Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən”

Qurbanəli İsmayılov:  “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən”Ehtiyatda olan polkovnik-leytenant Ümummilli Liderlə bağlı maraqlı bir xatirə danışdı

Hərbi kadrların hazırlanması hər bir dövlət üçün çox əhəmiyyətli bir məsələdir. Burada isə hərbi məktəblərin çox böyük rolu var. Azərbaycanda hərbi məktəblərin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1971-ci ildə böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadırlar hazırlayan məktəb, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi litsey yaradıldı. Bundan əlavə Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olumuşdu.

Məhz Ulu Öndərin bu səyləri nəticəsində Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlandı. Azərbacanın Milli Ordusunun yaranmasında xidmətləri olan, eləcə də bu gün hərbidə xidmət edən əksər yüksək rütbəli zabitlər elə həmin məktəbdə təhsil alıblar.

Qeyd edək ki, bu zabitlərin sayəsində Azərbaycan müstəqillik əldə etdikdən sonra milli ordunu formalaşdırmaq mümkün oldu. Təbii ki, Ulu Öndər Heydər Əliyevin hərbi kadr hazırlığında rolu müqayisə olunmazdır.

Bununla yanaşı, ordu quruculuğunda, müstəqilliyin ilk illərində hərbi kadr hazırlığını həyata keçirən məktəblərin qorunub saxlanmasında bir çox hərbiçilərin də rolunu qeyd etməmək mümkün deyil. Belələrindən biri də keçmiş Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin, indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin siyasi və tərbiyəvi işlər üzrə rəis müavini, ehtiyatda olan polkovnik-leytenant İsmayılov Qurbanəli Nadir oğludur. 

Qeyd edək ki, Qurbanəli İsmayılov bu gün hərbidən bir qədər kənar sahədə, nəqliyyat sektorunda çalışsa da, ordu quruculuğu istiqamətində aparılan işləri daim izləyir, lazım gəldikdə öz təcrübəsini gənc hərbiçilərlə bölüşür. O qeyd edir ki, “Biz bir qrup azərbaycanlı zabit hərbi məktəbi qoruyub saxlamağa çalışırdıq"

 Qurbanəli İsmayılov Azərbaycan müstəqil olduqdan sonra indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk azərbaycanlı rəhbərlərindən biri olub. Ondan əvvəl sözügedən məktəbdə siyasi və tərbiyəvi işlər üzrə rəis müavini vəzifəsini erməni millətindən olan bir polkovnik tutub. Müstəqillik illərinə qədər məktəbin rəhbərliyində də əsasən ruslar təmsil olunurldu. 

Elə müstəqilliyin ilk illərində də məktəbə rus millətindən olan general Kovalyov rəhbərlik edirdi. Rus hərbiçiləri isə Moskvadan gələn tapşırıq əsasında hərbi təyinatlı obyektlərdə, o cümlədən hərbi məkəblərdə dağıdıcılıqla məşğul idilər. 

Belə bir zamanda hərbi məktəbə Tərbiyəvi İşlər üzrə rəis müavini təyin olunan Qurbanəli İsmayılovun da qarşısında çox mürəkkəb və ciddi vəzifə dururdu. Bir tərəfdən bu məktəbin maddi-texniki bazasını qorumaq, digər tərəfdən də müharibə aparan ölkə üçün hərbi döyüş sirlərinə mükəmməl yiyələnən kadr hazırlığını həyata keçirmək. Təbii ki, həmin vaxt bu vəzifənin öhdəsindən gəlmək asan deyildi. Qurbanəli İsmayılovla bu barədə söhbət edərkən, o, həmin illərdə ordu quruculuğunun həyata keçirilməsi üçün hərbi məktəblərin üzərinə böyük vəzifə düşdüyünü bildirdi: 

“Biz azərbaycanlı hərbiçilərdən bu baxımdan böyük iş tələb olunurdu. Həmin vaxt məktəbdə general Kərim Vəliyev, polkovnik Şair Ramaldanov, general Kərəm Mustafayev və digərləri də bu istiqamətdə səylə çalışırdılar. Biz bir qrup azərbaycanlı zabit hərbi məktəbi qoruyub saxlamağa çalışırdıq. Məhz bizim birgə fəalityyətimiz nəticəsində indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həm maddi-texniki, həm də tədris bazasını qoruyub saxlamaq mümkün oldu. Biz yalnız maddi-texniki bazanı qorumaqla kifayətlənmirdik. Həm də məktəbdə olan müəllim-komandir heyətinin təcrübəsini öyrənirdik ki, gələcəkdə keyfiyyətli zabit heyəti hazırlamaq ücün bazamız olsun. Eyni zamanda məktəbə savadlı azərbaycanlı zabitləri də cəlb edirdik ki, ruslar getdikdən sonra da tədrisi yüksək səviyyədə davam etdirə bilək. Və buna nail olduq. Bu gün bizim üçün çox sevindirici bir haldır ki, həmin məktəb Ulu Öndərimizin adını daşıyır”.


“Ümummilli Liderimiz milli zabit kadrlarının hazırlığına xüsusi diqqət yetirirdi”

Qurbanəli İsmayılov qeyd edir, əslində bu təbiidir: “Ordu quruculuğundan danışarkən, sözsüz ki, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin bu sahədə gördüyü işləri qeyd etmək lazımdır. Ümummilli Lider ordu quruculuğunda göstərdiyi xidmətlərə, Azərbaycanda zabit korpusunun yetişməsində göstərdiyi xidmətlərə görə, hərbiçilər tərəfindən daim böyük ehtiram hissi ilə yad edilir. Mərhum Prezident Heydər Əliyev dünən və bu gün orduda xidmət edən bir çox zabitin həyatında özünəməxsus iz qoyub. Azərbaycanın müstəqilliyinin ilk illərində ordu quruculuğunda hərc-mərclik, vahid komandanlığın olmaması, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da mövcud problemlər öz müsbət həllini tapmağa başladı. Belə ki, orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi.

Peşəkar kadrların hazırlanmasında xalqın müstəqil gələcəyini görən Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət göstərib. 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Ona qədər hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri daim önə çəkir, buna xüsusi diqqət yetiridi. Bilirsiniz ki, məhz onun gərgin əməyi nəticəsində 1971-ci ildə C. Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. 

  Bundan əlavə Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Şübhə etmirəm ki, uzaqgörən Ulu Öndər gələcəkdə Azərbaycanın müstəqil dövlət olacağını görür, onun ordusu üçün lazımı kadrların yetişməsinə çalışırdı. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin dövrün yetirmələridir”.

 Qurbanəli İsmayılovun sözlərinə görə, vaxtilə rəis müavini işlədiyi Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin, indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi də daim Ümummilli Liderin qayğısı ilə əhatə olunmuşdu: “Mən həmin məktəbdə tərbiyəvi işlər üzrə rəis müavini işlədiyim dövrdə  tədris müəssisəsinin tarix haqqında məlumat toplayarkən, Ulu Öndərin hərbi kadr hazırlığına nə qədər diqqət yetirdiyinin bir daha şahidi oldum. Bildirim ki, indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi hələ 1939-cu ilin noyabr ayında Bakı Piyada Məktəbi adı ilə yaradılmışdı. Əvvəllər bu məktəbdə yalnız 2 ixtisas üzrə - atıcı tağım komandirləri və pulemyotçu tağım komandirləri hazırlanıb. 1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandı. 2001-ci ildən isə Azərbaycan Ali Hərbi Məktəbi adlanıdı. Ancaq məktəbin inkişafı, xüsusi qayğı ilə əhatə olunması məhz 1969-cu ildə Heydər Əliyev birinci dəfə Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra baş verib. Təsadüfi deyil ki, 1973-cü il aprelin yeddisi məktəbin tarixinə ən yadda qalan günlərdən biri kimi düşüb. Həmin gün məktəbin Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ziyarət etmişdir. Bundan əlavə olaraq o, dövrdə Ulu Öndər Heydər Əliyev mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində məzunlarla bir yerdə olurdu. O zaman orduda Azərbaycanlı zabit kadrlarının artmasınada Ulu Öndərin böyük rolu olmuşdur”. 

  Qurbanəli İsmayılov bildirir ki, məhz Ulu Öndərin səyi nəticəsində, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Tank Qoşunları Generalı Həzi Əhəd Oğlu Aslanovun adı müdafiə nazirinin əmri ilə 1975-ci ildə həmişəlik məktəbin 1-ci bölüyünün şəxsi heyətinin siyahısına salınmışdır.


“Ümummilli Liderin tapşırığı ilə hazırlanan Həzi Aslanovun büstünü məktəbin həyətində ucaltdıq”

“Yazıçı Musa müəllim SSR-nin rəhbərinin qəbulunda olarkən H.Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı medalı ilə təltif olunması ilə bağlı  fərman imzalatdırdıqdan sonra hərbi məktəbinin ərazsində H.Aslanovun heykəlinin qoyulmasının qərarına gəldik”-deyə, Qurbanəli İsmayılov bildirdi.   

Qurbanəli İsmayılov qeyd etdi ki, Ümummilli Lider xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra da, həmin vaxt Ümumqoşun Komandanlıq Məktəbi adlanan hərbi tədris mərkəzinə xüsusi qayğı ilə yanaşırdı: “Məhz bu qayğını hiss edən məktəbimizin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında, Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişlər. Həmin vaxtlar məktəbimizi qurtaran yüzlərlə gənc zabit öz hərbi andına sadiq qalaraq müstəqilliyimiz və dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik göstərmişdir. Onlarla məzunumuz vətən naminə öz canlarını fəda etmiş və qəhrəmanlıq zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi igidlikliklərinə görə məktəbimizin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşlər”. 

Qurbanəli İsmayılov Ümummili liderin sözügedən hərbi məktəb hərbiçilərinə qayğısı ilə bağlı maraqlı bir xatirə də danışdı: “Ümummilli Lider işinin çox olmasına baxmayaraq, daim bizimlə maraqlanırdı. 1994-cü ildə məktəbimiz 9 may qələbə bayramına hazırlaşırdı. Ağır günlər idi. Həm zabit və kursantların əhval-ruhiyyəsini yüksəltmək, həm də məktəbimizdə Ulu Öndərin səyləri nəticəsində məktəbin 1-ci bölüyünün şəxsi heyətinin siyahısına salınmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Generalı Həzi Aslanovun məktəbdə adını əbədiləşdirmək üçün müəyyən tədbirlər həyata keçirmək qərarına gəldim. Tərbiyəvi işlər üzrə rəis müavini olduğumdan bu işləri mən həyata keçirirdim. Müəyyən araşdırma apardım. Öyrəndim ki, Rəssamlar İttifaqında Həzi Aslanovun tuncdan hazırlanmış böyük bir büstü var. Bu işdə həmin vaxt Baş leytenant olan Rauf Nəcəfquliyevin də böyük xidməti olduğunu qeyd etməliyəm. Sonradan məlum oldu ki, həmin büst də məhz Ümummilli Liderin tapşırığı ilə Sovet vaxtı Azərbaycana rəhbərlik etdiyi illərdə hazırlanmağa başlanıb. Ulu Öndər Moskvaya getdiyindən, unudulub, təyinatı üzrə istifadə edilməmişdi. Rəssamlar İttifaqının bir küncündə saxlanılırdı. Rəssamlar Ittifaqının rəbərliyi ilə danışdım. Həmin büstü məktəbin həyətində qoymaq istədiyimizi bildirdim. Sağ olsunlar, razılaşdılar və təmənnasız heykəli məktəbə verdilər. Bundan əlavə məktəbdə bir otaqda Həzi Aslanovun xatirə müzeyi yaratdıq. 9 may Qələbə Gününə çox az vaxt qalmasına baxmayaraq həm muzeyi formalaşdırdıq, həm də heykəli məktəbin həyətində qoyduq. Açılış tədbiri təşkil edərək, Ulu Öndərə dəvətnamə göndərdik. Ümummilli liderimiz gərgin iş qrafikinə baxmayaraq, tədbirə qatılacağına dair xəbər göndərdi. 1994-cü ilin mayın 9-da səhər saat 10-da Ulu Öndər məktəbə gəldi. Heydər Əliyev cənabları ilə yanaşı bütün dövlət qurumlarının rəhbərləri və səfirlər də tədbirə qatıldılar. Ulu Öndər Həzi Aslanovun büstünün qarşısındakı lenti kəsdiyi zaman, mən büstün onun tapşırığı ilə hazırlandığını xatırlatdım. Ulu Öndərin yadına düşdü və bundan çox məmnun oldu. Sonra tədbir başladı. Tədbirin aparıcısı olaraq çox həyacanlı idim. Tədbiri necə başlayacağımı bilmirdim. Ümummilli Liderimiz bunu dərhal hiss etdi. Əlini çiynimə qoyaraq, “həyacanlanma, hər şey yaxşıdır, tədbiri başla”- dedi. Bu sözlər bütün həyacanımı götürdü. Mən o zaman bir daha başa düşdüm ki, Heydər Əliyev nə qədər müdrik, dahi, eyni zamanda bir o qədər də qayğıkeş insan idi. Ümummilli Liderimiz tədbirdəki çıxışında bütün dövlət qurumlarına hərbiçilərə, o cümlədən hərbi məktəblərə xüsusi diqqətlə yanaşmağı tapşırdı.


“Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyev cənablarının yanında durub tədbir keçirmişəm və məsləhətlərini dinləmişəm”.

Qurbanəli müliim daha sonra digər görüşlərdən danışdı:

“Vaxtının azlığına baxmayaraq, zabit və kursantlarla ayrıca görüşərək, onların problemləri ilə maraqlandı. Azərbaycanın müstqilliyinin və ərazi bütövlünün qorunmasında onların üzərinə böyük vəzifə düşdüyünü bildirdi. Ümummilli Liderimiz qeyd etdi ki, “müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir” deyərək, kursantlara mükəmməl hazırlaşmağı tövsiyyə etdi.

Eyni zamanda muzeydə oldu, tapşırıqlarını verdi. Məktəbə veteranları da dəvət etmişdik. Onları salamladı, problemləri ilə maraqlandı. Həmin görüş mənim xatirəmdə unudulmaz iz buraxdı. Mən bü gün də fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyev ilə şəxsən görüşmüş, onun məsləhətlərini dinləmişəm. Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən. Mən belə bir dahi insanla şəxsən görüşdüyüm üçün özümü xoşbəxt hesab edirəm. Bu cür dahi insanlar 100-200 ildə bir dəfə dünyaya gəlir. Biz xoşbəxt xalqıq ki, elə bir səxsiyət ölkəmizə rəhbərlik edib və dövlətimizi qısa müddətdə dünyaya tanıdıb. Məs Ulu Öndərin və onun davamçısı İlham Əliyevin sayəsində Azərbaycan müstəqilliyini möhkəmləndirdi, dünyanın sayılan dövlətlərindən birinə çevrildi”.


“Ulu öndərin ordu quruculuğu sahəsində rolu əvəzedilməzdir”.

Qurbanəli İsmayılov qeyd etdi ki, məhz Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirdi. 

Buna görə də, 2004-cü ildən möhtərəm Prezidentimiz İlham Əliyevin hərbiçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adının verilməsi haqda fərmanı bütün hərbiçilərin, xüsusən həmin məktəbə bağlı insanların böyük sevincinə səbəb oldu. Qurbanəli İsmayılov ümumiyyətlə, Ümummilli liderimiz Heydər Əliyevin müasir Azərbacanın, o cümlədən Azərbaycan ordusunun memarı olduğunu bildirir: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır. Ulu Öndərin bu sahədə də rolu əvəzedilməzdir.

Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən Ulu Öndər Heydər Əliyev ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Ümummilli liderimiz daim qeyd edirdi ki, danışıqların uğurla nəticələnməsi üçün ordumuzu daha da gücləndirməli, ölkəmizin müdafiə qüdrətini və hərbi potensialını daim artırmalıyıq. Elə buna görə də o, zabit kadrların hazırlığına xüsusi diqqət ayırır, bu məsələ ilə şəxsən maraqlanır, hər il hərbi məktəblərdə olurdu. Bu da onun nə qədər uzaqgörən bir Ali Baş Komandan olmasından xəbər verirdi”.


Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində Azərbaycan qüdrətli orduya malikdir

       Qurbanəli İsmayılov bildirdi ki, 2003-cü ildə Ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəlməsindən ordu quruculucu ilə bağlı işlər daha da gücləndirildi: “Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi qayğı, zabitlərin evlə təmin olunması, əmək haqlarının artırılması, yeni silahların alınması və bu kimi işlərin görülməsi danılmazdır.

Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, gücləndirilməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan qüdrətli orduya malikdir”. 


*  *  *

Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən”

 (2-ci hissə)

Xatırladaq ki, hələ bir müddət əvvəl Ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılov Ümummilli Lider Heydər Əliyevlə bağlı maraqlı xatirələr danışmışdı. Biz də müsahibimizin maraqlı xatirələrini qələmə alıb yazının birinci hissəsini oxuculara təqdim etmişdik. İndi isə məlumatların ictimaiyyətdə maraqla və böyük rəğbət hissi ilə qarşılandığını nəzərə alıb ikinci hissəsini təqdim edirik.

 “Məlumdur ki, hərbi kadrların hazırlanması hər bir dövlət üçün çox əhəmiyyətli bir məsələdir. Bu işdə isə hərbi məktəblərin çox böyük rolu var. Hər kəs bilrir ki, Azərbaycanda hərbi məktəblərin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1971-ci ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadırlar hazırlayan məktəb, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi litsey yaradıldı. Bundan əlavə Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olumuşdu.

Məhz Ulu Öndərin bu səyləri nəticəsində Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlandı. Azərbacanın Milli Ordusunun yaranmasında xidmətləri olan, eləcə də bu gün hərbidə xidmət edən əksər yüksək rütbəli zabitlər elə həmin məktəbdə təhsil alıblar”-deyə Ehtiyyatda olan polkovnik-leytenant maraqla bildirir. 


Ali Baş Komandan İlham Əliyev bəşər tarixinə Qarabağın xilaskarı kimi daxil oldu

“Yaxşı xatırlayıram, Polşa kommunist partiyasının yaranmasının il dönümü idi. Polşada SSSR-İ silahlı qüvvələrinin hərbi hissəsində zabit kimi xidmət edirdim. “Legnica” şəhərində o vaxtki ənənələrə görə Sovet ordusunun nümayəndələri və zabitləri naliyyətlərini göstərmək məqsədi ilə iş adamları ilə şəhərlərdə və kəndlərdə görüşlər keçirirdilər. Belə bir görüşə  mən də bir qrup zabitlə cəlb olunmuşdum. Tanış olduğum Polyak söhbət  zamanı bizdən harada anadan olduğumuzu soruşdu. Mən deyəndə ki, Azərbaycanlıyam  ora hardadı və təkrarladı “Armeniya”.  Dedim yox, milliyyətimn  azərbaycanlıdır, lakin anadan olmuşam Gürcüstanda. Polyak  dərhal sevinmiş halda dedi, ”Aaaa Qruzin, qruzin!!!” Mən çox təəccübləndim ki, Ermənistan, Gürcüstan hardadı bilir, amma, Azərbaycan hardadı bilmir.Təbii ki mənə çox təsir etdi.İllər keçdi....

  1985-ci ildə Polyakla aramızda olan söhbət yadımdan çıxmırdı, məni daima narahat edir, özümə yer tapa bilmirdim...

Birinci Qarabağ müharibəsi zamanı biz şahidi olduq ki, Azərbaycanın haqq səsi,  bizim dövlətə, xalqımıza qarşı olan haqsızlıqlar   dünya ictimayyəti tərəfindən eşidilmədi, torpaqlar işğal edildi, insanlar yurd-yuvalarından qovuldu və minlərlə insanlar öldürüldü və itkin düşdü. hətta Ermənistanda yaşayan soydaşlarımız, eyni zamanda da Azərbaycanın ərazisi olan Qarabağdan qovularaq qaçqın və məcburi köçkün oldular. Bütün dünya susdu. Ermənipərəst qüvvələr 30 il müddətində əlindən gələnləri etdilər ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsin. 

 2003-cü ildə Azərbaycana rəhbər seçilmiş Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini özünə ən böyük məqsəd kimi qəbul edərək fəaliyyətə başladı. 20 il ərzində görülən işlər göz qabağındadı. Mənim həyatımın ən xoşbəxt dəqiqələridir ki, 40 il əvvəl eşitdiyim “Azərbaycan haradadı” sözü mənə çox təsir etdiyinin əksinin çahidi oldum. Hazırda dünyanın bütün ölkələrinin şəhər və kəndlərində Azərbaycan sözü yaşlıların və gənçlərin, dövlət adamlarının, hərbçilərin və sadə insanların dillərində əzbərdir. 44 rəqəmi artıq hər kəsin fikrində və beynində Azərbaycan ordusunun  qəhramanlığını, Müzəffərliyini əks etdirir. İndi dünyada hər bir Azərbaycanlı alnı açıq, qürurlu və yenilməz olaraq başını dik tutur. Ermənilər isə hər yerdə başını aşağı dikir. 

Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad elədi. 

Həmçinin  BMT-nin 4 qətnaməsi olmağına baxmayaraq, bütün dünyanın gözləri kor, qulaqları   kar oldu.

 Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! “-deyə polkovnik -leytenant şirin-şirin qürurla danışır.


 “Azərbaycan haradadı kiməsə izah etməyə daha ehtiyac qalmadı. Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin oğlu olan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Prezident seçilməsinə səs verdim. Kim nə deyir desin, belə LİDERİN  ömürlük Prezident STATUSU qazanması onun gördüyü işlərin, uğurlu siyasətin və MÜZƏFFƏRLİYİNİN nəticəsidir. 

O, Azərbaycanın ən BÖYÜK MİLLİ QƏHRƏMANI, ÖMÜRLÜK LİDERİDİR. Dünya HƏRB tarixinə adını və imzasını qızıl hərflərlə yazmış LİDERDİR.”-kimi xatirələrini  ifadə edən müsahibimiz sözlərinə yekun vurur.


*  *  *


Qurbanəli İsmayılov:  “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” Ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılov sirləri açdı
 
Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə yazmışdıq.  Qurbanəli müəllim elə mətləblərdən danışır ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. Azərbaycanda Milli Ordunun formalaşmasından tutmuş, bu sahədə aparılan islahatlara qədər çox geniş danışan müsahibimiz o dövrdəki çətinliklərdən söz açır. Qurbanəli İsmayılovun 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxfi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətləri isə hər kəsin marağına səbəb olacağına əminik. Həmçinin bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanımaq fürsəti qazanacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimiz davam edir. Suallar maraqlı, cavablar isə hər kəsi şoka salacaq qədər həyəcanlı. 

 -Rusiyanın məxfi əməliyyat PLANININ qarşısı necə alındı?  

- HƏRBİ TƏYİNATLI təyyarələrin Azərbaycanda saxlanılmasında rolu olan BİR NEÇƏ NƏFƏRİN adlarını çəkə bilərəm. Adlarını çəkəcəyim zabitlərdən Vladimir Kravtsovu deyə bilərəm.   Həmçinin  Aleksandr Pleşanın da böyük rolu olub. Aleksandr Pleşan hərbi təyyarələrin ziyan görmədən ölkəmizdə qalmasının yollarını mənə izah edirdi.  Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. O, həmin alayın eskadrilya komandiri olmaqla yanaşı, eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşan sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu.  O, həm də Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasında mənə dəstək olub. Biz zabitlər öz aramızda qərar qəbul eləmişdik ki, dövlətimizin əleyhinə nə iş görsələr dərhal onun qarşısını alaq. Biz bunları yalnız məxfi formada etməliydik ki, məqsədimizə nail ola bilək. Və bunu da bacardıq. 

- Sovet hərbi rəhbərlərinin məxfi planları barədə kimləri məlumatlandırdınız?

-Qeyd edim ki, xidmət elədiyim Hərbi hissədə rəhbərlikdə təmsil oldunduğuma görə bəzi hallarda onların gizlin qərarlarından xəbər tuta bilirdim. Azərbaycanlı olduğum üçün məndən çox şeyi gizlədirdilər. Mən dərhal Rusiyanın məxfi planları barədə Azərbaycan müdafiə nazirliyinin Baş qərərgah rəisinə məlumat çatdırdım. Nə edəcəyimiz və hansı plan üzrə davam edəcəyimizi götür-qoy elədik. 

   Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirim ki, bu barədə hər kəslə ayrıca söhbət elədim. Bunu da onun üçün edirdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verib, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın...

  Qərar qəbul elədim ki, Bakıya gedim. O illərdə Azərbaycanın Müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım var idi. Tanışlığım əsasən tələbəçilikdən başlamışdı. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyi ilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim, polkovnik Mehman Səlimov məni Baş Qərargah rəisi Şahin Musayevin yanına apardı. Qeyd edim ki, Baş Qərərgah rəisinin müavini isə Səfər Əbiyev idi.  Baş Qərargah rəisi və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviç Bərşadlı ilə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
 Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla gizlədilən məlumatları əldə edə bilirdim. Həmin məlumatlarda Rusiyanın Dəllərdə olan hərbi təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığı qeyd olunurdu. 

Bildirim ki, ölkədə həmin vaxt güclü siyasi hakimiyyət formalaşmamışdı. Qarşudurma hökm sürürdü. Kənar qüvvələr siyasi qarşıdurmanın olmasından istifadə edib bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər şəxsləri, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olursa-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika və silah-sursat ölkədə saxlanılsın.

-Hərbi hissədə hansı qabaqlayıcı tədbirləri gördünüz?

-Bildirim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı, gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazım idi. 

AERODROMU İFLİC VƏZİYYƏTİNƏ SALA BİLMƏK ÜSÜN 5 QRUP YARATDIQ. 

Yaradığımız qruplardan bunun birinin rəhbəri kapitan Vahid Vəliyev oldu. O, yanacaq xidmətinin rəisi idi. Məxfi iş görə bilən bacarıqlı zabit idi. Lazım gəldikdə təyyarələri yanacaqsız qoymaq imkanı vardı. 
Böyük təcrübəsi, rabitə xidmətini yaxşı bilən baş gizir Surxay Xammədov ikinci qrupun rəhbəri oldu. O, rabitə xidmətinin rəhbərlik edirdi. Onun lazım gəldikdə aerodromdakı rabitəni sıradan çıxarmaq imkanı var idi. Onunla təkbətək söhbət etmişdik. Lazım gəldikdə bütün aerodromun rabitə sistemini iflic etsin. 
Kabel xidmətinin rəhbəri, gizir Şükür Həsənov da qruplardan birinə rəhbərlik edirdi. O, da bacarıqlı rabitəçi idi. Onun və gizir İlqar Xammədovun funksiyası ondan ibarət idi ki, aerodromda nə məxfi danışıqlar gedir, buna qulaq asıb, mənə məlumat versin. Çünki bu çox vacib idi.
Digər qrupun rəhbəri gizir Səfər Təhməzova tapşırılmışdı ki, lazım gəldikdə aerodromun elektrik sistemini sıradan çıxarsın. Zəyəm qəsəbəsində bizim elektrik yarımstansiyası var idi. Yarımstansiya aerodromu kabellər vasitəsi ilə elekriklə təmin edirdi. Lazım gəldikdə, həmin kabellərin harada və necə sıradan çıxarılması planlaşdırılmışdıq.
Elektrik kəsildiyi halda aerodromun işiqla təmin eləmək üçün dizel mühərriklər işə salınırdı. Bunu da nəzərə alaraq, həmin aqreqatları sıradan çıxarmaq üçün lazım gəldikdə onların mühərrik hissəsinə müdaxilə etməyi planlaşdırmışdıq. 
 Digər qrupa rəhbərliyi isə Yusif Məmmədov və Oqtay Sadıqov edirdi. Onlara tapşırıq verilmişdi ki, zamanı gələndə gələndə avtoparkdakı texnika ilə aerodromun uçuş zolağına daş, qum, şeben tökməklə təyyarələrin aparılmasının qarşısı alınsın. 

HƏDDA ,  PODPOLKOVNİK RAZİNKOV DEDİ Kİ, LAZIMI MƏLUMATLARI MƏN DƏ SİZƏ VERƏCƏM.

Bütün qruplar hazırlığa başladı. Xatırladım ki, hər il mart,aprel aylarında bizdə uçuş məşqləri keçirilirdi. Biz də artıq hazırlıqlarımızı görmüşdük. Hər dəfə bir qrupun hazırlığını yoxlayırdıq. Məsələn, mənim tapşırığımla, Zəyəmdən aerodroma çəkilən elektrik xətləri sıradan çıxarılırdı. Nəticədə uçuşlar təxirə düşürdü. Bunun səbəbini axtarıb tapana qədər saatlarla vaxt gedirdi və nəticədə alayda məşqlər keçirilmirdi. 
 Bəzi vaxtlar rabitə xidmətini pozaraq uçuşların qarşısını alırdıq və sair.
 İş o yerə çatmışdı ki, qarnizonun rəisi polkovnik Sinenko bununla əlaqədar bazanın komandiri olan podpolkovnik Razinkovu danlamışdı. Razinkov mənə narazılığını bildirdi ki, bilirəm bu işləri siz azərbaycanlılar edirsiz. Sənin də onlara təsirin var. O, dedi ki, düz edib hazırlıq görürsünüz. Mən də bu texnikanın Azərbaycana qalmasının haqlı olduğunu başa düşürəm. Lazım gələndə məlumatları mən də sizə verərəm. Ancaq xahiş edirəm təlim uçuşlarına mane olmayın. Çünki həm məni vəzifədən uzaqlaşdıra, həm də sizin plandan xəbər tuta bilərlər. 
Bundan sonra mən Vyaçeslav Viktoroviç Razinkovla çox yaxınlaşdım. Onun üçün tez-tez məclislər təşkil edib, lazımı məlumatları alırdım. Bu məlumatlar bizə çox dəyərli oldu.


(Ardı var)


Subut Mehdiyev

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELŞƏN QURBANOV (1982)

ELŞƏN QURBANOV (1982)

Başkeçid
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Polkovnik Salman Musayev (1959)

Polkovnik Salman Musayev (1959)

Bolus
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

Tarix
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Darvaz
Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında  ...

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında ...

İctimai elmlər, Tarix
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

MEDİA
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Qarabağ, Digər ali məktəblər
General-leytenant Heydər Piriyev (1959)

General-leytenant Heydər Piriyev (1959)

Qarabağ, "Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Təbriklər
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

"Şərqin səsi", Milli Məclis
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
Rəy yazın: