Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020) Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi
(25 avqust 1994, Sumqayıt, Azərbaycan — 6 oktyabr 2020, Xocavənd, Azərbaycan)


Orxan Binət oğlu Məhərrəmov - 25 avqust 1994-cü idlə Sumqayıt şəhərində anadan olub. Əslən qədim Borçalı mahalından, indiki Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndindəndir.
Evin kiçik övladı olan Orxan 2001-2010-cu illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə doqquz illik təhsil alıb. 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində həqiqi hərbi xidmətə yola düşüb. Gədəbəy rayonu İvanovka kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ildə xidmətini başa vurmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Orxab Məhərrəmov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. 6 oktyabr 2020-ci ildə Xocavənd rayonunda şəhid olmuşdur.
Bakıdakı II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Allah rəhmət eləsin.

Orxan Məhərrəmov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" medalı ilə (15.12.2020), Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" medalı ilə (25.12.2020), Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə (24.06.2021), Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" medalı ilə (24.06.2021) təltif edilmişdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: