Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavini təyin edilib... Qarayazı, Təbriklər, Rusiya, Diaspora 25 января 5395 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!.. Həmyerlimiz Fərhad Astan oğlu Səmədov Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov - 1959-cu il aprelin 23-də qədim Qarayazıda - indiki Gürcüstanın Qardabani rayonunda anadan olub. 1982-ci ildə Moskvada V.V.Kuybışev adına Mühəndis-İnşaat İnstitutunu əla qiymətlərlə bitirib.Fərhad Səmədov əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində işləyib, sonra Azərbaycan Sənaye Tikinti Nazirliyində çalışıb.F.Səmədov 1985-1994-cü illərdə Moskvada V.A.Kuçerenko adına Mərkəzi Elmi-Tədqiqat və Layihə-Eksperimentalİnşaat Konstruksiyaları və Qurğuları İnstitutu işləyib. O, eyni zamanda, həmin institutun aspiranturasında təhsil alıb,1988-ci ildə müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb. O, monoqrafiyaların və Rusiyanın ixtisaslaşmış nəşrlərində dərc edilən elmi işlərin müəllifidir.1994-1998-ci illərdə Moskvada “Eksimer” Elm-istehsalat müəssisəsində baş direktorun müavini, “Petrotek-Holdinq” ASC-nin birinci vitse-prezidenti olub. 2000-ci illərin əvvəllərindən başlayaraq Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-də çalışıb, əvvəlcə baş direktorunun iqtisadiyyat və maliyyə üzrə müavini, sonra isə baş direktoru işləyib. 2005-ci ildə Sterlitamak şəhərində “Soda” ASC-yə rəhbərlik edib.F.Səmədov 2004-cü ildə “Professional” Beynəlxalq Proqramlar Komitəsinin “İdarəetmədə qüsursuz işgüzar reputasiya və çevikliyə görə” mükafatına, Rusiya-İsveçrə biznes klubunun “Qüsursuz işgüzar reputasiyaya görə” qızıl medalına, “Milli şöhrət” ordeninə layiq görülüb.2005-ci ildə “Luçşiye lyudi Rossii” ensiklopediyasının ictimai-konsultasiya şurasının təqdimatı ilə F.Səmədov “Böyük Rusiyanın çiçəklənməsi və inkişafı naminə cəmiyyətin qüvvələrinin konsolidasiyası işinə böyük töhfəsinə görə” diplomu ilə təltif edilib. 2008-2009-cu illərdə “Başkirskaya ximiya” ASC-nin direktorlar şurasının sədri, baş direktorun müşaviri işləyib. 2010-2012-ci illərdə “Başneft” Səhmdar Neft Şirkəti ASCnin direktorlar şurası sədrinin müşaviri olub. 2012-ci ilin fevralında “Başneft” Səhmdar Neft Şirkəti ASC-nin neft-kimya departamentinin direktoru təyin olunub.Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov 2015-ci ilin fevralından Baş nazirin müavini təyin edilənə qədər isə “Birləşmiş neft-kimya şirkəti” ASC-nin prezidenti olub və “Ufaorqsintez” ASC-nin baş direktorunun vəzifələrini icra edib.Biz də - dəyərli soydaşımız, çox hörmətli Fərhad Astan oğlu Səmədovu Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunması münasibətilə şəxsən öz adımdan, eləcə də ZiM.Az-ın Yaradıcı Heyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.