“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecəBakı, 3 mart, Zərəngiz Mansurova, AZƏRTAC

Martın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçiliği ilə Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə, Xalq Şairi, Zəlimxan Yaqubun kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şairin yaradıcılığından söhbət açıb.

Bildirib ki, Zəlimxan Yaqub öz yaradıcılığı ilə Azərbaycan dilinin və bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Şair xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olmuşdu. O, ilk qələm təcrübəsindən ömrünün sonunadək nə yazıbsa xalq tərəfindən bəyənilib. Onun poeziyası insanlara yaşamaq eşqi, dünyaya, həyata sevgi bəxş edib. Hər zaman xalqının yanında olmağı bacaran şairə olan millət sevgisi də tükənməz olub. Məhz bu sevginin göstəricisidir ki, ədib müstəqil Azərbaycanın bir çox fəxri adlarına layiq görülüb, iki çağırış Azərbaycanın Milli Məclisinin deputatı seçilmişdi.

Vurğulanıb ki, güclü hafizəyə, qaynar təbə malik Zəlimxan Yaqub ədəbiyyata gəlişi ilə sənətsevərlərin diqqətini cəlb etmiş, ötən əsrin 70-80-ci illərindən başlayaraq son nəfəsinə qədər Vətənin, el ədəbiyyatının və aşıq sənətinin təbliğatçısına çevrilib. Zəlimxan Yaqub ilk növbədə sevilən şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirərək dillərdə dolaşır. Xalqın ruhu, folkloru, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas mövzusunu təşkil edir.

Nazir qeyd edib ki, Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, bir çox xarici ölkələrdə keçirilən ədəbi məclislərdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edirdi. Son 20-30 ildə Azərbaycan ədəbiyyatında Z.Yaqub qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Görkəmli sənətkarın Azərbaycan Aşıqlar Birliyinin sədri kimi aşıq sənətinin inkişafında da çox böyük töhfələri olub.

Diqqətə çatdırılıb ki, o, dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemasında Ulu Öndərin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf etmişdi.

Bildirilib ki, “Gəlmişəm, qoynunda sığınacaq ver”, - deyən Xalq Şairinin “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun”, “Od aldığım ocaqlar”, “Mən sənin qəlbinə necə yol tapım”, “Mən bir dağ çayıyam”, “Əbədiyyət dastanı”, “Peyğəmbər” kimi əllidən çox şeir kitabı ona elə böyük oxucu sevgisi qazandirib ki, hələ uzun illər xatirələrdən silinməyəcək, sözü, sənəti ilə daim yaşayacaq.

Gecədə ədibin sağlığında çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib, qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Aşıqların, incəsənət ustalarının ifasında şairin sözləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.

======================================

* * *

Nazirin çıxışının ardınca səhnədə lent yaddaşından Z.Yaqubun səsi canlandı.
Aktyorlar Zəlimxan Yaqubun mərhum Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət dastanı” poemasından parçalar ifa etdi.
Sonra səhnəyə ustad aşıq Cahangir Quliyev dəvət edildi. Sonra aktyorlar yenidən səhnəyə gəldi.
Tədbir boyu xalq şairi lent yaddaşından pərəstişkarlarını sevindirdi, gah sazla, gah sözlə vurğunlarını o udurdu.

Bu yaşıl ağacın üstü Allahın
Bu yaşıl ağacın altı bizimdi.


Müasir aşıq sənətinin tanınan nümayəndəsi aşıq Ədalət Dəlidağlı, əməkdar artist, xanəndə Ehtiram Hüseynov, türkiyəli aşıq Maksud Qoca Fərhadı, Cənubi Azərbaycan aşıqları Əbülfəz Qayabaşı, Muxtar Qayabaşı Şahbaz Süleymani, aşıq Fəzail Miskinli çıxış etdilər.

Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov səhnəyə gələrək Z.Yaqubun əsasən vətənpərvərlik şeirlərini, yurd-yuva ağrısını, Qarabağ dərdini ifadə edən poetik örnəklərini dilə gətirdi, şairin məşhur "Öldürün, öldürün, öldürün məni” şeirini xüsusi yanğı ilə söylədi.
Xalq artisti Mələkxanım Əyyubova şairin "Gözəl dünya gözəllərin var olsun” şeirini muğam üstə ifa etdi.

Qeyd edək ki, martın 3-də Aşıqlar Birliyinin sədri mərhum xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilən ədəbi-bədii gecənin keçirilməsindən bir neçə saat əvvəl Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin iclası keçirilib və professor Məhərrəm Qasımlı - Aşıqlar Birliyinin yeni sədri seçilib.

İradə Sarıyeva.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---

"ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ"

Borçalı, Bolus
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Bolus
Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə

Mədəniyyət, Bolus
ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

UNUTSAQ, UNUDULARIQ!....
Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Azərbaycan, Gəncə
Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Azərbaycan, Borçalı
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Yeni nəşrlər, Bolus, Cənubi Azərbaycan
SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN

SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN "POEZİYA GÜNÜ"

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus
Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı

Əsas xəbər, Azərbaycan
İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

Azərbaycan

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Tv, Folklor, Poeziya, Tiflis, Borçalı, Bolus
= TƏBRİK  EDİRİK !.. =  Professor  Nizaməddin  Şəmsizadənin     60 illik Yu ...

= TƏBRİK EDİRİK !.. = Professor Nizaməddin Şəmsizadənin 60 illik Yu ...

Mədəniyyət, Təbriklər
Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Mədəniyyət
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib

Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib

Mədəniyyət, Folklor
Rəy yazın: