Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün... Hər martın 8-i qeyd olunan “Beynəlxalq qadınlar günü” yer üzündəki qadın cinsinə mənsub olan məfhumlara qarşı sevgi, nəzakət, məhəbbət tərənnümüdür. Dünyanın əksər ölkələri 8 martı “Qadınlar günü” kimi tanıyıb bayram edir.
Qadınların ilk mübarizəsi 1857-ci ilin 8 martında başladı. Fasilələrlə davam etdi bu mübarizə. Sonralar Klara Setkin adlı bir alman qadın Amerikada yandırılaraq öldürülən 129 qadının xatirəsinə 8 martın “Beynəlxalq qadınlar günü” olmasını təklif etdi. Təklif qəbul olundu və o vaxtdan bu vaxta 8 mart qadınların özlərini xoşbəxt, məğrur və qadın olduqlarına əmin olduqları yeganə gün kimi tarixə düşdü.
8 mart “Beynəlxalq qadınlar günü” ilk dəfə Romada bayram kimi qeyd olundu.
Artıq 8 mart Respublika səviyyəsində təntənəli şəkildə qeyd olunur.
Çöldə bayram, evdə isə.......

Qadın tanrının kişiyə əmanətidir. Allah əvvəlcə Adəmi, sonra Həvvanı yaradaraq onu Adəmə əmanət etdi.
Qadın zərif, incə, incə olduğu qədər də güclü, dözümlü, mübariz məxluqdur. Qadın hər gün sevilmək, sevmək, qayğı, hörmət gözləyir, bir gün deyil! Qadın hər gün qadın olmaq istəyir. Özünü hər an qadın hiss etmək istəyir. Məgər qadın çox şey arzulayır!?
Qadına ən böyük hədiyyə ona edilən hörmət, verilən dəyərdir. Bu dəyəri bir dəstə güllə, bir qutu ətirlə, və ya hansısa qızıl əşya ilə ölçməyin, əks cinslər!

Bir gün, yalnız və yalnız bir gün evlərində qadın olduğunu xatırlayan kişilər. O gün evindəki o canlıya insan kimi, şüurlu məxluq kimi, qadın kimi davranır. Elə o gün bəlkə də bir dəstə çiçək, və ya bir qutu ətirlə həmin o canlıya da qadın olduğunu xatırladır. Lakin qadın özünü mənən qadın hiss etməlidir. Hansısa kiçik bir hədiyyənin qarşılığında deyil.

İlin 364 günü mətbəxdə çömçə, yağlı qazanlar tutan o canlı bir gün əlində gül, ya da başqa bir hədiyyə tutur.
İlin 364 gününü qul, bir gününümü qadın olur bu canlı!?
Bəzi kişilər isə bu bircə günü belə çox görür evində saxlayıb əşyadan fərqləndirmədiyi, heyvandan artıq dəyər vermədiyi qadınına. Nə bayram, nə də “qadınlar günü”. Qadının da günümü olar!? “Qadının günü mətbəx və ev işləridir” fikrini əlində bayraq tutub, kalendarda qırmızı dairədə verilən 8 rəqəmindəki qırmızını görməzdən gəlir. “Qadın nökərdir, quldur” fikrinə əsaslanaraq, nökərin bayram etməsinin, nökərə ailə üzvü kimi davranılmağın yasaq olduğunu düşünür. Bu tək öz qadınına olan münasibətdə deyil, anasına olan münasibətdə, və ya qadın cinsinə mənsub olduğu üçün hər gün lənətlənən qız övladına olan münasibətdə də özünü göstərir. Ona həyat bəxş edən, 9 ay bətnində, sonra qollarında, qəlbində gəzdirən ana – o qadın da bir gözəl sözə, bir öpüşə, bir dəstə çiçəyə layiq görülmür. Qız övladı olduğu üçün atası tərəfindən əzizlənməyən, sevilməyən övlad, bayram günü də bir nəvazişə qayğıya möhtac qalır. Bəli, bu günü qəbul etməyən kişilər, və ya qəbul edib bircə gün evindəki qadınlara qadın kimi, canlı kimi davranan, 9 mart səhər saatlarından etibarən həyatına və yaşam tərzinə eyni yerdən və olduğu kimi davam edən kişilər var və bizim cəmiyyətimizdə mövcuddurlar. Əsl qadın olmaq üçün və səninlə hər gün qadın kimi davranılmaq üçün əks cinsin həmcinsinə istehza ilə “arvadsanmı?” deyib, düşüncəsində canlandırdığı o arvad kimi olmamaq lazım. Qadın olsaq da biz də canlıyıq, biz də insanıq. Qadın da düşünə bilir, sevinə, kədərlənə, hirslənə bilir.

Deməli qadın olmaq üçün kişilərin düşündükləri, xəyallarında canlandırdıqları gücsüz, qorxaq “arvad” olmaq gərəkmir.
Biz qadın olaraq güclü, məğrur olsaq, onlar bizi “arvad” kimi görməzlər, rişxəndlə deyib, xəyallarında canlandırdıqları “arvad” obrazını bu halda özləri oynamaq məcburiyyətində qalarlar. Güclü qadına söz deyə bilməyən kişiciklər məhz həmin zərif, zərif olduğu qədər də aslan olan qadının arxasınca arvad obrazını canlandırarlar.
Əziz qadınlar, gəlin bir gün deyil, hər günümüzü bayram kimi yaşayaq! Bəşəriyyətdəki bütün qadınların gülüb, sevinib bayram etməsi arzusu ilə bayramımız mübarək!


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
Qadin dedikdə nə basa düsürük?

Qadin dedikdə nə basa düsürük?

"Şərqin səsi", Publisistika, Borçalı
ƏZİZ XANIMLAR, BAYRAMINIZ MÜBARƏK!...

ƏZİZ XANIMLAR, BAYRAMINIZ MÜBARƏK!...

Təbriklər
AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçir ...

AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçir ...

AzTU
Qadin nə üçün təhsil almalıdır?..

Qadin nə üçün təhsil almalıdır?..

Borçalı, Köşə yazılar
AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU

"Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib

Biologiya və tibb elmləri
İlk azərbaycanlı qadın icra nümayəndəsi

İlk azərbaycanlı qadın icra nümayəndəsi

Bolus, Qarayazı, Təbriklər
Vüsalə QƏLƏNDƏRLİ: Qadın olmaq… ”Kadın olmak...”

Vüsalə QƏLƏNDƏRLİ: Qadın olmaq… ”Kadın olmak...”

Köşə yazılar, Publisistika
Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolus
Marneulidə Beynəlxalq Qadınlar Günü

Marneulidə Beynəlxalq Qadınlar Günü

Borçalı

"Rentgen qadın" Zərifə Mayılovanın nailiyyətləri və uğurları ilə bağlı vi ...

Tv
AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU, GVİİM
Fatma Yıldırım:

Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."

Milli Məclis, Qadın dünyası
AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU
Elida Muxayeva: Lüğətimizdə ÜMİD adlı bir söz var...

Elida Muxayeva: Lüğətimizdə ÜMİD adlı bir söz var...

Köşə yazılar
Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər

Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər

Borçalı
AzTU-da BAYRAM TƏDBİRİ

AzTU-da BAYRAM TƏDBİRİ

AzTU
Düşünməyə dəyər:

Düşünməyə dəyər: "Nədən boşanmış qadınlar, ya boşanmaq istəyən qadınlar in ...

"Elm və Təhsil", Köşə yazılar
Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Azərbaycan, Tarix
Rəy yazın: