QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB TƏBRİK EDİRİK!..

Bu günlərdə Barselonada baş tutan Kiokuşin Karate IKO – MATSUŞIMA Avropa Kuboku uğrunda yarışlarda Qardabanidə yaşayan soydaşımız - karate növü üzrə idmançı Kəmalə Məmmədova qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.

ZİM.Az-ın Gürcüstandakı xüsusi müxbiri Nizami Məmmədzadənin məlumatına görə, K.Məmmədova öncə Ukrayna idmançısı ilə döyüşdə rəqibini nakauta salaraq mübarizəni qələbə ilə başa çatdırıb. Sonda azərbaycanlı idmançı K.Məmmədova 55 kq çəki dərəcəsində final yarışmasının həlledici döyüşündə İspan idmançısı ilə qarşılaşıb və idmanın karate növü üzrə mübarizədə qızıl medala layiq görülərək Avropa çempionu tituluna sahib olub.

Kəmalə Məmmədova Gürcüstan ali məktəbinin tələbəsidir. 24 yaşı var və Qardabaninin Aşağı Kəpənəkçi kəndində yaşayır. K.Məmmədova Gürcüstan çempionu olub, dəfələrlə beynəlxalq idman turnirlərinin qalibi, 2005-ci ildə Varşavada keçirilən Avropa çempionatında final iştirakçısı kimi tədbirdə fəal idmançı olub.

Qeyd edək ki, Avropa çempionu adını qazanan K.Məmmədovanı Gürcüstan Kiokişin Karate Federasiyasının rəhbəri Nodar Kvantçiani təbrik edib və ona daha böyük uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, K.Məmmədovanın Barselonada baş tutan Kiokuşin Karate IKO – MATSUŞIMA Avropa Kuboku uğrunda yarışmaya qatılması Gürcüstan parlamentinin Qardabanidən seçilən majoritar deputatı Savalan Mirzəyevin dəstəyi ilə həyata keçirilib.

24 yaşlı idmançı K.Məmmədovanın atası Hacırəhim Məmmədov ZiM.Az-a açıqlamasında qızına dəstək olan Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevə təşəkkürünü bildirib:

“Biz qızım Kəmalənin Barselonada təşkil olunan Kiokuşin Karate IKO – MATSUŞIMA Avropa Kuboku uğrunda yarışlara getmək üçün maliyyə köməyi tapa bilmədikdə Qardabanidən parlamentə majoritar deputat seçilmiş Savalan Mirzəyevə müraciət etdik. O, dərhal bu işə razılıq verdi və qızıma lazımi dəstək oldu. Mən qızımın qələbə qazanmasında dəstəyi olan insanlara böyük minnətdarlığımı bildirirəm. Hazırda qızım Barselonadadır, sabah yox, birisi gün biz onu Tiflis aeroportunda təntənəli şəraitdə qarşılayacağıq,”
- H.Məmmədov
vurğulayıb.


REDAKSİYADAN:

Biz də Avropa çempionu adına layiq görülən gənc soydaşımız Kəmalə Məmmədovanı ürəkdən təbrik edir və ona yeni-yeni qələbələr, yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI
ZİM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Tiflis, Borçalı
Tələbə-rektor ilin idmançısı seçildi

Tələbə-rektor ilin idmançısı seçildi

AzTU, İdman
Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

AzTU, İdman
HƏLƏ FƏTH EDİLMƏLİ ÇOX ZİRVƏLƏR VAR

HƏLƏ FƏTH EDİLMƏLİ ÇOX ZİRVƏLƏR VAR

Bolus, İdman
İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

Başkeçid, İdman
Elquca Berişvili:

Elquca Berişvili: "Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb ...

İdman, Tiflis
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı dünya çempionu tituluna layiq görüld ...

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı dünya çempionu tituluna layiq görüld ...

İdman
AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU, İdman
AzTU-nun tələbəsi Avrasiya çempionu oldu

AzTU-nun tələbəsi Avrasiya çempionu oldu

AzTU, İdman
DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

Başkeçid, İdman, Təbriklər
GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

Darvaz, İdman, Rusiya
Kişilər arasında yeni Azərbaycan çempionunun adı bəlli olub

Kişilər arasında yeni Azərbaycan çempionunun adı bəlli olub

Naxçıvan, İdman
Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Gəncə, İdman
BİZ ONLARLA FƏXR EDİRİK!

BİZ ONLARLA FƏXR EDİRİK!

Başkeçid, İdman
Təbrik edirik, Etibar Namazov!..

Təbrik edirik, Etibar Namazov!..

Bolus, İdman, Təbriklər
Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub

Marneulidə yeni “QAFQAZ” otelinin açılışı olub

Borçalı, Darvaz
18 MƏŞHURUN DİLİNDƏN “MƏN AZƏRBAYCANAM” HAYQIRTISI – VİDEO - FOTOSESSİYA

18 MƏŞHURUN DİLİNDƏN “MƏN AZƏRBAYCANAM” HAYQIRTISI – VİDEO - FOTOSESSİYA

Qarabağ, Mədəniyyət, Şou
Marneulidə boks üzrə çempionat keçirilib

Marneulidə boks üzrə çempionat keçirilib

Borçalı, İdman
Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli ...

Qarayazı, QHT
Mərziyə Nəcəfova

Mərziyə Nəcəfova "Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalı ilə təltif edi ...

Humanitar elmlər, Təbriklər
Rəy yazın: