“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib Gürcüstanda yaşayan soydaşlarımıza
ağır itgi üz verib...


ZiM.Az-ın Gürcüstan bürosunun
Tiflisdən verdiyi məlumata görə,

Gürcüstanda 1921-ci ildən Azərbaycan dilində mərkəzi mətbuat orqanı kimi nəşr olunan "Gürcüstan" qəzetinin redaktor müavini,
Əməkdar Jurnalist Elman Kələyev
2018-ci il noyabrn 15-də vəfat edib.


Elman Hüseyn oğlu Kələyev - 1949-ci il oktyabrın 20-də qədim Borçalı mahalının Sarvan kəndində (indiki Gürcüstanın Marneuli şəhərində) qulluqçu ailəsində anadan olub.
1957-ci ildə Marneuli şəhərindəki 2 nömrəli Azərbaycan orta məktəbinin birinci sinfinə gedib
və 1967-ci ildə həmin məktəbi bitirib.
Orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Azərbaycan Politexnik İnstitutunun avtomobil yollarının istismarı fakültəsinə daxil olub və
üçüncü kursadan sonra təhsilini dayandıraraq Gürcüstana qayıdıb.
O, 1970-ci ildə Tiflisdəki A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun pedaqoqika fakültəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.

Elman Kələyev institutdan sonra hələ tələbə ikən müntəzəm əlaqə saxladığı Tiflisdə nəşr olunan
“Sovet Gürcüstanı” qəzetində ştatdankənar müxbir vəzifəsində çalışıb.
1974-cü ilin noyabr ayından ali təhsilli mütəxəssis kimi Odessa şəhərində hərbi xidmətdə olub.
Hərbi xidmətdən tərxis edildikdən sonra yenidən “Sovet Gürcüstanı” qəzetində fəaliyyətini davam etdirib.
1979-cu ilin mayın 15-də “Sovet Gürcüstanı” qəzetinin ştatdankənar şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
1980-ci il sentyabrın 1-dən 1982-ci il iyunun 31-dək Bakı Ali Partiya Məktəbində təhsil alıb.
Həmin il yenidən “Sovet Gürcüstanı” qəzetində müxbir vəzifəsində çalışıb.
1984-cü il mayın 4-də baş müxbir, 1989-cu il fevralın 4-də redaksiyanın kənd təsərrüfatı şöbəsinin müdiri
təyin olunub və redaksiya heyətinin üzvü seçilib.
1991-ci il oktyabrın 10-da “Gürcüstan” (keçmiş "Sovet Gürcüstanı") qəzetinin məsul katibi təyin edilib.
2014-cü ilin noyabr ayından isə redaktor müavini vəzifəsində çalışırdı.

1974-cu ildən indiyədək "Gürcüstan" qəzetində müxtəlif vəzifələrdə çalışan Elman Kələyev Azərbaycan dilində çıxan bir neçə ədəbi-bədii və lüğət kitablarının redaktoru olub və “Gürcüstan Konstitusiyası”, seçki haqqında məcəllələri və müxtəlif nəşrləri redaktə edib.

O, Gürcüstanda nəşr olunan “Əhli-Beyt” jurnalının baş redaktoru olub,
Türkiyənin "Anadollu" agentliyinin Gürcüstan təmsilçiliyində çalışıb.
2005-ci ildən APA-nın (Azəri-Press Agentliyinin) Gürcüstan bürosunun əməkdaşı vəzifəsində çalışıb.
Jurnalistika sahəsində çalışarkən Elman Kələyev Gürcüstanın və Azərbaycanın bir sıra mərkəzi qəzet və
jurnallarında, radio verilişlərində, eləcə də Moskvada nəşr edilən “Panorama Azerbaycana” qəzetində
müxtəlif səpgili yazılarla müntəzəm çıxış edib.

1978-ci ildən 1990-cı ilədək Sovet hökuməti dağılanadək SSRİ Jurnalistlər İttifaqının üzvü olan
Elman Kələyev Gürcüstan müstəqillik əldə etdikdən sonra isə Gürcüstan Jurnalistlər Birliyinin üzü
və birliyin yeddinci qurultayının nümayəndəsi seçilib.

Elman Kələyev mətbuat sahəsində səmərəli fəaliyyət göstərdiyinə görə,
Gürcüstan prezidentinin 1997-ci il 16 oktyabr tarixli fərmanı ilə
“Şərəf” medalına və digər mükafatlara layiq görülüb.

2015-ci il mayın 12-də Gürcüstanda nəşr olunan azərbaycandilli
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Hüseyn oğlu Kələyev
Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə
“Əməkdar Jurnalist” adına layiq görülüb.

Biz də Gürcüstanda şərəfli bir ömür yaşamış dəyərli soydaşımız,
Gürcüstanda Azərbaycan mətbuatının inkişafında
əvəzsiz xidmətləri olan əziz eloğlumuz,
xalqımızın sevimli ziyalısı, tanınmış ictimai xadim,
“Gürcüstan” qəzetinin redaktor müavini,
çox hörmətli qələm dostumuz,
Əməkdar jurnalist Elman Kələyevin
vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə,
yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir
və bildirirk ki,Elman Kələyevin əziz xatirəsi
onu tanıyanların qəlbində daim və əbədi olaraq
hər zaman yaşayacaq...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..



Müşfiq BORÇALI.
ZiM.Az



P.S.: Qeyd: Elman Kələyev noyabrın 17-də Marneulidə torpağa tapşırılacaq.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

"Gürcüstan", Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970)

Darvaz
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

"Gürcüstan"
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

"Gürcüstan", MEDİA
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
RZA ŞAHVƏLƏD (1909-1984)

RZA ŞAHVƏLƏD (1909-1984)

"Şərqin səsi", Tiflis
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər

"YENİ YOL" qəzetinə uğurlar arzulayırıq!..

"Yeni yol", Tv, Qarayazı
XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

Regionlar
ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

Əsas xəbər, MEDİA, Bolus, Təbriklər
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
Rəy yazın: