Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib 2017-ci il Mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən ZiM.Az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə baxıblar.

Səfir Dursun Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, müasir Azərbaycan dövlətinin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır.
İstər sovetlər dövründə, istərsə də SSRİ-nin süqutundan sonra Ulu Öndərimiz Azərbaycanın inkişafı, beynəlxalq əlaqələrinin möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması istiqamətində mühüm işlər görüb.
Bu gün regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək Yolu layihələrinin də müəllifi Heydər Əliyevdir.


Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib
























Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilibTbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin formalaşmasında və inkişafında misilsiz xidmətlərini qeyd edib.

Sonra tədbirdə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri, deputat Ruslan Hacıyev, Kvemo Kartli bölgəsinin qubernatorunun birinci müavini Kaxaber Quqebaşvili, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun necə müdrik siyasi və dövlət xadimi olduğunu qeyd edib, Gürcüstan ilə bağlı həyata keçirdiyi tədbirlərdən və bu ölkədən keçən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Ulu Öndərin müəllifi olduğu layihələr gələcək nəslin daha sağlam, problemsiz, sülh şəraitində yaşamaları üçün möhkəm zəmin yaradıb.

Çıxışlarda Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyi xüsusi vurğulanaraq bildirilib ki, bunun nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü iştirak edib.

Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib Sonra tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın
“Şərəf” və “Şöhrət” ordeni kavaleri Şahismayıl Şəmmədoğlu
nun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib.

Bildirilib ki, Tbilisidə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində işıqüzü görmüş kitabın ikinci nəşri iki dildə - Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub.

Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov“Gürcüstan” qəzetinin redaktoru, Gürcüstanın Əməkdar jurnalisti İslam Əliyevin redaktəsi ilə nəşr olunan kitabda müəllifin - Gürcüstanın Əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatında dərc olunan, eləcə də Azərbaycan və Gürcüstan televiziyalarında səslənən yazıları toplanıb.

Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə də onun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuya çatdırılır.

Qeyd edək ki, mayın 10-da səfirliyin və konsulluğun, hərbi attaşe aparatının əməkdaşları, Gürcüstandakı Azərbaycan şirkətlərinin nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında və Rustavi şəhərində Ulu Öndərin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.

P.S.: Yaxın zamanlarda kitab haqqında oxucularımıza ətraflı məlumat dərc edəcəyik.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Qarayazı
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ...

Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ...

Tiflis, Rustavi, Borçalı
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliye ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliye ...

Tiflis, Diaspora
Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman  ...

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman ...

Tiflis, İdman
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Qabal
AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

MEDİA
AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

Əsas xəbər, AzTU
AzTU-da ulu öndərin xatirəsi anılıb

AzTU-da ulu öndərin xatirəsi anılıb

AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

Humanitar elmlər, Digər bölmələr
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Tiflis
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
Rəy yazın: