Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keçirilib

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keçirilib Tbilisidə tanınmış jurnalist və ictimai xadim,
Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktoru və Gürcüstanda Azərbaycan dilində yayımlanan radio verilişlərinin diktoru
Ələddin Həsənovun
xatirəsi anılıb.


Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbiri muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva açaraq hər iki xalqı milli bayram – Respublika Günü münasibətilə təbrik edib.

Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Əflatun Amaşov
çıxış edərək, Azərbaycan-Gürcüstan dostluğundan danışıb, əlaqələrimizin möhkəmlənməsində, mədəniyyətimizin inkişafında jurnalistlərin və mədəniyyət işçilərinin rolunu xüsusi qeyd edib. Bildirib ki, vaxtilə Tbilisidə yaşayıb-yaratmış Azərbaycanın xalq artistləri Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın Xalq Artisti İbrahim İsfahanlı və başqaları kimi şəxsiyyətlər teatra öz töhfələrini veriblər.
Onların sırasına bu gün xatirəsi ehtiramla anılan Ələddin Həsənovun adı daxil edilməlidir. Ə.Həsənov Gürcüstan radiosunda çalışdığı (1967-2002) 35 il ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, mədəniyyətimizin inkişafı istiqamətində çoxlu işlər görüb. Onun hazırladığı reportajlarda xalqlarımız arasındakı dostluğun tərənnümü birinci yerdə olub.
Bildirilib ki, Ə.Həsənov 2002-2004-cü illərdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının direktoru olub. O, bu illər ərzində Azərbaycan teatr mədəniyyətinin, incəsənətinin inkişafında da mühüm işlər görüb.

Sonra qocaman jurnalist, yazıçı-tərcüməçi Emin Elsevər, ART televiziyasının direktoru Tengiz Txilava, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə və başqaları çıxış edib, Ələddin Həsənovun yaradıcılığından, həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.

Rizvan Həsənov atasının xatirəsinin əziz tutduqlarına və anım tədbirini keçirdiklərinə görə
təşkilatçılara minnətdarlıq edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.

ZiM.Az
28 may, 2017



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

MEDİA, Tiflis, Borçalı
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Tiflis, Diaspora
Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib

Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib

M.F.Axundzadə adına Muzey, Tiflis, Qarayazı
Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

Borçalı, Başkeçid
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Əflatun Amaşov Gürcüstanda səfərdə olub

MEDİA, Gürcüstan, Tiflis, Borçalı
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

---
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Mədəniyyət, MEDİA, Borçalı
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
Rəy yazın: