Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur TƏBRİK EDİRİK!..

Bu gün Noyabrın 7-i
dəyərli ziyalımız,
istiqanlı eloğlumuz,
tanınmış ictimai xadim,
yurdsevər, vətənpərvər,
və xeyirxah insan,
gözəl ailə başçısı,
qayğıkeş ata, sədaqətli dost,
mehriban və səmimi həmkar,
zəhmətkeş tədqiqatçı,
tarixçi-alim-politoloq,
"ZiM.Az"ın şərhçisi,
"Zirvə" İnformasiya Mərkəzinin,
"Şərqin səsi" və "Borçalı" qəzetlərinin
Redaksiya Heyətinin üzvü,
bacarıqlı təşkilatçı,
dürüst iş adamı,
"Zirvə" mükafatı laureatı,
"Travelon" Şirkətinin
baş direktoru,
çox hörmətli
Natiq Hümbətovun
Ad günüdür!..

Daha doğrusu,
Yubileyidir.
Anadan olmasının
60 illik Yubileyi!..



Biz də bütün redaksiya heyətimiz adından,

eləcə də dəyərli ağsaqqallarımız -


xalqımızın sevimli ziyalısı, tanınmış telejurnalist və ictimai xadim, Azərbaycanın əməkdar incəsənət xadimi, sabiq Millət vəkili, "Qızıl qələm" və "Araz" Ali Media mükafatlarının laureatı, Azərbaycan İctimai Televiziyanın yaradıcısı, qurucusu və ilk baş direktoru, çox hörmətli İsmayıl Ömərovun,

dəyərli eloğlumuz, çox hörmətli ziyalı, Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, hazırda təqaüddə olan polis general-mayoru cənab Cavanşir Məmmədovun,

Gürcüstan Respublikasının tanınmı ictimai-siyasi xadimi, Gürcüstan parlamentinin sabiq deputatı, dəyərli soydaşımız Mahir Dərziyevin,

Gürcüstan Respublikasının tanınmı ictimai-siyasi xadimi, Gürcüstan parlamentinin sabiq deputatı, “Tərəqqi” medallı dəyərli soydaşımız Azər Süleymanovun,

həmçinin, dəyərli dostlarımız -

Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin şöbə müdiri, tarix elmləri doktoru Fəxri Hacıyevin,

dəyərli eloğlumuz, çox hörmətli ziyalı, tanınmış iş adamı, "Skywell" brendinin Azərbaycanda rəsmi idxalçısı "Onvolt" MMC şirkətinin Baş direktoru Həsən İsmayılovun,

Azərbaycanın tanınmış iş adamı, iqtisad elmləri üzrə fəlsəfə doktoru, "Qızıl əlcək" idman klubunun prezidenti, "International Construction Company" (Qazaxıstan) şirkətinin təsiscisi və Direktorlar Şurasının sədri Xaqani Quluzadənin,

tanınmış iş adamı, filologiya üzrə fəlsəfə doktoru Anar Süleymanovun,

“Soydaş” İctimai Birliyi İdarə Heyətinin sədri Kamran Ramazanlının

və bütün Natiqsevərlərin adından -

əziz qardaşımız, çox hörmətli Natiq müəllimi ürəkdən təbrik edir, ona sevdiyi insanların əhatəsində uzun ömür, möhkəm cansağlığı, uğur dolu gözəl həyat, ailə səadəti, xoşbəxtlik, özü və övladları ilə bağlı bütün arzularının həyata keçəcəyi işıqlı gələcək, bir sözlə, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az-ın və "Ziya" qəzetinin
Baş redaktoru,
filologiya üzrə
fəlsəfə doktoru



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: