Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam Mən Gəncə 1 saylı məktəbdə təhsil almışam."Qızıl Medal"la orta məktəbi bitirmişəm. Və fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam...

Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur — atası Qəzənfər Quliyev mühəndis, anası Zambaq Quliyeva isə dil-ədəbiyyat müəlliməsidir.
1965-ci ildə Gəncədə yerləşən 1 saylı orta məktəbə daxil olub, 1975-ci ildə 8 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Mədət Quliyev 1971-ci ildən müntəzəm olaraq idmanla məşğul olurdu. O, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion olub. Lvovda, Alma-Atada qələbələr qazanıb. 160-dan artıq fəxri fərmanlarla və mükafatlarla təltif olunub. Güclü idmançı olan Mədət Quliyev dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.

1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır, bir müddət Ermənistanda, sonra isə Gürcüstanda həqiqi hərbi xidmət keçmişdir. 1982-ci ildə ordudan tərxis olunaraq Gəncənin "Dinamo" Cəmiyyətində təlimatçı işləyib, sonra Gəncə şəhər Daxili İşlər İdarəsinin komsomol təşkilatının katibi olmuşdur.1983-cü ildən daxili işlər orqanlarında xidmət etmişdir.

1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi işləyib. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olur.

1994-1995-ci illərdə DİN-İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi vəzifəsinə yüksəlib. Mədət Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələri zərərsizləşdirilib. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, 2011-2015-ci illərdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, 2015-ci ilin oktyabr-dekabr aylarında isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi, 20 noyabr 2012-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi, 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi təyin edilib.
Ailəlidir. İki övladı var.

Mükafatları:
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilir.
Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2014-cü il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Hər dəfə Sizin dövlətə və dövlətçiliyə sədaqətinizdən söz açılanda qürurlanıram,qürurlanıram ona görə ki, Siz Dahi Nizami Yurdu Gəncə şəhərində anadan olmusunuz. Doğma Gəncəni, doğma məktəbi, gəncəliləri unutmursunuz.
Bu çətin və şərəfli işinizdə SİZƏ uğurlar arzu edirəm, uğurlarınız bol olsun.

Hacı Azadə-Taleh Abbasqızı,
həkim,şairə-jurnalist


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

Borçalı, Təbriklər, "Borçalı" Cəmiyyəti
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ...

Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ...

Rəsmi Xəbərlər
Polkovnik Salman Musayev (1959)

Polkovnik Salman Musayev (1959)

Bolus
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Məşhurların övladları: Eldar Mahmudovun yazar qızı

Məşhurların övladları: Eldar Mahmudovun yazar qızı

Köşə yazılar
Eldar Sultanova  general-mayor rütbəsi verilib

Eldar Sultanova general-mayor rütbəsi verilib

Borçalı, Hüquq, Təbriklər
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Regionlar, Başkeçid
Polkovnik MEHMAN SƏLİMOV  (1955)

Polkovnik MEHMAN SƏLİMOV (1955)

Başkeçid
SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

Təbriklər
Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Başkeçid, Nekroloqlar
Milli Qəhrəmanımız ELDAR AĞAYEV

Milli Qəhrəmanımız ELDAR AĞAYEV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Tiflis, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, fəxri adları ...

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, fəxri adları ...

Rəsmi Xəbərlər
POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

"XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

Əsas xəbər, Azərbaycan, Borçalı, Başkeçid, Hüquq, Təbriklər
General-leytenant Heydər Piriyev (1959)

General-leytenant Heydər Piriyev (1959)

Qarabağ, "Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Təbriklər
Rəy yazın: