Xalq artisti Zülfüqar Abbasov (1940)

Xalq artisti Zülfüqar Abbasov (1940) BİR ULDUZ PARLAYIR, HƏR SƏHƏR-AXŞAM,
NUR-ŞƏFƏQ ÇİLƏYİR, HƏR GÜN MÖHTƏŞƏM...

Bu günlərdə Borçalı yurdunun mərd oğlu, Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasovla görüşdüm və təəsüratlarımı bölüşürəm.
Zülfüqar müəllim uzun müddət Mingəçevir şəhərində işləmiş,
şəhərimizin sevimlsi olmuş və hamımızın dərin hörmətini qazanmışdır.


Zülfüqar Qulu oğlu Abbasov 1940-cı ilin may ayında qədim Borçalı mahalənda anadan olub. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb.

Zülfüqar Abbasov orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsiniBakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt Zülfüqar Abbasova müəllimləri - böyük sənətkar Mehdi Məmmədov, Rza Sarabski, Muxlis Qənizadə və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir şəhər Məziyə Davudova adına Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktorbədii rəhbər kimi çalışıb.

Bu teatrların inkişafı üçün əvəzsiz işlər görüb. 2008-ci ildən təqaüddədir. Paralel olaraq beş il “El” TY-də maraqlı verlişlər - “Fatehlər” və “Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və aparıcı kimi işləyib. 200-dən çox səhnə əsərinə quruluş verib. 100-ə yaxın ictimai-mədəni-siyasi tamaşaların müəllifi və rejissoru olub.

2000-ci ildə Ümummilli lider H.Əliyev tərəfindən teatr rejissorları arasında ikinci şəxs kimi birbaşa Xalq artisti adına layiq görülüb...
Bundan sonra ona qarşı zərbələr başlanıb, bədnam insanların layiqsiz hücümuna məruz qalıb. Bu təzyiqlər işdən çıxarılmağına qədər davam edib. Altı əsəri Mingəçevir və Qazax teatrında tamaşaya qoyulub. Xeyli sayda yetirmələri var. Fəal ictimaiyyətçidir.

Möhtəşəm prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına və “Prezidentin fəxri” diplomuna layiq görülüb. Saysız müraciətlərinə baxmayaraq onun adı Prezidentə “Fərdi təqaud” üçün təqdim edilməyib. Özünü “Haqsız zülmə məhkum edilmiş” adam adlandırır. İqtisadi vəziyyəti çox ağırdlr. Aldığı adi təqaüd müalicə olunmağına sərf olunur.

Onun hazırladığı “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Vaqif” (S.Vurğun), “Evlənmə”(N.Qoqol), ”Eşq və intiqam” (S.S.Axundov), “Təcili teleqram” (İ.Hüseynov), “Vətən dərdi” (Z.Abbasov) və digər onlarla tamaşası teatrsevərlər tərəfindən yüksək qiymətləndirilib. Dəfələrlə Respublika müsabiqələrinin mükafatçısıdır. Millət və vətənsevərdir. Dərdi-Qarabağın qaytarılmasıdır. Mətbuatda daim yazıları çap olunub. 1982-ci ildə Akademik Zərifə Əliyevanın elmi-tibbi monoqrafiyasına həsr etdiyi “Anda xəyanət” tamaşası indi də tamaşaçılar tərəfindən yad edilir. Zülfüqar Abbasov sevinir ki, teatrda böyük uğurlar qazanan aktyorlar- Mingəçevir teatrından Neftun Tağıyev, Vaqif Məmmədov, Mirbaba Xalilova, Akif Mirabov, Afət Əliyeva, Vaqit Kərimov, Asim Məmmədov, Şıxı Yaqubov, Hüseyn Mustafayev, İlqar İbrahimov, Əməkdar rəssam Rəfael İmamverdiyev, rəssam Yusif İmamverdiyev, Qazax teatrından-Saqif İskəndərov, Hacı Hacıyev, İlqar Hacıəliyev bə başqaları mənim yetirmələrimdir.

Hazırda ədalətsizliyə məruz qalan insanlar kimi yaşayır. Həyata keçirə bilmədiyi bədii yaşantılarını ovucunun içinə alıb oxşayır. Ara-sıra fikirlərini yazir və sonra cırib atır...

Hörmətli ziyalımız Zülfüqar müəllim, Sizə sağlam həyat arzulayırıq!..


Ənvər Durucali Əlifov
Mingəçevir 10 dekabr 2019-cü il

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
Teatr tariximizdən: Abbas Qurbanov

Teatr tariximizdən: Abbas Qurbanov

Mədəniyyət, Tiflis
“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

"Zirvə"
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Rəsmi Xəbərlər

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
İNCƏSƏNƏT VƏ  ƏDƏBİYYAT ADAMI - AĞALAR İDRİSOĞLU (Esse)

İNCƏSƏNƏT VƏ ƏDƏBİYYAT ADAMI - AĞALAR İDRİSOĞLU (Esse)

Sumqayıt
Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

"Varlıq", Tiflis
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
Darvazlı VƏLİ ABBASOV vəfat edib

Darvazlı VƏLİ ABBASOV vəfat edib

Darvaz, Nekroloqlar
Təbrik edirik, POLAD BÜLBÜLOĞLU!..

Təbrik edirik, POLAD BÜLBÜLOĞLU!..

Mədəniyyət, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

Bolus, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Bolus
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Mədəniyyət, Tiflis, Tarix, Müşfiq Borçalı
RUHUN ŞAD OLSUN, ƏZİZ DOST – ÇOX HÖRMƏTLİ ZİYA ABBASOV!..

RUHUN ŞAD OLSUN, ƏZİZ DOST – ÇOX HÖRMƏTLİ ZİYA ABBASOV!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

Elm, Digər bölmələr
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun MƏZUNLARI, AzTU
QAZİ NAMİQ ABBASOV

QAZİ NAMİQ ABBASOV

Qarabağ
Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Mədəniyyət, Bolus
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Rəy yazın: