DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..
Dekabrın 26-ı
Azərbaycan
Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü və
Azərbaycan Aşıqlar Birliyinin katibi,
"Ozan dünyası" jurnalının baş redaktoru,
Əməkdar Mədəniyyət işçisi,
Musa Nəbioğlunun
Doğum günüdür.

Biz də ZiM.Az-ın
Yaradıcı Heyəti adından
çox hörmətli Musa müəllimi
Doğum Günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında, ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az




Həyatı:

Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov) 1958-ci il dekabrın 26-da qədim Borçalı mahalının, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib.
1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.[1]

Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur.
O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb.
2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.[2]

"Borçalı" İctimai Birliyinin 25 iyun 2016-cı il tarixli konfransında Birliyin İdarə Heyətinə üzv seçilmişdir. [3]

Hazırda Azərbaycan Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktorudur.[4]

Əsərləri:

Lətifələr. Bakı: "Araz", 2001, 68 səh.
Ulu Borçalı: ömrə ömür calayanlar. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002, 352 səh.
Borçalı (M.Sarvanla birlikdə). Bakı: "Nurlan", 2003, 660 səh.
Buta dünyası. Bakı: "Nurlan", 2004, 230 səh.
Ləkəsiz bir vicdan, böyük bir ürək (S.Məmmədovla birlkdə). Bakı: "Nurlan", 2005, 320 səh.
Rəfiq Sarıvəlli. Bakı: "Nurlan", 2005, 248 səh.
Dəniz qartalı. Bakı: "Nurlan", 2007, 208 səh.
Ömrümüzdən keçən qatar. Bakı: "Nurlan", 2008, 288 səh.
Alışmaqdı Səməndərin peşəsi. Bakı: "Nurlan", 2009, 188 səh.
Ozan-aşıq dünyası. Bakı: "Nurlan", 2010, 144 səh.(şəkilli), 1000 tiraj.
Sazımız-sazbəndimiz. Bakı: "Elm və təhsil", 2011, 140 səh.(şəkilli), 1200 tiraj.
"Sözün Zəlimxan zirvəsi". Bakı, "Vətən" nəşriyyatı, 2015, 174 səh. 500 tiraj.

İstinadlar:

1. "Azərbaycan Aşıqlar Birliyi:Quruluş" (az). Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı. azab.az. 2009. İstifadə tarixi: 2015-01-30.
2. http://zim.az/darvaz/627-tbrik-edirik-musa-mullm.html
3. http://zim.az/media/1595-krm-mmmdov-boral-cmiyytinin-yeni-sdri-seildi.html
4. "Ozan dünyası" jurnalı" (az). Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı. azab.az. 2011. İstifadə tarixi: 2015-01-30.
5. az.wikipedia.org/wiki/Musa_Nəbioğlu.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Bolus
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..

Azərbaycan, Siyasət
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib

Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib

Mədəniyyət, Folklor
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Diaspora
YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

İctimai elmlər, Borçalı, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

Əsas xəbər, MEDİA, Bolus, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

Qarayazı, Təbriklər
Rəy yazın: