Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunubTƏBRİK EDİRİK!..

Dəyərli soydaşımız Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.


Vüqar Valeh oğlu Mustafayev - 1986-cı ildə Bakı şəhərində anadan olub.
Əslən qədim Borçalı mahalından - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Ayorta kəndindəndir.

O, 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.
2010–2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olmuşdur.

Vüqar Mustafayev - 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

O, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

Ailəlidir. İki övladı var.

Vüqar Mustafayev - bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru və maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti "Ernst & Young CIS B. V" şirkətində baş mütəxəssis olaraq çalışıb.
2012-2014-cü illərdə Azerfon MMC-də daxili audit departamentinin direktoru vəzifəsini icra edib.
2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.
2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.
2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin təftiş komissiyasının sədri kimi fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin müşahidə şurasının sədri təyin edilib.

Vüqar Mustafayev - Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə, 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.

Biz də dəyərli soydaşımız Vüqar Valeh oğlu Mustafayevi Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
Xalqımız üçün xeyirli, uğurlu olsun!.
.


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Turan
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə  müavin təyin edilib

Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə müavin təyin edilib

Rəsmi Xəbərlər, Diaspora
AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Təbriklər, Rusiya, Diaspora
Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavi ...

Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavi ...

Qarayazı, Təbriklər, Rusiya, Diaspora
Qəşəm Hacalı oğlu Bayramov (SARAÇLI)

Qəşəm Hacalı oğlu Bayramov (SARAÇLI)

Bolus
Rəy yazın: