Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az... Qəlbimizin ən yaralı yerlərindən olan
qədim Borçalı elinin fədakar oğlu,
tanınmış tədqiqatçı-filoloq
Müşfiq Boraçalı
nın qələmə aldığı
“Çağdaş Borçalı ədəbi məktəbi”,
"Gürcüstanda Azərbaycan mətbuatı", “M.P.Vaqif və Gürcüstan”, “Borçalı aşıqları”, "Borçalı şəhidləri", "Borçalı ulduzları", "Borçalı həkimləri", “Borçalıda Dədə Qorqud izləri”, “D.Kərəmin poeziya dünyası”, "Şairlər Dünyanın söz Allahıdır!..", “Mayqa Mətin", "Mədəd Coşğunun yaradıcılığında ğzünəməxsusluq", "Butalar Butası Səadət Buta",
3 cildlik "Sazlı-Sözlü Başkeçid"

və adını çəkmədiyimiz digər kitabları
ədəbi-elmi ictimaiyyəti və eləcə də
geniş oxucu kütləsini nə qədər qatı açılmamış məsələlərdən agah etmişdir.

Müşfiq Borçalı artıq 25 ildən çoxdur ki, azərbaycanlı soydaşlarına Borçalının dünənindən, bu günündən danışır, başımızın Qarabağ dərdinə qarışdığı bu son onillərdə yaddaşlarımızda bu qədim türk yurdunun obrazını yenidən canlandırır.
Sanki Borçalı elinin bu qeyrətli oğlunun bütün fəaliyyəti, bütün enerjisi tarixi haqqı tapdalanmış Borçalı elinin səsini aləmə car çəkmək, onunla bağlı həqiqətləri çatdırmaqdır.
Əlbəttə, bu şərəfli işdə o bir söz adamı kimi qələminə güvənir, sözünə arxalanır. Sanki onun sözü, onun qələmi Borçalıya yağı kəsilənlərə qarşı müharibə elan etmişdir.
Borçalı məhəbbətini ürəyində daşıyıb, kədərini qələmində ifadə edən Müşfiq Boraçalının hər kitabı bu savaşda növbəti qələbəsidir.

Bu tədqiqatın yaşı az... Müəllifin haqqında söhbət açmaq istədiyimiz növbəti yeni kitabı isə “Bu dostluğun yaşı çox...” adlanır. 2014-cü ildə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin cədri, tanınmış jurnalist Nizami Məmmədzadənin təqdimatı əsasında Tbilisidə nəfis şəkildə çap olunaraq oxuculara təqdim olunan bu kitab Azərabaycan və gürcü xalqları arasında minilliklər yol gəlmiş təməli möhkəm dostluğun xalqlarımıza qazandırdığı ədəbi əlaqələrin öyrənilməsinə həsr olunub.

Vətənimiz Azərbaycanla Gürcüstan yaşı bəlli olmayan bir qonşuluq tarixinə malikdir.
Planetimizin ən səfalı güşələrindən olan qoca Qafqazın doğma, əzəli, əbədi sakinləri Azərbaycan və Gürcüstan!
Çoxəsrlik yaddaşına ağrılı-acılı günlər yazılan, tarixin min cür kəşməkəşlərindən keçən bu diyarları ayıran sərhədlərlə yanaşı birləşdirən bir ad da var: Qafqazlı! Bu adı birlikdə bölüşən xalqlarımız arasında əsrlərdir qırılmayan, zədələnməyən bir ünsiyyət vardır ki, o, bədii sözün gücü ilə daha da möhkəmlənmişdir. Özü də bu qarşılıqllı şəkildə baş vermişdir. Azərbaycan ədibləri gürcü həyatına müraciət etdikləri kimi, gürcü ədibləri də Azərbaycan həyatına müraciət etmişlər. Bu tipli mürciətlərə yalnız son dövrlər deyil, qədim və orta əsrlər ədəbiyyatında da rast gəlmək mümkündür.

Azərbaycan və gürcü xalqları arasındakı ədəbi əlaqənin yaşı çox olsa da, onun öyrənilməsi hələ çox cavandır, demək olar ki, son onilliklərin ədəbi hadisəsidir. Bu hadisənin başlanğıcını, özülünü başqa yerdə axtarsaq da, ana xəttini yorulmaz tədqiqatçı, publisist Müşfiq Mədəd oğlu Borçalının yaradıcılığında axtarmalıyıq.
O, özünün fəaliyyətinin əsas istiqmətini bu sahə üzərində qurmuş, onun qələmi, tədqiqatları Azərbaycan oxucusu üçün maraqlı olduğu qədər də qaranlıq olan bu mühiti aydınlatmağa çalışmışdır.
Artıq onun neçə-neçə kitabı, çoxsaylı məqalələri bu yolda yanan ən parlaq çıraqlardır.

Onun yaradıcılığını mütəmaadi izləsəm də, haqqında söhbət açacağım kitabla - “Bu dostluğun yaşı çox...” la tanışlığım təsadüfi oldu, ancaq təəssüratlarım ötəri olmadı. Odur ki, bu təəssüratları yalnız qəlbimdə daşımaq deyil, həm də oxucularla bölüşmək qərarına gəldim. İlk əvvəl onu deyim ki, hər kəsi bu kitabın oxucusu olmağa dəvət edirəm. Bu təqdirdə sizin kitab haqqında təəssüratlarınız bütövləşə və qatı açılmamış bir çox məsələlərdən hali ola bilərsiniz.

Kitab filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının redaktorluğu, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin rəyləri ilə çıxmışdır. Ön söz müəllifi Azərabaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, “Abdulla Şaiq” və “Qızıl qələm” mükafatları laureatı Aysəba xanım Əlizadədir.

Əsər ümumi bir predmet - Azərabaycan-gürcü ədəbi əlaqələri ətrafında tədqiqat işidir. Ancaq tədqiqat bir neçə istiqamətdə getdiyindən o,“Bu dostluğun yaşı çox...” (Azərabaycan-gürcü ədəbi əlaqələri tarixi inkişaf prosesində), “Gürcüstanda yaşayıb-yaradan soydaşlarımızın yaradıcılığında bədii tərcümə və ədəbi əlaqələr (1950-2014)”, “M.P.Vaqif və Gürcüstan”, “Səməd Vurğun və Gürcüstan” başlıqlarına bölünmüşdür.

Məxsusi predmetə malik bu başlıqları birləşdirən ümumi bir xüsuiyyət vardır: fakta əsaslanmaq, təhlillərdə faktdan çıxış etmək. Müəllif təhlillərində fakta diqqətlə yanaşır, onu ən kiçik detallarına qədər incələməyə çalışır və sonda ortaya bitkin bir nəticə qoyur.
Adında olduğu kimi həmişə qəlbində də Borçalı sevgisini daşıyan bu fədakar tədqiqatçının “Bu dostluğun yaşı çox...” kitabına daxil olan araşdırmalarında fakt, onun təhlili əsas diqqət mərkəzində dayansa da, yurd, vətən sevgisi, milli təəssübkeşlik də kənarda qalmır. Sanki onun üçün haqqında danışdığı predmet ona görə əzizdir ki, burda milli heysiyyətimiz dinir.

Ümumiyyətlə, Müşfiq Borçalının bütün yaradıcılığında müşahidə etdiyim bir cəhətə burda da rast gəldim.
Onun Borçalı sevgisi ümumtürk sevgisinə qarışır, Borçalı dərdi Turan dərdlərinə calanır.

Bu kitabın hər bölməsinin özünəməxsus dəyəri vardır. Ancaq mənim diqqəimi daha çox cəlb edən, marağımı qazanan “Bu dostluğun yaşı çox...” bölməsi oldu. Burda müəllif Azərabaycan-gürcü ədəbi əlaqələrinin tarixini araşdırır, inkişaf meyillərini üzə çıxarır. Və araşdırmanın bu hissəsi ədəbiyyat tariximiz üçün son dərəcə əhəmiyyətli, oxucu üçün isə son dərəcə maraqlı faktlarla zəngindir.
Tədqiqatçı müxtəlif dövrlərin ədəbi-tarixi faktlarını bir araya gətirmiş, vahid məqsəd - Azərbaycan gürcü ədəbi ictimaiyyət nümayəndələrinin tarixən sıx əməkdaşlıq xarakterində, dostluq və qardaşlıq amacında olduğunu sübuta yetirmək ətrafında toplamışdır.

“Gürcüstanda yaşayıb-yaradan soydaşlarımızın yaradıcılığında bədii tərcümə və ədəbi əlaqələr (1950-2014)” fəsli isə ədəbiyyat tariximiz üçün yeni materiallar baxımından əhəmiyyətlidir.

“M.P.Vaqif və Gürcüstan”, “Səməd Vurğun və Gürcüstan” fəsillərinin isə ayrıca bir ədəbi portret ətrafında qurulması isə təsadüfi deyildir.
Azərbaycan ədəbiyyatının bu iki nəhəng simasının xalqlarımız arasında mövcud olan tarixi dostluğun daha da məhrəmləşməsində görüdükləri işlər onun geniş tədqiqata çəkilməsinə imkan vermişdir.

Müşfiq Borçalı özündən əvvəlki tədqiqatçılar nəslinə də diqqətlə yanaşmış, Dilarə Əliyevanın, Adil Mişiyevin, Mədəd Çobanovun, Həmid Vəliyevin, Alı Musayevin, Şürəddin Məmmədlinin, Razim Məmmədlinin və başqalarının araşdırmalarına müraciət etmişdir.

Nəhayət, mən bütün xalqımız adından Müşfiq Borçalıya elmi sanballı, ictimai əhəmiyyətli bu tədqiqatına görə təşəkkür edir və ona yeni-yeni uğurlar arzulayıram.


Həqiqət NƏBİQIZI,
BDU-nun filologiya fakültəsi,
Müasir Azərbaycan ədəbiyyatı kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru.



.


Yeni nəşr

Tanınmış tədqiqatçı-jurnalist
Müşfiq Borçalının Tbilisidə
“Bu dostluğun yaşı çox...” adlı kitabı
çapdan çıxıb. Bu qiymətli tədqiqat əsəri
Azərbaycan-gürcü ədəbi əlaqələrinə həsr
olunub.
Yenidən işlənmiş və əlavələr edilmiş ikinci
nəşrin elmi redaktoru filologiya elmləri
doktoru Abbas Hacıyevdir.
Kitabsevərlər tərəfindən maraqla qar-
şılanan kitabın müəllifi olan həmyerlimiz
Müşfiq Borçalıya yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!..


“RegionPress” qəzeti, № 04 (179) 27.02.2015.



http://darvaz.com/images/Xeber/region179.pdf
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səs ...

Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səs ...

MEDİA, Qarayazı, Təbriklər, Müşfiq Borçalı
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər
VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...

VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...

TDPİ-nin Azərbaycan bölməsi, Ədəbiyyatşunaslıq, Müşfiq Borçalı, Dünya, İsrail
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Arxiv
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: