Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Azərbaycan-Gürcüstan dostluğu nümunədir Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 12-də Tbilisidə Gürcüstan katolikosu II İlya ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən dini qurumlar arasındakı dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Bildirilib ki, Azərbaycan-Gürcüstan dostluğu nümunədir və heç bir qüvvə bu dostluğu sarsıda bilməz.

Katolikos II İlya ölkələrimiz arasındakı əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, gürcü xalqı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss edir. Azərbaycan şirkətlərinin Gürcüstanda gördüyü işləri yüksək qiymətləndirən II İlya deyib ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr xalqlarımızın daha da yaxınlaşmasına və rifah halının yaxşılaşmasına xidmət edir.

II İlya mədəni əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd edib.

Gürcüstanın dini lideri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə münasibətlərinin də yüksək səviyyədə olduğunu bildirib və deyib ki, bu cür münasibətlər digər sahələrdə də əlaqələrimizin inkişafına müsbət təsir göstərir. O, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Fuad Muradov göstərilən qonaqpərvərliyə və Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına söylədiyi xoş sözlərə görə katolikosa minnətdarlıq edib.

Bildirib ki, Azərbaycan Prezidenti Gürcüstan ilə əlaqələrə çox böyük önəm verir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Dövlət Komitəsinin sədri Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri layihələrin regionda və dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyini vurğulayıb.

F.Muradov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hər iki dövlətin ərazi bütövlüyünün pozulmasını təəssüf hissi ilə qeyd edib, Azərbaycan ilə Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.

Görüşdə iştirak edən SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yepiskop Şio, yepiskop Qerosimo və başqaları çıxış edib, iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Natiqlər ölkələrimiz arasında əlaqələrin digər sahələr üzrə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, münasibətlərin bundan sonra daha da genişləndiriləcəyinə əminliklərini ifadə ediblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər  ...

Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər ...

Tiflis, Diaspora
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Borçalı, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliye ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliye ...

Tiflis, Diaspora
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gəncə, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

Azərbaycan, Gürcüstan
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyə ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyə ...

Tiflis, Diaspora
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub,  ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub, ...

Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Qarayazı, Diaspora
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan, Tiflis, Diaspora
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP, Dünya
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

Əsas xəbər, Azərbaycan, Tiflis
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Rəy yazın: