı keçirilib Bu gün iyunun 16-da Gürcüstanın Kaxetiya bölgəsində medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb.

Tədbir Avropa Birliyinin və Avropa Şurasının Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Moldovanı, Ukrayna və Belarusu hədəf qrupu kimi seçdiyi birgə layihəsi əsasında baş tutur.


İki gün davam edəcək toplantıda Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun AmaşovŞuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edir.

Zim.Azxəbər verir ki, tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünütənzimləmə orqanlarında etik dilemmalar mövzusunda məruzə edib, rəhbərlik edtdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb.
O bildirib ki, 2007-ci ildən sonra Azərbaycanda internet sürətlə inkişaf etməyə başladı.
Müvafiq olaraq internet media orqanlarının sayı
əhəmiyyətli dərəcədə artdı.
Təbii ki, operatikliv baxımdan yeni tələblər meydana çıxdı.
Lakin bu tələblər peşə prinsiplərinə də fərqli yanaşma zərurətini yaratdı. Mətbuat Şurası vəziyyətə adekvat davranmalı idi.
Vəziyyətə adekvat davranmaq, cəmiyyətin və medianın mənafeyini uzlaşdırmaq media ictimaiyyətinin özünün də ictimai sifarişi kimi diqqət çəkdi:
“Əlbəttə, ilk baxışdan ənənəvi media üçün etik tələblərin onlayn mediaya da asanlıqla tətbiq edilə biləcəyini düşünmək mümkündür.
Ancaq bir qədər öncə məsuliyyətdən danışdım.
Ənənəvi KİV fəaliyyətini peşə etikasına əsasən qurur.
Eyni zamanda burada qanunlara da riayət var.
Yəni qanunlar belə demək mümkünsə, peşə etikasının qarantı rolunda çıxış edir.
Nəhayət, böyük ölçüdə peşə etikasına riayət edən media orqanı qanunlara da riayət etmiş sayılır.
Bu müstəvidə fərqliliklərə çox az təsadüf edilir. Ancaq internet media üçün belə bir məsuliyyət yükü yoxdur.
Ona görə də onları etik prinsiplərə əməl etməyə çağırmaq bəzən çətin olur.
Nəticədə bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür”.


MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli media təbliğatındakı spesifik cəhətlər ətrafında məruzə edib.
Bu xüsusda Azərbaycanla xarici ölkələr arasındakı oxşar və fərqli xüsusiyyətlərə toxunub.

Toplantıda özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri, Rusiyada özünütənzimləmə sistemindəki problemlər və s. müzakirəyə çıxarılıb.

Qeyd edək ki, toplantıya Serbiya, Monteneqro, Albaniya, Bosniya ve Hersoqovina, Kosovo və Makedoniyadan da media numayəndələri qatılıblar.

Tədbir iyunun 17-də mövzu ətrafındakı müzakirələrlə davam etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun məruzəsi konfrans iştirakçıları kimi, eləcə də konfransın gedişini mətbuatdan diqqətlə izləyən həmkarlarımız tərəfindən böyük maraqla qarşılanıb.

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı keçirilib
Aşağıda həmin məruzə ilə bağlı tanınmış şair-publisist
Valeh Mirzənin fikirlərini
ZiM.Az-ın oxucularına
təqdim edirik:


AZƏRBAYCAN MƏTBUATI
SÖZ AZADLIĞI FONUNDA

Əflatun Amaşov toplantıdakı cəsarətli çıxışı ilə tək Azərbaycan jurnalistikasının deyil, ümumiyyətlə dünya jurnalistikasının mahiyyətini
ortaya qoydu.


Söz və fikir azdlığı onlayn mediada qabarıq təzahür etmirsə, internet mediası cəmiyyətin ictimay sifarişinə deyil, ayrı-ayrı qurumların, yaxud şəxslərin prinsiplərinə xidmət edirsə Mətbuat Şurası bu məsələyə etinasızlıq nümayiş etdirə bilməz...

Biz bu kimi halların dəfələrlə şahidi oluruq.Ənənəvi KİV-də jurnalist etikasına əməl edənlər, necə deyərlər, qanunları pozmayanlar, etik normaları aşmayanlar öz müqəddəs peşələrinə internet mediasında da əməl edirlər. Eyni imza ilə çıxış edən jurnalist hər yazıda başqa xarakter, yaxud prinsip nümayiş etdirə bilməz. Nümunəvi ziyalı etiketi daşıyan jurnalistin eyni zamanda həm mənfi, həm də müsbət düşüncələrin sahibi olması mümkünsüzdür...

Ümumiyyətlə, jurnalistikanın bircə amalı olmalıdır:: nədən yazırsansa yaz, haqqı danma, nöqsanı aşkar et və onu yaradan səbəbləıri göstər.

Bu prinsipə ənənəvi media da, internet mediası da ciddi əməl etməlidir.Ancaq təəssüf ki bu tələblər həmişə ürəyimiz istəyən səviyyədə təmin olunmur.
Ölkə mediası müxtəlif cəbhələrə bölünməməlidir.İstər rəsmi qəzetləri, istərsə də özəl sektorları təmsil edən mətbu orqanların rəhbərləri birinci növbədə vətənpərvər, olduqca savadlı ziyalı olmalıdırlar.İstər.ictimai-siyasi qəzetlərin, istərcə də saytların baş redaktorları ölkədə gedən ictimai-siyasi prosesləri, dünya siyasətini təhlil etmək bacarığına malik olmayanda cəmiyyətdə cərəyan edən bir çox mənfi proseslərin,anlaşılmazlıqların birbaşa səbəbkarlarına çevrilirlər.
Bu gün dövlətlərarası münasibətlər barədə material hazırlamaq ciddi həssaslıq, tükü-tükdən seçməyi bacarmaq qədər qabiliyyət tələb etdiyi halda bu məsuluyyətli işin öhdəsindən layiqlincə gələ bilməyənlər söz meydanlarında at oynadır, millətlərarası münasibətlərin dostluq və dardaşlıq müstəvisində inkişafına xələl gətirən cızmaqaralarla cəmiyyətləri çaşdırmaqdan usanmırlar. Bu cür ünsürlərə qarşı mübarizədə qalib gəlmək üçünsə Mətbuat Şurasının kifayət qədər statusu yoxdur.
O şəxslərə fikrlərini ifadə etmək üçün azad meydan verilər ki onlar ifadə etdikləri fikirlərin məsuliyyəti qovşağında bulunsunlar.

Söz azadlığ, fikir azadlığı başqa birisinin şəxsiyyət toxunulmazlığını baltalayırsa, "babam dedi, kor dedi, hər yetənə vur dedi" prinsipinə söykənən qarayaxmalarla müşaiyət olunursa, bu cür mətbu orqanlara qarşı qanunlar öz zorundan istifadə etməli, bu tipli dırnaqarası "azad söz ifadəçiləri" ciddi cəzalandırılmalıdırlar. Əks təqdirdə biz ən başlıcası haqqı nahaqqa qurban verər, qaş düzəldən yerdə vurub gözü də çıxardarıq.

Azərbaycanda tək jurnalistlərə deyil, umumiyyətlə hamıya söz, ifadə azadlığı verilib, amma heç kimə icazə verilə bilməz ki təmsil olunduğu xalqın, millətin,vətəndaşı olduğu dövlətin şərəf və ləyaqətini alçalda biləcək çıxış və bəyanatlarını azad ifadə bayrağı altinda havaya üfürsün.
Bu, ictimai şüurun, cəmiyyətin sifarişi,Azərbaycan Konstitusiyasının təkzibolunmaz tələbidir...


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MEDİA
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MEDİA
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

MEDİA
Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

MEDİA
Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

MEDİA
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA

"İnternet resurslarının hostinqləri Azərbaycanda deyil, xarici ölkələrədə ...

MEDİA
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı
Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

MEDİA, Təbriklər
«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

Milli Məclis, MEDİA
Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Regionlar, MEDİA
Rəy yazın: